Yoluxma ocağına çevrilən avtobuslar

 

Paytaxtın nəqliyyat qurumları pandemiya sınağından uğurla çıxa bilmir

 

 

Qlobal pandemiya ilə mübarizə Azərbaycanda da davam edir. Koronavirusla bağlı müşahidə olunan hazırkı müsbət dinamika respublikamızın qlobal bəlaya qarşı apardığı düzgün strategiyanın göstəricisidir.

Ötən 1 ilə yaxın müddətdə xidmət sahəsindəki dövlət qurumları virusun yayılmasına imkan verməmək üçün fəaliyyətlərini pandemiya şəraitinə uyğunlaşdırdılar. Bakının ictimai nəqliyyat sistemində bu istiqamətdə müəyyən addımlar atıldı. Təəssüf ki, bəzi qurumların fəaliyyəti koronavirusla mübarizədə müəyyən olunmuş prioritetlərdən uzaq oldu.

 

 

Sərnişindaşımaya nəzarətin düzəlməyən problemləri

 

 

Ölkəmizdə, o cümlədən paytaxtda nəqliyyat, xüsusən sərnişindaşıma sisteminin təkmilləşdirilməsi hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı paytaxtın nəqliyyat sisteminin infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm qərarlar qəbul edir, kifayət qədər vəsait ayırır. Prezidentin tapşırığına uyğun olaraq sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi üçün Bakıya yüzlərlə müasir avtobuslar gətirilir.

Lakin pandemiya ilə mübarizə dövründə məhz paytaxtın sərnişindaşıma xidmətindəki nöqsanlar göstərdi ki, vətəndaşları narahat edən problemlər: marşrutların düzgün nizamlanmaması, əhaliyə lazımi səviyyədə xidmət göstərməməsi, tez-tez qəzaların baş verməsi, sərnişindaşımada yaşanan arzuolunmaz vəziyyət s. hələ qalmaqdadır.

Bəllidir ki, metro bağlı olduğu üçün paytaxtda yaranan sərnişin sıxlığını aradan qaldırmaq yerüstü nəqliyyatın öhdəsinə düşüb. Lakin bu sahəyə məsul olan müvafiq qurumların fəaliyyəti göstərir ki, məktəblərdə əyani təhsilə keçidlə bərabər ikiqat artan sərnişindaşıma işi pandemiya şərtlərinə uyğun, yoluxma təhlükəsi yaratmadan həyata keçirilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi M1 M2 ekspress avtobus xətləri təşkil edilib. Bu marşrut xətləri yalnız metro stansiyalarının çıxışlarında olan dayanacaqlarda dayanır. M1 ümumilikdə 11 metrostansiya, M2 xətti isə 15 metro stansiyasını əhatə edir.

Düzdür, pandemiyanın ilk vaxtlarında, SMS icazə sisteminin tətbiqi müddətində bu xətlər sərnişin yükünü daşımaq gücündə olsa da, indi bunu bacarmır. Hazırda avtobuslarda inanılmaz sıxlıq yaşanır, xüsusilə günün pik, işə gediş çıxış saatlarında. Adıçəkilən marşrut dayanacaqlarında yığılmış yüzlərlə sərnişin arasında sosial məsafə qorunur, virusa yoluxma riskini azaltmaq üçün tədbir görülür. İnsanlar sadəcə birtəhər avtobusa minib ya işə, ya da evə çatmağa tələsir.

Dayanacaqlara daxil olan avtobuslar arasında isə sanki yarış gedir. Ekspress marşrut xətləri üçün yollarda ayrıca zolaqlar yaradılsa da, yenə davamlı gecikmələr baş verir. Hansı ki bu zolaqlarda ancaq ekspress marşrutlar hərəkət edir.

 

 

Sosial məsafə təmin edilmir, dispenserlərə spirt əvəzinə su doldurulur

 

 

Bu durum Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan bütün qurumlara, həm dövlət, həm özəl şirkətlərə aiddir. Maraqlıdır ki, dəfələrlə paytaxtda sərnişin sayının artdığı etiraf edilsə , avtobusların gecikməsini hər zaman yollardakı tıxaclara bağlayırlar. Avtobuslararası intervalın çox olmasına, avtobusların gecikməsinə, kartsızlığa, əlavə xətt avtobusları sürücülərinin özbaşınalıq etməsinə isə aydınlıq gətirən yoxdur.

Koronavirusla mübarizə dövründə Bakıda marşrut avtobuslarının sayı artsa da, sıxlıq yenə qalır, sosial məsafənin təminindən əsər-əlamət yoxdur. Marşrutlar potensial koronavirus ocaqlarıdır, çünki insanlar nəfəs-nəfəsə gedirlər. Avtobuslarda dezinfeksiya qaydalarına əməl edilmir. Yalnız televiziya kanallarının kameraları qarşısında bu prosesin hər gün həyata keçirildiyi göstərilir. Operativ Qərargahın tələb etdiyi heç bir sanitar-gigiyenik qaydaya əməl olunmur. Hətta avtobuslarda dispenserlərə spirt əvəzinə su doldurulur. Səbəbini soruşduqda sürücülər qaraj rəhbərliyini günahlandırırlar.

Görəsən pandemiya şəraitində insanların bu vəziyyətdə daşınması dərəcədə doğrudur, mövcud problemlər nədən aradan qaldırılmır?!

 

 

Qüsurlar çatışmazlıqlar illərdir aradan qaldırılmır

 

 

Paytaxt ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz, fasiləsiz rahat hərəkətini təmin etmək tənzimləmək funksiyası Bakı Nəqliyyat Agentliyinin üzərinə düşür. Paytaxt nəqliyyatındakı mövcud problemlərin aradan qaldırılması üçün hökumət tərəfindən quruma bütün səlahiyyətlər verilib tam şərait yaradılıb. Ancaq deyəsən qurum sərnişindaşımanın yükünü çəkmək iqtidarında deyil!

Ekspert Ərşad Hüseynov da deyilənləri təsdiqləyir. Onun sözlərinə görə, Prezident İlham Əliyev yol-nəqliyyat infrastrukturunun, sərnişindaşımanın müasir tələblərə cavab verməsi üçün mühüm qərarlar qəbul edib, böyük vəsait ayırıb davamlı ciddi tapşırıqlar verib. Amma bu işin həvalə olunduğu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində hələ ətalət, çatışmazlıqlar qalmaqdadır: “Metro bağlı olduğu üçün Bakıda sərnişindaşıma yerüstü nəqliyyatın üzərinə düşüb. Hələ bəzi məhdudiyyətlər olduğu üçün vətəndaşlar marşrut avtobuslarından o qədər çox yararlanmırlar. Yəni hələ həyat tam öz axarına düşmədiyi halda belə avtobuslarda sıxlıq müşahidə olunur, tıxaclar yaranır. Sürücülərin məsuliyyətsizliyi, pik saatlarda gecikmələr, avtobusların qrafikdən kənara çıxmaları adi hallardır. Bütün bunlar tədricən aradan qaldırılmalı idi. Ancaq hələ bunu görmürük. Səbəb odur ki problemlər köklü həll olunmur, hətta bəzən ortaya fantastik iddialar qoyulur, hansı ki həyata keçirilməsi qeyri-mümkündür. Yanlış qərarlar qəbul edilir. Bir halda ki dövlət adından bu işlər həmin quruma tapşırılıb, o sahədə hansı problemlər varsa, ən qısa müddətdə təhlil olunub həllini tapmalı idi. Ancaq görünən mənzərə tam başqadır”.

Ekspert Ərşad Hüseynov qeyd edir ki, bəzən yanlış olaraq bu halların səbəbkarı kimi daşıyıcıları göstərirlər: “Axı bu prosesə nəzarət edən qurum Bakı Nəqliyyat Agentliyidir. Əslində BNA bu problemlərin aradan qaldırılması ilə bağlı hökumət qarşısında real, əsaslı təşəbbüslər qaldırmalıdır ən əsası, fəaliyyətini daha da təkmilləşdirmək şaffaflaşdırmaq üçün səmərəli təkliflər irəli sürməlidir. Bu gün problem mahiyyəti üzrə araşdırılsa, real mənzərə ortaya çıxar. Paytaxt nəqliyyatına nəzarət edən qurumun indiyəqədərki yanlış qərarlarının nəticəsidir ki, nöqsanlar, problemlər həllini tapmır”.

 

 

Nəqliyyat planına uyğun atılan addımların effekti yoxdur

 

 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev isə açıqlamasında qeyd edib ki, ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra paytaxtdakı marşrutlarda sərnişin sayı artıb. Bu da əsasən Bakıda tətbiq edilmiş sms-icazənin ləğv edilməsi ilə bağlıdır: “Ümumiyyətlə, ölkədə istər sərt karantin rejiminin tətbiqi, istərsə də karantin şərtlərinin yumşaldılması zamanı əvvəlcədən hazırlanmış nəqliyyat planına uyğun olaraq addımlar atılır”.

Ancaq nədənsə nəqliyyat planına uyğun atılan addımların effekti yoxdur. Görünən isə odur ki, sərnişin sıxlığının azaldılması üçün marşrut xətləri arasında koordinasiya yoxdur. Günün pik saatları üçün lazım olan çevik qrafiklər hazırlanmır. Gecikmələr müşahidə olunduğu zaman avtobuslararası intervallar azaldılmır.

Ən əsası, avtobusların hərəkət xətləri üzrə indi xüsusi zolaqların yaradılması və onların artıq hərəkətlərini maneəsiz həyata keçirmələri daha tıxacla bağlı bəhanəni də əhəmiyyətsiz edir...

Bəzən isə BNA avtobusların say azlığından şikayət edir. Ancaq bu da bir bəhanədir və görünən odur ki, yerüstü sərnişindaşımanı həyata keçirən agentlik pandemiya sınağından çıxa bilmir.

Pandemiya şəraitində 130-140 nəfərin qapalı avtobusda, heç bir sosial məsafəni qorumaq mümkün olmadan getdiyi təhlükəli yolçuluq isə hər gün davam edir. Əlaqədar qurumlar tərəfindən yaşanan narahatlığa, təhlükəyə effektiv bir əncam çəkilməsə, bu təhlükə hələ çox davam edəcək...

 

 Rəşad BAXŞƏLİYEV,

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 28 fevral.- S.1;6.