Azərbaycan Respublikası Prezidentininİstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 31 iyul tarixli 609 nömrəli, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikintiinfrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1581-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 11 iyun tarixli 732 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və  əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 341-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” 2007-ci il 14 dekabr tarixli 680 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqındaTikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. “İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 611; 2003, ¹ 10, maddə 546; 2007,  ¹ 2, maddə 87, ¹ 6, maddə 601; 2012, ¹ 7, maddə 681; 2016, ¹ 1, maddə 51; 2019, ¹ 1, maddə 67; 2020, ¹ 7, maddə 869) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1.      2.1-ci bəndəQanunununsözündən sonra “5-ci maddəsinin birinci  hissəsində, 6-cı maddəsinin üçüncü hissəsində,” sözləri əlavə edilsin;

 

1.2.      2.2-ci  2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

 

“2.2. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsindəorqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.”;

 

“2.4. həmin Qanunun 6-cı maddəsinin 3-cü hissəsindəorqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;”;

 

1.3.      2.10-cu bənddən “, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyisözləri çıxarılsın.

 

2. “İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin    2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 716) 2-ci hissəsi ləğv edilsin.

 

3. “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqındaTikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1581-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 732 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019,¹ 6, maddə 1024) 3.3-cü 3.4-cü bəndləri ləğv edilsin.

 

4. “İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədəAzərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 341-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1230) ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2021-ci il

Azərbaycan.-2021.- 15 iyul.- S.5.