“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1669; 2019, ¹ 1, maddə 35, ¹ 3, maddə 381, ¹ 12, maddə 1892; 2020, ¹ 1, maddə 1, ¹ 5, maddə 521, ¹ 7, maddə 831, ¹ 9, maddə 1136; 2021, ¹ 2, maddə 113) 16.2-ci maddəsindən “və uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirlər” sözləri çıxarılsın.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

Azərbaycan.-2021.- 15 iyul.- S.5.