Azərbaycan-Rusiya
ikitərəfli əlaqələri ətrafında fikir
mübadiləsi aparıldı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də
Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey
Overçuku qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edildi.
Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunuldu, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulandı. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olundu, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirildi.
Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə
əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2021.- 14 iyul.- S.1.