Xalqımızın qəhrəmanlıq eposuKoroğlu  AzercellinAudiokitab” layihəsində

 

Lider mobil operatorun təşəbbüsü və dəstəyi ilə ən sevilən folklor incilərimizdən biri bloger Azər Qəribin ifasında artıq “Bookmate” tətbiqində

 

 

Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasirdinamik şəkildə oxuculara çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib.

Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib. Epos səsli formatda işlənib hazırlanmış “AzercellinBookmatemobil tətbiqinin “Audiobook” (“Audiokitab”) bölümünə yüklənəcək. Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloger Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən “Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb.

Nəzərinizə çatdıraq ki, 21 fevral tarixində bloger Azər Qəribin rəsmi “Facebook” səhifəsində layihənin eksklüziv təqdimatı baş tutacaq. Layihəni “Azercellin rəsmi Youtube kanalından da izləmək mümkün olacaq.

Azercell  Bookmatemobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. Bookmateməkandan istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron audio kitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Azercellbu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədəkAzercell”in təşəbbüsü ilə onlarca əsər elektron audiokitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl rübailəri üç dildə səsləndirilərəkBookmateproqramınınAudiokitabbölməsinə yüklənilmişdi.

Azercell”in təqdimatındaKoroğluaudiokitab layihəsi digər faydalı materiallardan zövq almaq üçün  https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsiləBookmatetətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar. Layihəmizin davamını izləyin!

 

Azərbaycan.-2021.- 20 fevral.- S.8.