Teymur Əhmədov” biblioqrafiyası nəşr olunub

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın tədqiqatçı alimləri” seriyasından tərtib etdiyi növbəti biblioqrafiya görkəmli ədəbiyyatşünas alim, publisist, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun anadan olmasının 90 illiyinə həsr edilib.

1957-2021-ci illəri əhatə edən bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Azərbaycan, rus və digər dillərdə ədəbiyyatı əhatə edən göstəricidə Teymur Əhmədovun əsərləri - kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, habelə həyat və yaradıcılığını əks etdirən zəngin material toplanıb.

İlk dəfə olaraqTeymur Əhmədov dünya kitabxanalarında” və “Teymur Əhmədov dünya universitet kitabxanalarında” bölmələri də hazırlanaraq biblioqrafiyaya daxil edilib. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırası gözlənilib.

KitabdaTeymur Əhmədovun həyat və yaradıcılığının əsas tarixləri”, “Teymur Əhmədov yaradıcılığından seçmələr”, “Görkəmli şəxsiyyətlər Teymur Əhmədov haqqında” bölmələri də öz əksini tapıb.

 

 

Azərbaycan.-2021.- 9 iyul.- S.6.