Qalib kimi geri döndülər

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğal altındakı yurd yerlərimizi cəmi 44 gündə düşməndən təmizləyən ordumuz Vətən müharibəsindəki tarixi Qələbəsi ilə təkcə torpaqlarımızı azad etmədi, bizi də həyatımızdakı 30 illik natamamlıq kompleksindən qurtardı.

İllərlə ürəyimizdə gəzdirdiyimiz ağır yükdən xilas olduq. Həyatımızda yeni arzu və ümidlərə, xoş başlanğıclara, böyük milli hədəflərə doğru dəyişiklik oldu. Ömrümüzdəki boşluq qələbə ruhu ilə, nigaran yurdlarımıza qovuşmağın vüsalı ilə doldu. Ordumuzun zəfər əldə etdiyi İkinci Qarabağ müharibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən də müxtəlif vəzifələrdə çalışan 84 əməkdaş şərəfli döyüş yolu keçdi. Dövlət başçısının sərəncamına uyğun olaraq səfərbərlik çərçivəsində onlar Silahlı Qüvvələrimizin sıralarına qoşularaq ərazilərimizin erməni faşizminin 30 ilə yaxın davam edən işğalından azad edilməsində şücaətlər göstərdilər. Torpaqlarımızın azad edilməsi naminə haqq savaşımızı ləyaqətlə başa vuraraq geri dönən Vətən övladları çalışdıqları kollektivlər tərəfindən qaliblər kimi qarşılandılar.

Nizami Ələmdar oğlu Hüseynli 2006-cı ildə Sumqayıt Dövlət Universitetini bitirib, bundan sonra zabit kimi iki il orduda xidmət edib. 2009-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işləyir və hazırda Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. Ehtiyatda olan zabit - baş leytenant kimi müharibənin ilk günlərindən döyüşlərə yollanıb. N.Hüseynli dövlət başçısının sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Söhbət əsnasında baş leytenant Nizami Hüseynli bildirdi ki, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın ən böyük arzusu idi: “Qüdrətli Ordumuz cəmi 44 gün ərzində bu arzunu reallaşdırdı. Yurd yerlərimiz düşməndən azad edildi. Bundan böyük fərəh doğuran heçola bilməz. Sevinirəm ki, bu qələbə naminə döyüşənlərdən biri də mən oldum. Ümumilikdə, hər bir Azərbaycan zabiti, əsgəri bu müharibədə misilsiz igidliklər göstərdilər, əsrlərboyu dillərdə əzbər olacaq bir dastana imza atdılar. Ordumuzun sarsıdıcı zərbələrindən məhv olmuş Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək!

Azərbaycanımız müdrik Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə möhtəşəm zəfəri təmin edərək şanlı tarix yazdı”.

Vətən müharibəsi başlayandan sonra ölkəmizin ərazilərinin təcavüzkar Ermənistan işğalından azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlarda fəal iştirak edərək, özünü savadlı, bacarıqlı, cəsur bir zabit kimi doğruldanlardan biribaş leytenant Ziya Səadət oğlu Zaidovdur. 1975-ci ildə doğulan Ziya 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. 2017-ci ildən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işləyir. Döyüşlərdə şücaətlərinə görə ölkə Prezidenti onu müvafiq sərəncamları iləCəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görəLaçının azad olunmasına görəmedalları ilə təltif edib.

O, ölkə rəhbərinə dərin minnətdarlığını bildirdi: “Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, məni bu medallara layiq görüb. Bu, böyük şərəf deməkdir. Bizim bu müharibədə zəfərimizin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörən sərkərdə bacarığı, ordumuzu daim irəliyə aparması dayanır. Bu gün bütün dünya Azərbaycan Ordusunun qədər güclü olduğunu gördü, bu nailiyyət məhz Ali Baş Komandanımızın uğurlu siyasətinin nəticəsidir. Müharibədə xalqımız dəmir yumruq kimi öz rəhbərinin ətrafında birləşdi. Bu dəmir yumruq Qələbəni təmin etdi”.

 

 

Azərbaycan.-2021.- 21 fevral.- S.10.