Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilsin:

 

Məmmədov Azər Oqtay oğlu - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

 

Şirinov Natiq Telman oğlu - İqtisadi Təhlil Uçota Nəzarət Baş İdarəsinin rəisi.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 12 fevral 2021-ci il

 

Azərbaycan. - 2021.-13 fevral.- S.2.