“Sətti” neft-qaz sahəsində əməkdaşlığın daha bir səhifəsini açır

 

Qazaxıstanın Azərbaycanda təkmilləşdirilən bu qazma qurğusu Xəzərdə fəaliyyət göstərəcək

 

 

 

Qazaxıstanın  “Sətti” özüqalxan üzən qazma qurğusunun təkmilləşdirilməsi Bakıda, “Kaspian Drilinq Kompani Limited” MMC-də (KDK) sona çatıb. “Samruk-Kazına” Milli Rifah Fondu və “KazMunayGazMilli Şirkəti  nümayəndə heyətlərinin Azərbaycana bu ayın əvvəlindəki  işgüzar səfərlərinin  məqsədi də “Sətti”nin  təkmilləşdirilməsi ilə bağlı işlərlə tanış olmaq idi. Bu səfər həmçinin neft-qaz sahəsində birgə cari layihələrin icrası barədə müzakirələrin aparılması və gələcək əməkdaşlıq imkanlarının araşdırılması məqsədini daşıyırdı.

 

Səttiqurğusu Qazaxıstan “KMG Drilling and Services” MMT- məxsusdur. 2019-cu ilin yanvar ayında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) KazMunayGaz  arasında imzalanmış memoranduma, eləcə həmin ilin fevralındaKaspian Drilinq Kompani Limited” MMC “KMG Drilling and Services” MMT arasında bağlanmış müqaviləyə əsasən, bu qurğu KDK-nin etibarlı idarəetməsinə verilib.

 

Qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik KDK “Sətti”nin modernləşdirilməsini də uğurla həyata keçirib. Təkmilləşdirilmə qurğunun  texnikiistehsalat qabiliyyətini artırmış, onun 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularını təhlükəsiz və səmərəli qazmasına imkan yaratmışdır.

 

Qazaxıstanlı  qonaqlar KDK-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət edib. SOCAR və BP şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi tədbirdə “Sətti”nin modifikasiyası və hazırda cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat keçirilib. Beləliklə, nümayəndə heyəti qurğuda  görülmüş təkmilləşdirmə işləri ilə yerində tanış olub. Qeyd edək ki, əməliyyat dövründə qurğu üzərində menecmenti KDK şirkəti həyata keçirəcək.

 

Hazırda “Sətti”  Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatlara cəlb olunub. Gələcəkdə bu qurğunun Xəzər dənizi akvatoriyasında digər əməliyyatlarda da iştirak edəcəyi  nəzərdə tutulub.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev  KazMunayGazMilli Şirkətinin səhmdarı “Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “KazMunayGazla  həyata keçirilən birgə layihələrə aid  məlumat verilib. Eləcə də geniş əməkdaşlıq perspektivlərindən, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərindən, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan və Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsündə (CEPI) birgə fəaliyyətdən bəhs edilib. Qeyd edilib ki, neft-qaz layihələrində birgə işləmək, əməkdaşlığı daha da möhkəmləndirmək üçün böyük perspektivlər var. Azərbaycanın boru kəmərlərindən və digər infrastrukturlarından istifadə etməklə Qazaxıstan neftinin dünya bazarlarına çıxarılması mövcud imkanlardan biri kimi göstərilib.

 

“Samruk-Kazına” Milli Rifah Fondu (90 faiz) və Qazaxıstan Respublikasının Milli Bankı (10 faiz) Qazaxıstan dövlətinin neftqaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən “KazMunayGazMilli Şirkətinin səhmdarlarıdır.KazMunayGazMilli Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin tərkibində 190-dan çox təşkilat birləşib.

 

“Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru  Qazaxıstanın birgə biznes layihələrinin potensialından bəhs edib. Son vaxtlar əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, Qazaxıstanın gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlığa maraqlı olduğu  vurğulanıb.

 

Qonaqlar “SOCAR Tower” ilə  də tanış olublar, Neft muzeyini ziyarət edib, Vizualizasiya Mərkəzinə baş  çəkiblər. Xatırladaq ki, Vizualizasiya Mərkəzi istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, irihəcmli və kritik layihələr üzrə müzakirələrin aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulub.

 

Azərbaycanın və Qazaxıstanın neft-qaz sənayesini təmsil edən səlahiyyətli nümayəndələrin görüşləri daha böyük  əməkdaşlıq perspektivlərindən xəbər verir. “Sətti”nin ölkəmizdəki fəaliyyəti  də əməkdaşlıq və tərəfdaşlığa  yeni təkan verir.

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 7 iyul.- S.1;5.