Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Ankarada Heydər Əliyev Parkını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov Ümummilli Liderin parkdakı abidəsini ziyarət edib, önünə əklil qoyub.

 

Azərbaycan.-2021.- 20 fevral.-  S.1.