Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir keçirilib

 

 

 

Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir təşkil olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Nazirliyin nümayəndələrinin, hərbi məktəbin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin, eləcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivlərinin iştirak etdiyi tədbirdə Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən bəhs olunub.

Tədbir məktəbin Vətən müharibəsinin iştirakçısı olmuş gənc zabitləri üçün hazırlanan mədəni proqramla başa çatıb.

 

 

Azərbaycan. - 2021.- 10 fevral.- S.5.