Ötən ayda ölkə üzrə 3,6 milyard manatlıq sənaye məhsulları istehsal olunmuşdur

 

Sənaye müəssisələri bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar ayında 3,6 milyard manatlıq ya 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,8 faiz artmışdır.

Sənaye məhsulunun 64,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,9 faiz artmışdır. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,4 dəfə, dəri dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,9 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, ağacın emalı ağacdan məmulatların istehsalı 2,8 dəfə, rezin plastik kütlə məmulatlarının istehsalı 97,0 faiz, elektrik avadanlıqlarının istehsalı 96,3 faiz, maşın avadanlıqların quraşdırılması təmiri işləri 29,1 faiz, maşın avadanlıqların istehsalı 23,5 faiz, kağız karton istehsalı 21,4 faiz, tikinti materiallarının istehsalı 21,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,1 faiz, içkilərin istehsalı 4,8 faiz, qida məhsullarının istehsalı 3,0 faiz artmış, avtomobil, qoşqu yarımqoşquların istehsalı 1,9 faiz, geyim istehsalı 10,3 faiz, neft məhsullarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, mebel istehsalı 46,8 faiz, kompüter, elektron optik məhsulların istehsalı 53,4 faiz, poliqrafiya məhsullarının istehsalı 60,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 2,2 faiz artmışdır.

 

 

Azərbaycan. - 2021.-11 fevral.- S.4.