Kartof səpini başladı

 

 

 

Hələ bir neçə il öncə Tovuz rayonunda kartof istehsalı üçün əlverişli ərazilər müəyyənləşdirilmiş, bu sahədə ixtisaslaşmış fermerlər qrupu yaradılmış, müasir texnologiyaların tətbiqinə başlanılmış faraş kartofçuluğun inkişafı üçün tədbirlər planı müəyyənləşdirilmişdir.

 

Qeyd edək ki, kartofçuluq Tovuz rayonunun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Keçən il rayonda 6748,7 hektarda kartof əkilmiş, 174 min 453,5 ton məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan 258,5 sentner məhsul götürülmüşdür.

 

Rayonun təsərrüfatlarında artıq kartof səpininə start verilmişdir. Bu işin mütəşəkkilliyini təmin etmək üçün mütəxəssislər tez-tez əkin sahələrində olur, fermerlərlə məsləhətləşmələr aparırlar. Elə bu günlər rayon rəhbərliyi bir qrup mütəxəssis ən çox kartof əkilən Dönük Qırıqlı Əyyublu kəndlərində olmuş, kartof sahələrində fermerlərlə görüşmüşlər. Kartof səpininin gedişi ilə yerində tanış olan mütəxəssislər fermerləri maraqlandıran sualları cavablandırmış, əkinin müasir üsullarla təşkil olunması, innovativ tədbirlərin tətbiq olunması, aqrotexniki qaydalara riayət olunması barədə tövsiyələr vermişlər.

 

Azərbaycan. - 2021.- 12 fevral.-  S.10.