Uğurlu siyasətin nəticəsi

 

 

Azərbaycanın Ağdamdan sonra  Füzuli və Zəngilan rayonlarının da minalanmış ərazilərinin xəritəsini alması diplomatiyamızın növbəti uğurudur. Bunun müqabilində Qarabağda yenidənqurma və qayıdış layihələrinin gerçəkləşdirilməsi sürətləndiriləcək. 30 ilə yaxındır ki, doğma yurduna həsrət qalmış insanların öz yurdlarına daha tez qayıdışı təmin ediləcək. Mina xəritələrinin alınması həm də mühüm strateji əhəmiyyət daşıyır.

 

Əldə olunan nəticə həm də ölkəmizin prinsipial mövqeyinin göstəricisidir. Bütün platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsinin qaldırılması, beynəlxalq ictimaiyyətdən bu məsələyə münasibət bildirməsi tələbi, Ermənistanın antihumanist siyasətdən imtina etməsinə yönələn çağırışlar bu nailiyyətin əldə olunmasına zəmin yaratdı. İndi bütün dünyada mina xəritələrinin qaytarılmasını Azərbaycan dövlətinin siyasi uğuru kimi qəbul edirlər. Bu fəaliyyətin nəticəsidir ki, Ermənistan artıq Azərbaycanla münasibətləri tənzimləməyi özü üçün yeganə çıxış yolu kimi dərk edir.

 

Bir vaxtlar ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri Azərbaycana verməkdən imtina edirdilər. Məqsədləri də bu idi ki, daha çox azərbaycanlı minaya düşsün. Onların bu istəyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilixarici siyasəti, diplomatik səyləri nəticəsində iflasa uğradı.

 

Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr bu fikri bir daha təsdiq etdi.

 

Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq. Artıq bölgədə geniş quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına düşəcək. Eyni zamanda mina xəritələrinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda 100-dən çox Azərbaycan vətəndaşı bu minaların qurbanına çevrilib. Çoxlu sayda insan dünyasını dəyişib.  Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli Zəngilan rayonlarında həyata keçirilir. Füzulidə yeni hava limanı, dəmir yol xətləri avtomobil yolları inşa olunur. Bu baxımdan Füzuli xüsusi strateji əhəmiyyət kəsb edir. Xəritələrin əldə olunması layihələrin daha tez zamanda icra olunmasına öz ciddi töhfəsini verəcək.

 

Bərpa prosesinə ən ciddi əngəl ərazilərin minalanmış olmasıdır. Füzuli rayonunun işğaldan azad olunan ərazilərində hazırda Beynəlxalq Hava Limanının tikintisi daxil olmaqla regional əhəmiyyət daşıyan infrastruktur layihələri həyata keçirilir. İnfrastrukturun formalaşmasından sonra inzibati, sosial yaşayış binalarının inşası üçün ərazinin minalardan təmizlənməsi prosesi genişləndiriləcək.

 

Zəngilan rayonu ərazisində bərpa işləri sürətlənib. Qarabağda ilk dəfə həyata keçiriləcəkAğıllı kəndlayihəsinin icrasına Zəngilan rayonu Ağaəli kəndindən start verilib. Layihənin icrası 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri ağıllı texnologiyalar əsasında qurulacaq.

 

İşğaldan azad edilmiş rayonların kəndlərində müasir məktəb, bağça, poliklinika elektron idarəetmə mərkəzləri inşa olunacaq, həmçinin turizm infrastrukturu formalaşdırılacaq. Onu da bildirək ki, bütün yaşayış evləri, sosial obyektlər, inzibati ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya İsrail şirkətlərinin mütəxəssisləri iştirak edəcəklər.

 

İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılacaq. Birinci mərhələ dəymiş ziyanın qiymətləndirilməsini, ikinci mərhələ infrastrukturun formalaşdırılmasını, o cümlədən kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradılmasını əhatə edir. Üçüncü mərhələdə sosial inzibati  binaların inşa edilməsi, dördüncü mərhələdə isə vətəndaşlarımızın doğma yurdlarına qayıtması məskunlaşması nəzərdə tutulur. Mina xəritələrinin alınması bu dörd mərhələnin sürətlə həyata keçirilməsi deməkdir.

 

Azərbaycan diplomatiyasının uğurları bir daha onun humanizmin tərəfdarı olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycanın bu humanist siyasətindən özü üçün konkret nəticələr çıxarıb ona müvafiq davranmalıdır. Azərbaycan Ermənistana başqa seçim qoymayıb. İşğaldan azad edilmiş digər ərazilərin mina xəritələrinin Azərbaycana təqdim ediləcəyi gün uzaqda deyil.

 

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 8 iyul.- S.1;3.