Nizami Gəncəvi Əlişir Nəvai: ənənə novatorluq

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi “Nizami Gəncəvi Əlişir Nəvai: ənənə novatorluq” onlayn beynəlxalq elmi konfrans keçirib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr olunmuş konfrans Əlişir Nəvainin və Nizami Gəncəvinin Bakıdakı heykəllərinin ziyarəti ilə başlayıb.

Onlayn konfransı giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il Sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilməsini bildirib. Həmçinin 19 oktyabr 2020-ci ildə Özbəkistan Respublikası Prezidentinin Əlişir Nəvainin anadan olmasının 580 illiyinin keçirilməsinə aid sərəncam imzaladığını diqqətə çatdırıb.

Akademik hər iki şairin yaradıcılığı haqqında danışaraq bildirib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi dünyada ilk “Xəmsə” yaratmış qüdrətli sənətkardır “Xəmsə”nin Şərq dünyasında böyük təsiri olub. Nizami ortaq mədəniyyətimizin zirvələrində dayanır, onun ardıcıllarından biri Əlişir Nəvaidir. “Xəmsə” yaradıcılığında hər iki birincilik Azərbaycan Özbəkistana məxsusdur. Əlişir Nəvai “Xəmsə” yaratmaqla bütün türk dünyasına böyük xidmət göstərmiş, türk dilinin “Xəmsə” yaratmaq qüdrətinə malik olduğunu sübut etmişdir. Əlişir Nəvai dövlət xadimi olmuş, özbək türkcəsi haqqında elmi əsər yazmış, ədəbiyyat ensiklopediyası yaratmışdır.

Əlaqələrin müasir inkişaf yolundan danışan akademik əlavə edib ki, İnstitutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Binnətovanın “Sənətkarın elmi pasportu” seriyasında “Əlişir Nəvainin əsri nəsri” adlı kitabı çap olunub. 2020-ci ildə İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 352 səhifədən ibarət xüsusi buraxılışı işıq üzü görüb. Ədəbiyyat İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi yaradılıb. BDU-nun professoru, filologiya elmləri doktoru Ramiz Əskər “Xəmsə”ni bütövlükdə Azərbaycan dilinə çevirib. Bununla yanaşı, yubileylərlə bağlı ortaq tədbirlərin il ərzində davamlı olacağını qeyd edib.

Sonra Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Bəhram Əşrəfxanov hər iki şairin türk dünyasında önəmli mövqe tutduğunu bildirib. 2008-ci ildə Bakıda Nəvainin heykəlinin açılışını, Daşkənddə isə Nizami Gəncəvinin heykəlinin ucaldılmasını birlik qardaşlığa ərməğan adlandırıb.

Onlayn konfransda Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid nitq söyləyiblər. Konfransın davamında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin fəxri professoru Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının üzvü Mirzə Gəncəbəy, Özbəkistan Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin prorektoru, professor Olimjan Dusyenbayev, Özbəkistan Yazıçılar Birliyinin şöbə müdiri Ədhəmbəy Alimbəyov, Nizami Gəncəbi adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı, Özbəkistan Respublikası Dil, Ədəbiyyat Folklor İnstitutunun əməkdaşı, nəvaişünas Erqaş Oçilov Nizami Nəvai yaradıcılığına aid məruzələrlə çıxış ediblər. Bunlardan əlavə, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Nüsrətulla Cumayeva, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov, Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin Filologiya kafedrasının müdiri İlhambəy Qurbanbayev, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aysara Məmmədəliyeva, özbək ziyalı Şaira Daniyarova konfransın mövzusuna uyğun məruzələrlə çıxış ediblər.

 

 

 

Xəyalə MURADLI,     

 

Azərbaycan. - 2021.-11 fevral.- S.6.