Elm istehsalat bir araya gəlir

 

SDU ilə Sumqayıt Texnologiyalar Parkı arasında memorandum imzalanıb

 

 

Sumqayıt Dövlət Universitetində (SDU) Sumqayıt Texnologiyalar Parkının (STP) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə  STP MMC-nin baş direktoru Ruslan Ağabəyli rəhbərlik etdiyi sənaye parkının fəaliyyətindən danışıb, SDU STP arasında əməkdaşlığın gələcək perspektivlərini, müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, 2009-cu il dekabr ayının 22-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən STP müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Texnopark daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm xarici bazara məhsullar ixrac etmək qabiliyyətinə malikdir. STP-nin bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə edilib. Burada istehsal olunan bütün məhsulların müvafiq sertifikatları var. Bu gün STP- beynəlxalq standardlar da tədbiq olunur.

İştirakçıların nəzərinə çatdırılıb ki, Sumqayıt Dövlət Universiteti ölkənin regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilib. Regionun elmi-mədəni elitasının formalaşmasını təmin edən təhsil ocağında kadr potensialının inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir, mühüm uğurlara imza atılır. Universitetin rektoru professor Elxan Hüseynov rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verərək bildirib ki, SDU bir çox müəssisələrlə əməkdaşlıq müqaviləsi imzalayıb. Nəticədə tələbələr ixtisaslarına uyğun təcrübədə olurlar ki, bu da günün tələbləri səviyyəsində kadr potensialının formalaşmasına təkan verir.

Rektor onu da vurğulayıb ki, SDU-nun tarixində ilk dəfə olaraq 2017-ci ildən başlayaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Hazırda universitetdə 6 ixtisas üzrə 3 dissertasiya şurası da fəaliyyət göstərir. SDU Rusiya-Azərbaycan Universitetləri assosiasiyasının üzvü assosiasiyanın Azərbaycan tərəfdən həmsədridir. Elm təhsil sahəsində universitetlərin əməkdaşlığı həm ölkələrimizin intellektual potensialının artmasına kömək edir. Elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası istiqamətində imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən universitet bu gün təkcə maddi-texniki bazası, İKT-nin son naliyyətləri ilə təchiz olunmuş auditoriya, laboratoriyaları ilə deyil, nüfuzlu alimləri, tanınmış müəllimləri, mükəmməl biliklərə malik kadr potensialı, professor-müəllim heyəti ilə şöhrət qazanıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

 

 

Akif ƏLİYEV

Azərbaycan.-2021.- 3 iyul.- S.7.