Siyasi dialoqun Azərbaycan modelimövzusunda görüş keçirilib

 

 

 

Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar, eyni zamanda, siyasi münasibətlər sistemini əhatə edir. Dövlətimizin başçısınınBu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdırfikri, əslində, Azərbaycanda aparılan islahatlar kontekstində siyasi dialoqa ayrılan strateji əhəmiyyətdən xəbər verir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması bu münasibətlərin tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır. Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir.

 

Ümummilli maraqlar dövlətin rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə sözügedən məfhumun əhalinin ictimai şüurunda əks olunması məsələsi aktuallaşır. Odur ki, elmin müxtəlif sahələrinin metodoloji potensialına müraciət edərək mövzunun Azərbaycan cəmiyyətində təşviqi vacib vəzifədir. Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.

 

AZƏRTAC xəbər verir ki, fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə videokonfrans formatındaSiyasi dialoqun Azərbaycan modeliadlı ilk görüş təşkil olunub. Ölkəmizin qabaqcıl ali təhsil müəssisələrinin, həmçinin AMEA-nın müvafiq institutlarının rəhbər mütəxəssislərinin iştirakı ilə keçirilmiş tədbirdə siyasi dialoqun müxtəlif təzahür formaları müzakirə edilib.

 

Tədbiri giriş sözü ilə açan adıçəkilən şöbənin müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından alim mütəxəssisləri salamlayaraq, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən dayanıqlı demokratik ənənələrinin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

 

Siyasi prosesləri müxtəlif aspektlərdən tədqiq edən alimlərlə açıq müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirən Administrasiya rəsmisi siyasi dialoqun təşviqində, xüsusilə ölkədə dialoq ənənələrinin formalaşmasında alim tədqiqatçıların əvəzolunmaz rolunu vurğulayıb, siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi digər təzahür formalarının müəyyənləşdirilməsi istiqamətində mövcud fəaliyyətin daha effektiv olduğunu qeyd edib.

 

Dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması inkişafının dövlət siyasətinin strateji vəzifəsi olduğunu bildirən Ədalət Vəliyev bu məsələdə bütün potensialların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

 

Alim mütəxəssislər ilə ilk görüşün məhz Vətən müharibəsində qazanılan Qələbədən sonrakı dövrə təsadüf etdiyini əlamətdar hadisə kimi qiymətləndirən Administrasiyanın şöbə müdiri Prezident İlham Əliyevin fikrini səsləndirib: Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Ölkənin inkişafında strateji resurs hesab olunan milli siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər olunmasının vacibliyini vurğulayan Ədalət Vəliyev alimlərin bu proseslərdə xüsusi rolunu da qeyd edib.

 

Dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu yada salan natiq ölkəmizdə əsrlər ərzində formalaşmış tolerant multikulturalizm mühitinin qorunmasının vacibliyini qeyd edib. Kontekst inkişaf etdirilərək mövcud istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən görülmüş işlər haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Sonra tədbirdə iştirak edən AMEA-nın Hüquq İnsan Hüquqları İnstitutunun direktoru, professor Aytən MustafazadəHəmrəylikPrezident İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər CəfərovSiyasi dialoqun tarixi əhəmiyyəti”, AMEA-nın Fəlsəfə Sosiologiya İnstitutunun direktoru, professor İlham MəmmədzadəDialoq demokratik münasibətlərin təzahürü kimi”, AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi BəhramovAzərbaycan milli tarixi elminin ölkənin ictimai-siyasi həyatında yeri rolu: siyasi dialoq konteksti”, AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur ƏliyevSiyasi dialoq sağlam rəqabətin təminatçısı kimi”, Azərbaycan Turizm Menecment Universitetinin professoru İbrahim ƏliyevMüstəqil Azərbaycan Respublikasının təşəkkülü yüksəlişində milli birlik amili”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, dosent Vahid ÖmərovAzərbaycanda uğurlu siyasi dialoq siyasəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Namiq ƏliyevVətən müharibəsində əldə olunan böyük Qələbə milli həmrəylik”, AMEA İqtisadiyyat İnstitutunun dosenti Ramil Əliyevinİqtisadiyyatın inkişafında dialoq amili”, Bakı Dövlət Universitetinin Sosial kafedrasının müdiri, dosent Üzeyir Şəfiyevinİctimai münasibətlər siyasi dialoq”, həmçinin Azərbaycan Dillər Universitetinin nümayəndəsi Sərraf HüseynovÖlkəmizdə müxtəlif siyasi baxışları olan gənclər arasında siyasi dialoq mühitivə AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Səməd BayramzadəAzərbaycanda siyasi dialoq ənənələrimövzuları üzrə məruzələrlə çıxış ediblər.

 

Tədbirə yekun vuran Administrasiyanın rəsmisi Prezident İlham ƏliyevinHakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdifikrini səsləndirərək bildirib ki, məhz dövlətimizin başçısının siyasi iradəsi demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edib.

 

Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses tendensiyaların tədqiqinə, eləcə demokratik dəyərlərin təşviqinə xidmət edən təşəbbüslərin icrasında elmi potensialın cəlb olunmasını yüksək qiymətləndiriblər.

 

 

Azərbaycan. - 2021.-12 fevral.- S.3.