Kapital qoyuluşunun əsas ünvanı - qeyri-neft sektoru

 

Xarici investorlar pandemiya dövründə Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqdan ehtiyat etmirlər

 

 

 

Dünya iqtisadiyyatının inkişafını təmin edən bir neçə önəmli faktor var. Onlardan birincisi iqtisadiyyatın fasiləsiz investisiyalaşdırılmasıdır. Əbəs yerə demirlər ki, sərmayə qoyuluşu iqtisadi tərəqqidə xəstə orqanizm üçün təzə qanın lazım olduğu qədər vacibdir.

 

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra bu istiqamətdə mühüm addımlar atdı. Ölkəmizdə xarici daxili sərmayənin qorunması haqqında mükəmməl qanunvericilik bazası yaradıldı. Bununla yanaşı, xarici investisiyaların təşviqi üçün bir sıra güzəştlər tətbiq olundu. Həmin proses indi davam edir.

 

Xarici sərmayənin ölkə iqtisadiyyatına cəlb edilməsi istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən dəyərincə qiymətləndirilir. Onlar bu barədə apardıqları hesabatlarında qazandığımız nəticələrin yüksək olduğunu qeyd edirlər. Bu yerdə bildirək ki, həmin hesabatlar həm xarici kapitalın ölkəmizə olan güvəninin göstəricisidir.

 

Onu da qeyd edək ki, əvvəllər əcnəbi sərmayədarlar investisiya qoyuluşunda neft sənayesinə üstünlük verirdilərsə, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar xarici investorların qeyri-neft sektoruna da marağını artırdı. Bunun nəticəsidir ki, ölkəmizin qeyri-neft sektoruna xarici kapitalın qoyuluşu hətta pandemiya dövründə davam etmişdir.

 

Beynəlxalq təşkilatların apardıqları araşdırmalara görə, Azərbaycandakı mövcud investisiya mühiti MDB məkanında, həmçinin bir çox Şərqi Avropa ölkələrində olduğundan əlverişlidir. Avropanın, Amerikanın və Asiyanın iri bankları, həmçinin həmin regionlardan olan sahibkarların Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırması məhz bunun sayəsindədir.

 

Dövlət Statistika Komitəsinin  cari ilin yanvar-may ayları üçün açıqladığı rəqəmlərə görə, xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 946,2 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin 1 milyard 752,5 milyon manatı Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Malayziya, Fransa, Rusiyaİran sərmayədarlarına məxsusdur.

 

Məlum olduğu kimi, iki ildən çoxdur tüğyan edən koronavirus pandemiyası  dünya iqtisadiyyatına böyük zərbə vurur. Adətən, bu cür çətin şəraitdə sərmayədarlar kapital qoyuluşuna risk etmirlər. Amma rəqəmlərdən də göründüyü kimi, sərmayədarlar pandemiya vaxtında da Azərbaycana kapital qoymağa ehtiyat etmirlər. Hazırda koronavirusa qarşı kütləvi şəkildə aparılan peyvəndləmə sayəsində proses müsbətə doğru gedir  bütün dünya postpandemiya dövrünə hazırlaşır. Sözsüz ki, bundan sonra ölkəmizə xarici kapital qoyuluşu daha da artacaq. Çünki Azərbaycana sərmayə yatıran sahibkarlar peşman olmurlar, əksinə, qazanc əldə edirlər.

 

Dövlətimiz neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək özüiqtisadiyyata kapital qoyuluşu həyata keçirir. Bu vəsait, ilk növbədə, infrastruktursosial layihələrin icrasına yönəldilir. Eyni zamanda sahibkarlığı və özəl sektoru inkişaf etdirmək üçün güzəştli kreditlər verilir. Dövlət Statistika Komitəsinin yanvar-may aylarında kapital qoyuluşu ilə bağlı açıqladığı rəqəmlər də sahibkarlığın inkişaf səviyyəsini bir daha təsdiq edir. Belə ki, cari ilin 5 ayında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 907 milyon manat vəsait yönəldilib. Ümumi sərmayənin 33,5 faizi dövlət, 66,5 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb. Bu fakt dövlətin sahibkarılığın inkişafına verdiyi dəstəyin müsbət nəticəsini göstərir. Digər bir mühüm fakt isə odur ki, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 60,3 faizini təşkil edir. Yəni ölkəmiz öz valyuta ehtiyatları və yerli sahibkarın imkanları hesabına xarici investisiyalar yatırılmadan belə, inkişaf etmək iqtidarındadır.

 

Yeri gəlmişkən qeyd edək ki, cari ilin 5 ayı ərzində neft-qaz sektoruna 2 milyard 287,9 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına isə 2 milyard 619,1 milyon manatlıq vəsait qoyulub.

 

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsindən sənaye, tikinti, nəqliyyat və anbar təsərrüfatı, peşə, elmitexniki fəaliyyət, kənd təsərrüfatı və digər sahələrin inkişafında istifadə olunub. Bununla yanaşı, həmin dövrdə ölkəmizdə bir sıra sosial, infrastruktur, sənaye, emal və digər obyektlər tikilib. Belə ki, cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında “Azərxalça” ASC-nin filialı, Naxçıvan qarnizonu Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, Bakıda İqtisadiyyat Nazirliyinin yeni inzibati binası, 4 saylı DOST Mərkəzi, Respublika Baş Prokurorluğunun inzibati bina kompleksi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni inzibati binası, Sumqayıtda Vərəqə şüşə istehsalı zavodu, Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ı, Hacıqabul Sənaye Məhəlləsi, “Qarasuelektrik yarımstansiyası, Qəbələdə Qəbələ Dəmir Yol Vağzalı və Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu, Şuşada 110/35/10 kilovoltluq elektrik yarımstansiyası və s. obyektlər tikilərək istifadəyə verilib.

 

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 6 iyul.- S.1;5.