BVF: “Azərbaycan hökuməti xarici şokların təsirini çevikliklə yumşalda bilmişdir

 

 

Beynəlxalq Valyuta Fondu (BVF) Nizamnaməsinin IV maddəsi üzrə Missiya Azərbaycan barədə hesabatını yayıb. Hesabatın əsas məqamlarını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı hesabatda Azərbaycan iqtisadiyyatının COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalmasının qeyd edildiyini vurğulayıb.

Daha sonra V.Qasımlı əlavə edib: “Əlbəttə, sadalanan səbəblərdən başqa ötən il quraqlıq və Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu Vətən müharibəsinin də iqtisadi təsirləri olmuşdur. BVF-nin missiyası hesab edir ki, bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır. Hesabatda qeyd edilir ki, davam edən vaksinasiya və iqtisadiyyatın tədricən açılması nəticəsində iqtisadi artım bu il 2,3 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz proqnozlaşdırılır.

Ötən il qeyri-neft sektorunun 2,6 faiz kiçilməsini nəzərə alanda, builki 3,6 faizlik artım proqnozu onu göstərir ki, qeyri-neft sektoru nəinki tam bərpa oluna, hətta böhrandan əvvəlki həcmini ötə bilər. Neft-qaz sektorunun keçənilki 7,2 faiz geriləməsini bu il “Cənub qaz dəhlizi” hesabına mavi yanacaq istehsalının artması kompensasiya edəcək, hətta neft-qaz sektorunda real olaraq 0,2 faizolsa artım proqnozlaşdırılır”.

İİTKM-nin icraçı direktoru V.Qasımlı bildirib ki, Azərbaycanın fiskal balansı və cari hesablar balansı COVID-19-dan əvvəlki əhəmiyyətli müsbət zonadan ötən il mənfi zonaya daxil olsa da, bu il “əkiz balanslarda bərpa proqnozlaşdırılır: Qaz ixracının artması, neft qiymətlərinin artıq 70 dolları ötməsi və qeyri-neft ixracının ikirəqəmli hədlərdə böyüməsi cari hesablar balansının müsbət saldosunun bu il ÜDM-in 2,4 faizi həddində olacağını proqnozlaşdırmağa əsas verir. COVID-19-la mübarizə və işğaldan azad olunan ərazilərin rekonstruksiya xərcləri artdığından, icmal büdcənin bu il proqnozlaşdırılan ÜDM-in 5,6 faizi səviyyəsində olan kəsiri növbəti ildən azalaraq 3 faizə enməsi gözlənilir. “Əkiz balans”ların vəziyyəti ilə idxal inflyasiyası nəzərə alınanda inflyasiyanın Mərkəzi Bankın hədəflədiyi “dəhliz”də - 4 faiz civarında olması proqnozlaşdırılır. İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. Qeyri-monetar xarakter daşıyan xaricidaxili xərc amilləri, eləcə də pul kütləsinin artması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. “Əkiz balans”ın yaxşılaşması və dövlətin borcunun məqbul həddi makroqitisadi sabitliyin əsas lövbəri - manatın məzənnəsinin sabitliyinə də müsbət təsir edir”.

İİTKM-nin təqdim etdiyi şərhdə bildirilir ki, 2020-ci böhran ilində fiskal siyasət çevikliyi ilə seçildiavtomatik stabilizatorlar şoklara cavab verdi, hətta fiskal qaydaların tətbiqi müvəqqəti dayandırıldı: Lakin uzunmüddətli dönəmdə yeni fiskal qaydaların işlənilməsi, dövlət maliyyəsinin daha da təkmilləşdirilməsi, xərcləmələrin, subsidiyaların və dövlət sektorunda məşğulluğun səmərəliliyinin artırılması, vergi-gömrük inzibatçılığının yaxşılaşdırılması, ən əsası isə dövlət müəssisələrinin islahatları hesabına fiskal konsolidasiyaya getmək mümkündür. Vergigömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qüvvədə olanya təklif olunan vergigömrük güzəşt və azadolmalarının büdcə ilə yanaşı iqtisadisosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Sadalanan addımlar həm də fiskal dayanıqlıq üçün əhəmiyyətlidir.”

İİTKM-nin icraçı direktoru BVF-nin hesabatında monetar siyasət barədə məsələləri də şərh edərkən aşağıdakı məqamlara diqqət yetirmişdir: Böhran ilində requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, dijitallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, kredit ekspansiyasının təşviqi və maliyyə dayanıqlılığına dəstək tədbirləri həyata keçirildi. BVF-nin hesabatında xüsusən də uçot dərəcəsinin aşağı salınması və monetar yumşalma xüsusi qeyd olunsa da, kredit faizləri hələ də yüksək qiymətləndirilir. Bank sektorunda kapital adekvatlığı və likvidlik göstəriciləri normativdən artıqdır, bankların göstəriciləri yaxşılaşır. Bu ilin ilk 5 ayında bank sistemi üzrə kredit portfeli 3,8 faiz, o cümlədən biznes kreditləri 2,4 faiz artsa da, monetar siyasətin qısamüddətli dönəmdə iqtisadi fəallığın və real sektorun canlanmasına daha çox töhfəsi, həmçinin monetar transmissiya gücünün artması arzuolunandır.”

V.Qasımlı yekunda BVF-nin hesabatında struktur islahatlarına toxunmuşdur: “Neft ehtiyatlarının tükənməsi, rəqəmsal transformasiya və yaşıl inkişaf paradiqması, habelə Qarabağın reinteqrasiyası Azərbaycan iqtisadiyyatının Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş yeni milli prioritetləri əsasında restruktizasiyasını zəruri edir”.

 

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2021.- 4 iyul.- S.1;3.