Dağıtmaq üçün doğulmuşlar, qurub-yarada bilməsələr də...

 

Azərbaycan Ermənistana regionda sülh və əməkdaşlıq istiqamətində addımlar atmağı tövsiyə edir

 

 

 

Son əsrlərdə misligörünməmiş vandallıq nümayiş etdirən erməni nasistlərinin aramsız cinayətləri səbəblərindən Qafqaz dünyanın gərgin münaqişə ocaqlarından birinə çevrilmişdi.

 XX əsrin əvvəlindən bu günədək gizli münaqişələr və açıq müharibələrlə müşahidə edilən və böyük güclər tərəfindən aşkar şəkildə dəstəklənən bu aqressiya ərazilərimizin zəbt edilməsi və uzun illər işğal altında saxlanılması ilə nəticələnmişdi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək möhtəşəm Zəfər qazanmış və bununla erməni separatçılığının belini qırmışdır.   

Bəli, bu gün Azərbaycan üçün müharibə artıq keçmişdir. Biz 44 günlük müharibəni ermənilər kimi gündə yüz dəfə araşdırmırıq. Əksinə, regionda sülhə, qarşılıqlı əməkdaşlığa, meqalayihələrin həyata keçirilməsinə köklənmişik. Üstəlik,  30 il ərazilərimizdə vəhşiliklər törədən Ermənistana da bu layihələrdə iştirak etməyi təklif edirik. Təəssüf ki, işğalçı ölkə hələ savaşla sülh arasındakı fərqləri qavramaq iqtidarında deyil.

Buna baxmayaraq, Azərbaycan bütün istiqamətlərdə konkret addımlar atır və beynəlxalq iqtisadi əlaqələrini gücləndirir. Bu baxımdan son vaxtlar Prezident İlham Əliyevin keçirdiyi qəbullar xüsusi maraq kəsb edir. Dövlətimizin  başçısının iyunun 23-də  Rusiya  Prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektlərinə toxunulmuş, hər iki tərəf Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişlər.

İyun ayının üçüncü dekadasının ilk günlərində Azərbaycan Prezidenti Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul etmişdir. İkitərəfli söhbətlərdə iqtisadi əlaqələrə, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafına toxunulmuş, ticarət dövriyyəsinin artırılması, ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı ixracın genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Prezident İlham Əliyevin iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul etməsi də beynəlxalq müstəvidə aparılan danışıqların bölgədə sülhə, əmin-əmanlığa və quruculuğa səmtləndiyini təsdiq edir. BMT-nin ali nümayəndəsi bu görüşdən məmnun olduğunu, xüsusən də Azərbaycan Prezidentinin uğurlarından son dərəcədə təsirləndiyini dilə gətirmişdir: “Ağdamda bəyanatımda, yekun bəyanatımda dedim ki, mən bir növ qarışıq hisslər keçirirəm. Birincisi, siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum. Heçyoxdur, tamamilə dağıntıdır. İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar? İkincisi, düşünürəm ki, Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab Prezident. Yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir. Azərbaycan hər zaman inkişaf edibbu inkişaf daha da güclənəcək. Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm, bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət Nazirliyinizi dəstəkləməyə çalışmaqdan qürur duyuram”.

Əslində, BMT-nin nümayəndəsinin dediyi bu sözlər işğal edilmiş ərazilərdə qəddar və amansız erməni faşizminin 30 il tüğyan etməsinin ifşasıdır, onun amansızlığını təsdiq edən ifadədir.

Dövlətimizin  başçısı da müharibədən sonra Ağdama ilk səfərini  xatırlayaraq demişdir: “Mən qəmginlik hissi, kədər hissi, eyni zamanda şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim. Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu”.

Göründüyü kimi, Azərbaycan Prezidenti emosiyaları kənara qoymuş, soyuqqanlıqla erməni faşizmini ifşa edən faktları sadalamışdır. Bütün bu cizgilər qəddar erməni faşizminin üzünü açır. Dövlətimizin başçısı aqressiv erməni faşızmının törətdiklərini sadalasa da, qətiyyətlə Azərbaycanın düşmənçiliyə yox, quruculuğaislahatlara istiqamətləndiyini diqqətə çatdırmışdır: “Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq. Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”.

Həqiqətən, müharibədən keçən qısa müddət ərzində Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə qeyri-adi layihələrin icrasına, yeni texnologiyaların tətbiqinə, o cümlədən “ağıllı” şəhər və kəndlərin salınmasına, müasir yolların çəkilməsinə, aeroportların inşasına, bir sözlə, Qarabağın sürətlə dirçəlməsinə başlanmışdır.

Bəs Ermənistan nə edir? Orada hakimiyyət uğrunda savaş gedir, rəqibləri Paşinyana uduzsalar da, geri çəkilmək istəmirlər. Bu isə o deməkdir ki, faşist ideologiyası hakim kəsilən ölkədə dinclik və əmin-amanlıq tezliklə olmayacaq.  Çünki bu ideologiyanın  ana xəttini əbədi düşmən axtarışında olmaq, onu məhv etmək təşkil edir. Bu azmış kimi, Qarabağ erməniləri ilə yerli ermənilər arasında qütbləşmə dərinləşir. Blogerlər Qarabağdakı erməniləri söyürlər ki, necə olur, türklərə düşmən deyirsiniz, amma yediyiniz portağal, kartof, hətta soğanı da türklərdən alırsınız? Qarabağda itkin düşən əsgər valideynləri bu gün Yerevanda piket keçirir, Xankəndidə isə Araik mitinqdə məğlubiyyətin səbəblərini izah edir. Ümumiyyətlə, bu mövzu erməni siyasi müstəvisinin ana xəttidir. Hamı düşmən axtarışındadır, hamı bir-birilə kəllə-kəlləyə gəlməyə hazırlaşır. Bu, erməni xalqının psixologiyasının anomaliyası yox, faşizmin kompasıdır.

Yeri gəlmişkən, bizdə bəzi müxalif qüvvələr car çəkirlər ki, Ermənistandakı seçkilərdə demokratiya qalib gəldi. Gülünc fikirdir. Yaxın keçmişdə Qarabağda - özgə torpaqlarında “inauqurasiya” keçirən, yallı gedən, bir neçə saata Bakı bulvarında göbək atıb rəqs etmək  istəyən “lider  vaxtdan demokrat oldu?

Bu baxımdan İlham Əliyevin Pakistanın ordu generalı Qamar Caved Bacvanı qəbul etməsi də diqqətçəkən görüşlərdəndir. Dövlətimizin başçısı görüşdə məxsusi vurğulamışdır ki, Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və onunla diplomatik əlaqələr qurmayan azsaylı ölkələrdən biridir: “Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkəboyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək”.

 

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2021.- 3 iyul.- S.1:5.