D.Q.Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Dilqəm Qasım oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 11 fevral 2021-ci il

 

Azərbaycan. - 2021.-12 fevral.- S.3.