Sən ayrı olmadın eldən-obadan...

 

 

 

Birinci Xanım, Birinci vitse-prezident

Mehriban Əliyevaya

 

 

Çaxdı şimşək kimi, doğdu gün kimi,

Ali Baş Komandan yardı cəbhəni.

Onun dayağıydın

 

sən bir dağ kimi,

 

görürdü cəbhə , səngər səni...

 

 

Şəhid anasını qucaqlayanda,

 

susdun,

 

kəlağayı çəkib başına.

 

Səni doğma bilib o ağlayanda,

 

qarışdı göz yaşın o göz yaşına...

 

 

Sən ayrı olmadın eldən-obadan,

 

qəlbin sudan duru, Aydan arıydı.

 

Məscidə gedəndə əlində "Quran",

 

dilində, -

 

Tanrının dualarıydı...

 

 

Sən ellər anası, əsgər anası,

 

gəlini - mötəbər bir ailənin.

 

Həyatın amalı, ömrün mənası,

 

Tale kitabında

 

yazıldı sənin.

 

 

Bir arzu, bir istək yaşatdı bizi,

 

sevindi xalqımız, məmləkətimiz.

 

Muğamdan doğuldun,

 

İlham pərisi,

 

"İstiqlal marşı" çaldı tarımız.

 

 

Kimsəsiz görəndə kimsəsi oldun,

 

Ümid işığıydı o tanış səsin.

 

Sən ana,

 

sən bacı əvəzi oldun,

 

min qəlbi qızdırdı isti nəfəsin.

 

Sevinmək - necə sənə yaraşır,

 

xeyirxah işlərmi düşür yadına?!

 

A qızım,

 

millət mehribanlaşır,

 

Mehriban dedikcə sənin adına.

 

 

Şərqdə - Şərq ürəkli bir inci oldun,

 

Avropada isə

 

Sülhün Elçisi.

 

 

Ledilər yanında Birinci oldun,

 

rəsmi görüşlərdə -

 

yenə Birinci!

 

 

Çəkdiyin qayğılar sona yetmədi,

 

gündüzlər fikirli, gecələr oyaq.

 

44 gün gözünə yuxu getmədi,

 

Şuşada qalxınca,

 

Üçrəngli bayraq.

 

 

Qədim Xudafərin körpüsü, salam!

 

yüz il yuxudaydı bu daş, bu divar.

 

Keçdi Mehribanla -

 

üstündən İlham,

 

Şəkil də çəkdirdi səndən yadigar.

 

 

Çıxdıq o hüzndən, o intizardan,

 

deyin Mir Cəlala qalxsın məzardan,

 

xeyir-dua versin qız nəvəsinə,

 

millətin

 

bir Qadın Abidəsinə!

 

 

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi

Azərbaycan.-2021.- 21 fevral.- S.7.