Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin  80-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 2021-ci il oktyabrın 18-dən noyabrın 5-dək Cenevrə şəhərində keçiriləcək 80-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilsin:

 

 

 

Nümayəndə heyətinin rəhbəri

 

 

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

 

 

Nümayəndə heyətinin üzvləri

 

 

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası əmək əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası gənclər idman nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq müqavilələr idarəsinin rəisi

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2021-ci il

Azərbaycan.-2021.- 13 iyul.- S.1.