Baş Prokurorluğun əməkdaşları Avropa İttifaqının TAIEX aləti çərçivəsində onlayn təlimdə iştirak ediblər

 

 

Avropa Komissiyası tərəfindən TAIEX texniki yardım aləti çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında “COVID-19 pandemiyası dövründə qarşılıqlı hüquqi yardımın göstərilməsi istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsimövzusunda videokonfrans formatında ekspert missiyası təşkil olunub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokurorluğun əməkdaşlarının iştirak etdikləri təlimdə Xorvatiya Respublikası Ədliyyə İdarəetmə Nazirliyinin Antikorrupsiya sektorunun müdiri Tamara Miserda İtaliya Respublikası Daxili İşlər Nazirliyinin baş polis inspektoru Maurisio Varaneze ekspert qismində çıxış ediblər.

 

Qeyd edək ki, TAIEX Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki yardım informasiya mübadiləsi mexanizmidir. Seminarlar, ekspert missiyaları araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə TAIEX Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, tətbiqi həyata keçirilməsində Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq imkanını yaradır. Bu tədbirin əsas məqsədi Baş Prokurorluğun struktur qurumları əməkdaşlarının pandemiya dövründə qarşılıqlı hüquqi yardım istintaq hərəkətlərinin keçirilməsi sahələrindəki biliklərinin artırılması Avropa təcrübəsinin öyrənilməsi olub.

 

Ekspertlər Tamara Miserda Maurisio Varaneze təlimin mövzusu ətrafında çıxış edərək pandemiya dövründə qarşılıqlı hüquqi yardım istintaq hərəkətlərinin onlayn qaydada keçirilməsi sahəsində həmin ölkələrin təcrübəsi bu sahədə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, şəxslərin videokonfrans formatında dindirilməsinin hüquqi praktiki tərəfləri barədə ətraflı məlumat verilməklə təqdimatlar edib, istintaq olunub cinayət işlərindən nümunələr göstəriblər.

 

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılıb.

 

 

Azərbaycan. - 2021.- 10 fevral.- S.2.