Zamanın tələbi olan islahatlar

 

Milli Məclis ötən bir ildə İlham Əliyevin inkişaf kursuna layiqli  töhfələr verib

 

Parlament milli prioritetlərin uğurla reallaşmasına öz töhfəsini verəcək

 

 

 Fevralın 9-da VI çağırış Milli Məclisə keçirilən seçkilərin bir ili tamam olur. Deputatı olduğum üçün dəyişikliklərin siyasi-hüquqi yönümünü əhatə edən parlament islahatlarından bəhs etmək istəyirəm. İlk növbədə, onu qeyd edim ki, qanunverici orqanın fəaliyyətinin Prezident İlham Əliyevin apardığı siyasətə, respublikamızdakı inkişaf proseslərinə, ölkəmizin dünyada artan nüfuzuna adekvat olması, o cümlədən parlamentin dövlət siyasətinə töhfə verməsi olduqca vacibdir. Son dövrlərdə kompleks şəkil alan islahatların dövlət idarəçiliyinin əsas qollarından olan qanunverici hakimiyyəti əhatə etməsi olduqca vacib idi təsadüfi deyil ki, bir il əvvəl növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkə ictimaiyyəti, o cümlədən siyasi partiyalar tərəfindən təqdir edildi.

Dövlət idarəetməsində islahatlara hələ 2019-cu ilin əvvəllərindən başlanılmışdı. Həmin ilin yanvar ayında bir sıra dövlət orqanlarında struktur islahatları həyata keçirilmişdi. Mərkəzi icra hakimiyyəti orqanlarını əhatə edən qurumların bəziləri ləğv edilmiş, bəzilərinin əsasında yeniləri yaradılmışdı. Aprel ayından isə Prezidentin müvaviq fərmanı ilə dövlət hakimiyyətinin əsas qollarından biri olan məhkəmə-hüquq sistemində ədalət mühakiməsinin keyfiyyətinin səmərəliliyinin artırılması məqsədilə yeni islahatlara başlanıldı. Dövlət idarəetməsinin icra hakimiyyəti sistemində islahatlar sonrakı müddətdə davam etdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Nazirlər Kabinetində, yerli icra hakimiyyəti orqanlarında, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət cəmiyyət həyatının bütün sahələrində aparılan struktur kadr islahatları vətəndaş məmnunluğu ilə qarşılandı, idarəçilikdə baş verən keyfiyyət dəyişiklikləri dərhal müsbət məqamları ilə hiss olunmağa başladı.

Növbədənkənar parlament seçkiləri isə dövlət idarəetməsindəki islahatların siyasi-hüquqi sferadakı davamı oldu. Onu da bildirmək istəyirəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü mənim üzvü olduğum Yeni Azərbaycan Partiyasından gəlmişdi. YAP-ı təmsil edən deputatların təşəbbüsü ilə Milli Məclisin buraxılması  yeni parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciətin qəbul edilməsi partiyamızın islahatlara verdiyi dəstəyin töhfənin nümunəsi idi. YAP üzvləri bu qənaətdə idilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır.

Beləliklə, siyasi islahatların göstəricisi kimi 2020-ci il fevralın 9-da keçirilən parlament seçkiləri Azərbaycanın demokratik inkişafının növbəti təsdiqi oldu.  Ən əsası bu seçki təsdiqlədi ki, Azərbaycan ictimaiyyəti ölkədə həyata keçirilən islahatları dəstəkləyir. Milli Məclisdə 11 siyasi partiyanı təmsil edən deputatların təmsil olunmaları demokratik inkişafın göstəricisidir. Müxalifətdən olan deputatlar Milli Məclisin komitələrin rəhbərliyində təmsil olunurlar.

 Hesab edirəm ki, ötən bir ildə parlament öz üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəlib, öz fəaliyyəti qanun yaradıcılığı ilə Prezident İlham Əliyevin siyasi kursuna layiqli töhfələr verib. Ötən bir il demək olar ki, pandemiya dövrü olsa da, Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib.

Yeni parlamentin ötən bir ildəki fəaliyyətinin mühüm bir dövrü Vətən müharibəsi günlərinə təsadüf etdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuzun işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən müharibəsində Azərbaycan parlamentisiyasi meydanda oldu, respublikamızın haqlı mövqeyinin beynəlxalq müstəvidə  dəstəklənməsi üçün fəal parlament diplomatiyası həyata keçirdi. Erməni faşizminin üzünüçirkin mahiyyətini ifşa etmək üçün Milli Məclis tərəfindən lazım olan bütün tədbirlər görüldü, parlamentin rəhbərliyi və deputatlar xalqımızın haqq işinə beynəlxalq  dəstəyi təmin etmək üçün hər bir imkandan səmərəli istifadə etdilər. Müharibədə qazanılan tarixi Qələbə münasibətilə Milli Məclis ayrıca iclas keçirərək Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul etdi.

Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyur. İşğal olunmuş ərazilərimiz artıq azaddır, koronavirus pandemiyası isə dövlətimizin səmərəli mübarizəsi nəticəsində tezliklə başa çatacaq. Bütün bunlar Azərbaycanın yeni inkişaf mərhələsinin başlanması deməkdir və təsadüfi deyil ki, Prezident İlham Əliyev növbəti 10 il üçün Milli Prioritetləri elan edib. Bütün bunlar Milli Məclisin də üzərinə yeni və şərəfli vəzifələr qoyur. Əminliklə qeyd etmək istərdim ki, VI çağırış Milli Məclis bu dövrdəki səlahiyyət müddətində  öz vəzifələrinin öhdəsindən layiqincə gələcək, dövlətimizin yeni inkişaf məqsədlərinin uğurla reallaşmasına, Milli Prioritetlərin həyata vəsiqə almasına layiqli töhfələr verəcək.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Azərbaycan.-2021.- 9 fevral.- S.1;4.