“Evə qürurla gedirik

 

 

Bu futbolçular qəhrəmandırlar. Mən komandamla, bütün oyunçularla qürur duyuram. Onlar bütün güclərini ortaya qoydular”.

 

Bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç “Avro-2020”nin 1/4 finalında İspaniyaya məğlub olduqları matç haqqında danışarkən deyib:  Onsuz da rəqibin gücünü bilirdik. Çünki çox böyük uğurlar əldə ediblər. Penaltilər seriyasında məğlub olduğumuza baxmayaraq evə qürurla gedirik. Bu, lotereya idi. Təəssüf ki, qırmızı vərəqə son mərhələdə və əlavə vaxtda oyunumuzu çətinləşdirdi. Ancaq komandam mübarizəyə davam etməyə layiq idi

 

Azərbaycan.-2021.- 4 iyul.- S.6.