Milli Məclisin
nümayəndə heyəti Budapeştdə Macarıstan-Azərbaycan
parlamentlərarası dostluq qrupu ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Budapeştdə səfərdə olan parlament nümayəndə heyəti iyunun 29-da Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Masibətlərin inkişafına dəyərli töhfə verəcəyindən əminliyini bildirib. Diqqətə çatdırıb ki, parlamentlər arasındakı münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Pandemiya bitdikdən sonra qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyindən danışan dostluq qrupunun rəhbəri hər iki ölkə deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Macarıstanla mövcud parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisdə Macarıstanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. İnanıram ki, deputatlarımız bu əməkdaşlıq ənənəsini beynəlxalq parlament təşkilatları çərçivəsində də bundan sonra da davam etdirəcəklər. S.Qafarova Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA - parlament ölçüsü də daxil olmaqla, Türk dünyası ilə artan əməkdaşlıq tendensiyasından məmnunluğunu bildirib. Qeyd edib ki, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz arasındakı qarşılıqlı dəstək və tərəfdaşlıq ölkələrimizin mövqelərinin möhkəmlənməsinə xidmət etməyə davam edəcək.
Sahibə Qafarova Macarıstan hökumətinə, macarıstanlı deputatlara 44 günlük Vətən müharibəsi dövrü də daxil olmaqla, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib. Müharibənin artıq başa çatdığını diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramına başlayıb. Tərəflər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla bütün məsələləri həll etmək barədə razılığa gəlsələr də, Ermənistan azad olunmuş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Müharibə bitdikdən sonra mina partlayışı nəticəsində yaralanan, həlak olan jurnalistlər, hərbi qulluqçular və mülki şəxslər var.
Sonra
görüşdə dostluq qruplarının üzvləri -
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri, Milli Məclis sədrinin
birinci müavini Əli Hüseynli, komitə sədri Ziyafət
Əsgərov, deputatlar – Kamilə Əliyeva, Asim Mollazadə,
Elman Nəsirov, Macarıstan tərəfindən Pal
Zsigmond-Barna, Csaba Gyüre, Laszlo B. Nagy, Gergely Farkas və Zsolt
Csenger çıxış edərək ölkələrimiz
arasında münasibətlərin mövcud vəziyyəti,
parlamentlər arasında əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı səfərlərin
əlaqələrimizin inkişafında rolu və digər məsələlər
haqqında fikirlərini bölüşüblər.
Azərbaycan.-2021.- 1 iyul.- S.2.