Ölkəmizdə qadınların savadlılıq səviyyəsi yüksəkdir

 

 

 

Birinci vitse-prezident Mehriban ƏLİYEVA: “Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının 46 elmi tədqiqatçıların 56 faizini təşkil edir”

 

 

 

Zəkası, müdrikliyi, sədaqəti ilə hər zaman xalqımızın adını uca tutan Azərbaycan qadını cəmiyyətimizin ən aparıcı qüvvəsinə çevrilib. Dünya elm mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında inkişafında qadınlarımızın böyük rolu olub. Bu gün həmin tendensiya davam etməkdədir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları   xidmətləri qədim tariximizin səhifələrini zənginləşdirib.

 

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir. Burada qadınlarımızın qızlarımızın payına düşən rəqəmlər ürəkaçandır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54, fəlsəfə doktorlarının 51, elmlər doktoru dərəcəsinə malik olanların 46 elmi tədqiqatçıların 56 faizini təşkil edirsə, demək, xalq təsərrüfatının inkişafında da zəriflərimizin zehni əməyi yüksəkdir. Daha diqqətçəkən faktlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizinin qadınlardan ibarət olmasıdır.

 

Qloballaşan sürətlə dəyişən dünyamızda qızların da təhsili onların elm sahəsində iştirakı yeni çağırışlara  uyğun olmalıdır. Müqayisə üçün qeyd edək ki, dünyada elm, texnologiya, mühəndislik riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda isə bu rəqəm 40 faizdir. Bu o deməkdir ki, ölkəmizdə həmin sahələr üzrə rəqəmlər orta dünya göstəricisindən 5 faiz çoxdu. Hansı ki, elə  ölkələr var, nəinki orta dünya göstəricisinə yaxındır, hətta ondan dəfələrlə aşağı rəqəmlərə malikdir.

 

ISESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar qızlar elmdə” Beynəlxalq Gün münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə çıxış edərkən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO- ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bir daha qeyd etdi ki, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya innovasiya zərurətə çevrilib. Elm gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir: “Mən islam mədəni irsinin qorunması müsəlman dünyasında təhsil elmin təşviqi ilə bağlı İslam Dünyası Təhsil, Elm Mədəniyyət Təşkilatının nəcib missiyasını təqdir edir Azərbaycan ilə ISESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm...”

 

İlk olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq qismində iştirak üçün nəzakətli dəvətə görə Baş direktora təşəkkürünü bildirən Birinci vitse-prezident bunu böyük şərəf Azərbaycan qadınlarının təhsil elmdə iştirakının inkişafı ilə bağlı ölkəmizin yürütdüyü siyasətin yüksək qiymətləndirilməsi kimi dəyərləndirdi. Mehriban xanım  Əliyeva çıxışında qeyd etdi ki, bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Həmçinin onların daha firavan təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alimə, həkim səhiyyə işçilərinə ehtiram ifadə olunmalıdır. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı, səhiyyə sahəsində çalışan, xalqımızın sağlamlığının keşiyində dayanan incə qəlbli, zərif  barmaqlı, xalatlı qadınlarımızla fərəhlənə bilərik.

 

“...Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, bir əsrdən öncə, sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm”, - deyən Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım onu da vurğuladı ki, Azərbaycan həm 1918-ci ildə qadınlara seçmək seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür: “Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır...”

 

Tədbirdə qeyd edildiyi kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib. Onlar elm sahəsi ilə məşğul olan qızlar gənc xanımlar üçün əsl örnəkdirlər. Lakin bu gün ən vacib məsələ qızların gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi elm sahəsində gender boşluğunun doldurulmasıdır.

 

Birinci vitse-prezident bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başlanılan “Qadınlar elm, texnologiya, mühəndislik riyaziyyatda” adlı mentorluq proqramını  xatırladaraq qeyd etdi ki, burada məqsəd tələbə gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması, onlara təhsil karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir: “ISESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.

 

Ölkənin birinci xanımı Mehriban Əliyeva fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ISESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim əl-Malikə dərin minnətdarlığını ifadə etdi. Mehriban xanım bildirdi ki, bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ISESCO-nun nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Qonaqlar işğaldan azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı qazanıb onlarca məscidlərimizin təhqir, yüzlərlə tarixi abidəmizin dağıdılması daxil olmaqla, ümumi dağıntı vandalizmin miqyasının şahidi olublar: “Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ISESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda ISESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.

 

ISESCO-nun Baş direktoru Salim əl-Malik videokonfransa dəvəti qəbul edib məzmunlu çıxış etdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək xüsusi vurğuladı ki, əmin ola bilərsiniz, ISESCO elm, təhsil, mədəniyyət sahələrində bütün üzv dövlətlərə dəstəyini göstərəcək.

 

Tədbirdə çıxış edənlər qlobal səviyyədə təhsil sahəsində mövcud boşluğun aradan qaldırılmasının, bu sferada gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğuladılar. Bildirdilər ki, gənc qızların elmlə məşğul olmalarını, qadınların elm sahəsində karyerasını düzgün qurmalarını təmin etmək mühüm məsələdir. Qeyd edildi ki, bəşəri problemlərin həlli üçün qadınlar daha çox elmə cəlb olunmalı, inklüziv keyfiyyətli təhsillə təmin edilməlidirlər. Bu, onların gələcək karyeraları cəmiyyətdə iştiraklarının fəallıq əmsalının da yüksəldilməsi deməkdir.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2021.- 13 fevral.- S.3.