Koronavirusa qarşı birillik mübarizənin müsbət sonluğuna doğru irəliləyirik

 

Bu gün artıq hər kəs yaxşı bilir: Vətən üçün məsuliyyətli olmalıdır

 

 

Bir ildən artıqdır ki, nəinkli xalqımız, dövlətimiz, yaxud  ayrı-ayrı insanlar bəşəriyyəti çənginə alan, koronaviruslar ailəsinə məxsus “gözəgörünməz bəla” ilə mübarizə aparmaqdadır. Mütəxəssislər onun ilkin əlamətlərindən yekun nəticəyədək gətirdiyi fəlakətləri anladıqdan sonra mübarizə sanki döyüş mərhələsinə keçdi. Qalib tərəf olan insanları bu bəladan qurtaran COVID-19-un vaksinlərindən öncə bir sıra profilaktik və qabaqlayıcı tədbirlər oldu. Onların arasında ilk yerləri tutan  isə birlik və həmrəyliyin yalnız sözdə, şüarda deyil, əməli fəaliyyətdə özünü göstərən “Vətən üçün məsuliyyətli olmalı”, “Evdəqal”, “Biz birlikdə güclüyükkimi vacib fikirlərdir.

Artıq bir neçə həftədir ki, ölkəmizdə əhalinin ayrı-ayrı kateqoriyalarayaş qruplarına aid hissələri vaksinasiya prosesinə cəlb edilib. İlk növbədə ictimaiyyətlə daha çox təmasda olan səhiyyə işçiləri, sosial xidmət sahələrində çalışan, yaş etibarilə risk qrupuna daxil  olan vətəndaşlarımızın peyvəndlənmədə iştirakı intensiv xarakter daşımaqdadır. Bu, əlbəttə, koronavirusun daha geniş ərazi və əhali arasında yayılmasının qarşısının alınmasında mühüm amillərdən biridir.

Ötən bir il ərzində mütəxəssislər bu qənaətə gəlmişlər ki, koronaviruslar insanheyvanlar arasında yayıldığı sübut edilmiş, patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn, Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilir.  Ötən ilin sonlarında Çində aşkar edilmiş koronavirusların sonuncusu isə COVID-19 xəstəliyini yaradır.

Hələ ötən ilin bu vaxtlarından koronavirusun sonuncu nəslinin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında mühüm qabaqlayıcı və qarşılayıcı  profilaktik tədbirlər həyata keçirilməyə başlandı. İlk növbədə dövlət başçısı xalqa müraciət edərək hər kəsin bu bəladan xilası üçün ciddi və məsuliyyətli olmağa səslədi: “...Koronavirusun yayılmaması üçün vətəndaşlar da məsuliyyətli olmalıdırlar”.

Yaxşı xatırlayırıq ki, ötən il Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində koronavirus infeksiyasının dünyada yayılması məsələsinə də toxundu. Dövlət başçısı bildirdi ki, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir: “Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq...”

Prezident onu da xüsusi olaraq vurğulamışdır ki, bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və yayılması templəri də bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş yayılıb.

Bu onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü var, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün, ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir. Dərhal özünütəcridə keçməli, kütləvi yerlərə getməməli, lazım olmadan tədbirlərdə iştirak etməməlidir: “...Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”.

Bu, adi müraciət, yaxud xəbərdarlıq deyildi, əslində, dövlət başçısının xalqa olan sevgisi, ölkə rəhbəri kimi özünün məsuliyyəti demək idi. Məhz bundan sonra ölkə səhiyyəsində koronavirusun cilovlanması üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. İstismara yararsız xəstəxanalar təcili olaraq əsaslı təmir edilməklə  yanaşı, yenilərinin də inşasına başlanıldı. Qısa müddət ərzində ölkənin müxtəlif  bölgələrində onlarca yeni, müasir  tibbi avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanalar quraşdırılaraq koronavirus xəstəliyinin müalicəsi üçün istismara verildi. Bunlardan savayı xəstəliyin aşkar edilməsində ən vacib məsələ hesab edilən yeni laboratoriyaların Avropainkişaf etmiş dövlətlərdən alınıb ölkəmizə gətirilməsi diqqət mərkəzində saxlanıldı ki, bununla da yoluxmalar nəzarətə götürüldü.

Koronavirusa qarşı mübarizə yalnız bunlardan ibarət deyildir, təbii ki, alternativ vasitələr də  oldu.  Dövlət başçısının fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının da əsas məqsədi milli həmrəyliyi bir daha gücləndirməkdir. Əslində, fondun əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz mövqeyini ortaya qoysun, həmrəylik göstərsin. Yəni cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin.

Dövlət başçısı  Azərbaycan Televiziyasına müsahibəsində bununla bağlı fikirlərini söyləyərkən bildirmişdir ki, biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, böyük xalqıq: “Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq ianələri qəbul etməyə başlamışdır. Fürsətdən istifadə edərək bu günə qədər fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik”.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva birillik əməkhaqqlarını fonda ianə etdilər. Bununla bağlı Birinci vitse-prezidentin müraciətində deyilirdi: “Əziz həmvətənlər! Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fizikihüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir”.

Budur, artıq ötən müddət ərzində Azərbaycan dövlətinin və xalqının koronavirus pandemiyasına qarşı birgə mübarizəsi müsbət nəticəsini göstərməkdədir. Hələ də Avropada, ABŞ-ın əksər ştatlarında qarşısıalınmaz bəlaya çevrilən COVID-19 pandemiyası ölkəmizdə özününson nəfəsi”ni almaqdadır. Hər gün verilən məlumatlar insanları həm sevindirir, həm də pandemiyanın tamamilə aradan qaldırılmasında fəal olmağa bizi vadar edir.

Lakin bütün bunlarla yanaşı, bəzi məsuliyyətsiz vətəndaşlarımız da var. Onlar unudurlar ki, Nazirlər Kabineti  yanında Operativ Qərargahın qəbul etdiyi qayda  hətta yumşaldılan qadağalara əməl etməmək məsuliyyətdən yaxa qurtarmır. Hər kəsin məsələyə ciddi yanaşması vacib olduğu qədər də məsuliyyətli olmaq deməkdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.-14 fevral.- S. 1;6.