Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

 

 

 

Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın i , (Dünya yuxutək əriyir) kitabı Kiyevdə nəşr olunub.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəngin ənənəli Yaroslavov Val nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur. Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

Ağrını bədii sözə çevirmək istedadı...

Lesya Mudrak kitabdakı Ağrını bədii sözə çevirmək istedadı... sərlövhəli Ön sözündə yazır: Əlində tutduğun bu kitab Azərbaycanın gənc, istedadlı şairi, imzası təkcə Qafqaz oxucu auditoriyasına yox, Avropa poeziya xiridarlarına da yaxşı tanış olan Leyla Əliyevanın ukrain dilinə tərcümə olunmuş i , (Dünya yuxutək əriyir) kitabıdır.

Şairin xaricdə işıq üzü görən ilk kitabı 2016-cı ildə Minskdə (Belarus dilində) nəşr olunmuş ˳ şeirlər toplusudur. Eyniadlı kitabın 2018-ci ildə ingilis dilində Londonda (The World Dissolves like a Dream) təqdimatı keçirilmişdir.

Heç şübhəsiz ki, Ukrayna oxucusu tarixi diskursu dərin köklərə söykənən bu şərq ölkəsinin qədim məşhur poetik ənənələri ilə yaxından tanışdır. Azərbaycanın kişi poeziyası ilə yanaşı, bərabər şərtlərlə inkişaf etmiş qadın poeziyası ənənələri hər zaman xüsusi maraq doğurmuşdur. Gözəl qəzəllər müəllifi olan klassik Azərbaycan şairi Məhsəti Gəncəvi böyük Ömər Xəyyamın müasiri olub. Azərbaycanda qədim dövrlərdən bəri aşıq sənəti deyilən ədəbi cərəyan mövcud olub ki, burada qadın şairlər hər zaman kişi şairlərlə yaradıcı rəqabət aparıblar. Burada söhbət sevgi lirikasından gedir. Belə ki, aşıq sözü ukrain dilinə aşiq, vurğun kimi tərcümə edilir. Azərbaycanın ən məşhur aşıq-şairlərindən Ağabəyim ağa Ağabacı, Heyran xanım, Fatimə xanım Kəminənin digərlərinin adını çəkmək olar. Azərbaycanın şərq ənənələrinin zərif örtüyünə bürünən qadın poeziyası irsinin unikal səmimiyyətini paklığını heç təsadüf saymaq olmaz. Əlbəttə, zaman ötdükcə poetik üslublar dəyişir, amma qədim dövrlərin əbədiyaşar bədii yaradıcılıq xüsusiyyətləri müasir ədəbi prosesdə öz özəlliyini qoruyub saxlayır.

 

Leyla Əliyevanın i , kitabını dilimizə çevirərkən, bacardığım qədər müəllifin obrazına girməyə, daxilən onun yaradıcı monotamaşasının bir növ ifaçısı olmağa çalışdım. Səmimi deyim ki, heç asan başa gəlmədi, tərcümə prosesi bir neçə ay çəkdi. Təəssüflə deməliyəm ki, heca poeziyası ənənələri XVIII əsrə dayaqlansa da, bu gün demək olar ki, itirilib. Sillabotonikanın (yunanca Syllabe tərkib, tonos vurğu deməkdir) əsas prinsipləri misrada vurğulu vurğusuz hecaların bölgüsü ilə təkrarlanaraq, ritm ahəng axıcılığı yaratmasına əsaslanır. Mətnin quruluşu burada mahiyyət etibarilə təyinedici qismində çıxış edir, üstəlik, bu quruluşu yaradan normativlərin gözlənilməsi zəruriliyi meydana çıxır. Tərcüməçinin fövqəlvəzifəsi bundan ibarətdir. Orijinalla işləyən tərcüməçi yuxarıda qeyd olunanlarla yanaşı, əsərin daxili dramatizmini, emosional özəlliklərini ana süjetini bütünlükdə oxucuya çatdıra bilməlidir.

 

Leyla Əliyevanın lirik qəhrəmanı kimdir? Mənim təəssüratlarıma görə bu, son dərəcə həssas qəlbə, romantik təbiətə, ADİ- XÜSUSİ olanı görmək qabiliyyətinə malik olan bir qadındır. Üstəlik, o altruistdir həyatda baş verənlərin çoxdan göylərdə həll olunduğuna, bəşəriyyətin bütün sirlərindən yalnız Tanrının agah olduğuna, günahları bağışlayanın, iman gətirənləri hər zaman İlahi sevginin işıqlı yoluna çıxaranın məhz O olduğuna inanır.

 

Leylanın yaradıcılığı süjetli, çoxşaxəli, müəyyən mənada pritçavaridir. Bu mənada onun şeirlərində irihəcmli poemalara xas hekayə üslubu nəzərə çarpır. Kitaba daxil edilmiş şeirləri bu mövzular üzrə təsnifatlaşdırmaq olar: Sevgi, Vətən, Fəlsəfə. Eyni zamanda, bu müxtəlif səpkili mövzuların üzvi şəkildə bir-birilə vəhdət təşkil etdiyi müəllifinin fərdi üslubunun bütöv mənzərəsini yaratdığı nəzərə çarpır.

 

i , kitabını əlinə alan hazırlıqsız oxucu, bəlkə , səhifələrdə rastlaşdığı dərin sətiraltı mənaları dərhal anlamaya da bilər. Bunun səbəbi gənc şairin daxili aləminin klassik təmkinli üslubla açılması, əslində, hər şeiri ilə bizə Şekspirin əbədi olum, ya ölüm sualı ilə müraciət etməsidir.

 

Azərbaycanın Xalq yazıçısı Afaq Məsud Leyla Əliyevanın kitabına yazdığı Ön sözdə qeyd edir ki: İlahi sevgidən mərhəmətdən bədirlənmiş bu aləmi islanmadan, üşümədən, titrətmədən tərk etmək, oralardan sakitcə uzaqlaşmaq olmur. Eyni zamanda o əmindir: ağrını bədii sözə köçürmək istedadı heç hər kəsə verilmir...

 

Həqiqətən , gənc şairin misralarında Ağrı əsas ontoloji ölçü vahididir, bu ağrının gizli mahiyyəti isə alleqoriya metaforlarla üzə çıxır:

 

Ey qara qu quşu, yalqızsan yenə

İnanım deyirsən, itmiş ruhlara?

Sən qəmli, həm zərif, həm çox gözəlsən,

Çox da sevimlisən həm lap tənha.

Ey qara qu quşu, ölmüş anları

Əridib qərq edir çaylar dibinə

Minlərlə ifadə qeyb olur burda

Unudulmuş ruhlar görüşür yenə

Qəlbi işıq dolu, qara qu quşu!

Mənə sən yaşatdın ötən çağları!

Çox şeyi anlatdın bu gün dostuna,

Bil ki, unutmaram bu yaxşılığı...

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, gənc şair öz nəsildaşlarının əksəriyyətindən fərqli olaraq, urbanist şair deyil. Leyla təbiətə, onun şəfaverici mahiyyətinə, bütün canlı aləmin eksiztensial düsturuna yaxından bələddir.

Leyla Əliyevanın şeirlərində müxtəlif şəhər ölkələrə səfərlərindən aldığı təəssüratları yer alsa da, doğma vətəni Azərbaycana olan sonsuz sevgisi yaradıcılığından qırmızı xətlə keçir:

 

Xəzərin qoxusu, İçərişəhər...

Abşeron bürküsü, Xəzri, Gilavar...

Qəfil qonaqların səsi, hay-küyü...

Mənim doğma Bakım,

darıxdım yaman...

Bəzən adama elə gəlir ki, Leylanın qəhrəmanı formaca sadə, məzmunca isə mürəkkəb olan qadın səadətini axtarmaqdan yorulub-usanmır. Dayanacaq, İntizar, Gözləyirəm sakitcə, Gəlib yetişməz olan qırmızı avtobus... Axşamlar arzu rənginə boyanaraq, onu təkrar-təkrar, özünü doğma rahat hiss etdiyi evinə qaytaran qırmızı avtobus...

 

Qəm sakit axşamla döydü qapımı,

Qapını bağlamaq çıxıb yadımdan.

Sən ay qəfil qonaq, gəl, keç içəri,

Qonaq olan evdə darıxmır insan.

Buyur, keç, mən sənə bir çay da süzüm,

Seçim mürəbbənin ən yaxşısından.

Qəm, mən səninləyəm, sən heç darıxma,

Hələ darıxmağa taparıq zaman.

Axşam qayıtmağa söz verib mənə

Yenə gedəcəksən səhərə yaxın...

Yox, əgər bu səhər yağışlar yağsa,

Dərhal geri qayıt, köksümə sığın.

Gözləmirdim səni, bilirsənmi, qəm?

Səninlə küsməyə ürəkdən şadam.

İkicə fincana çay da süzmüşəm,

Bilirəm, hər zaman yaxınlıqdasan.

Mən üzlü olsaydım, qəm, bilirsənmi,

Şübhəsiz, yanımdan qovardım səni.

Mənsə gözləyirəm... rəhm et, başa düş,

Dəyərli vaxtımı alma əlimdən.

Bütün saatları, bəlkə, sındıraq?

Onların başqa bir çarəsimi var?

Qərar vermisənsə, qonaq qalmağı,

Gəl, ay qəm, şənləndir məni, olar?!

Leyla Əliyevanın kitabı dünyanın faniliyindən doğan hiss həyəcanların dramatik ifadəsidir. Bu poetik ədəbi irsin sadəliyi təbiiliyi sözün pramateriyası ilə qəribə bir vəhdət təşkil edir. Öz dövrünün dünyanın səyahətinə çıxan yeni nəslin, yenicə doğulmaqda olan fərqli bir müasirliyin ayrılmaz hissəsi olan bu kitab, hansısa tarixdənkənar, daha doğrusu, tarixəqədərki ümumbəşəri kosmik empiriyalardan xəbər verir...

 

Yaşanmış anları yaddaşdan silib

Qoy aparsın külək, üzülmə amma.

Yazın göz yaşına çevrilsə qar,

Özgə dərdlərindən təsəlli umma.

Bir gün Yer üzündə lap tək qalsan,

Qalsan bu taleyin yol ayrıcında,

Görsən kimsə yoxdu, boşdu bu dünya,

Bil ki, tək deyilsən, O var yanında....

 

Azərbaycan.-2021.- 4 iyul.- S.3.