“Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində,
“Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından
istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı
haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr
haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin
xüsusi maliyyələşmə əsasında həyata
keçirilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may
tarixli 337-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yerin təki
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 701 nömrəli,
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr
tarixli 773 nömrəli, “Azərbaycan Respublikasının
1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
icrasının təmin edilməsi barədə” 2000-ci il 6
mart tarixli 291 nömrəli, “Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2016-cı
il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nın təsdiq edilməsi
barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
fəaliyyət
istiqamətləri üzrə müvafiq işlərin
görülməsi üçün alınması tələb
olunmayan lisenziya və icazələrin siyahısının təsdiq
edilməsi haqqında” 2020-ci il 1 iyul tarixli 1079 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində,
“Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından
istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı
haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr
haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar
investisiya layihələrinin xüsusi maliyyələşmə
əsasında həyata keçirilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may
tarixli 337-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. “Yerin
təki haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin
üçüncü hissəsində, 25-ci maddəsinin ikinci
hissəsində və 46-cı maddəsinin birinci hissəsinin
on üçüncü abzasında nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin Qanunun 22-ci maddəsinin
üçüncü hissəsində “orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi nəzərdə tutulur;
1.3. həmin
Qanunun 25-ci maddəsinin ikinci hissəsində və 46-cı
maddəsinin birinci hissəsinin on üçüncü
abzasında “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi nəzərdə tutulur;
1.4. “Qaz təchizatı
haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin
5-ci hissəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.5. həmin Qanunun 8-ci maddəsinin 5-ci hissəsinin
ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə
tutulur.
2. “Yerin təki
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27
aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 247;
2003, ¹ 10, maddə 546; 2007, ¹ 6, maddə 601; 2008, ¹ 8, maddə
719, ¹ 9, maddə 798; 2014, ¹ 10, maddə 1212, ¹ 12, maddə 1551;
2018, ¹ 5, maddə 946) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
“2. Müəyyən
edilsin ki:
2.1. “Yerin
təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin
birinci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin
üçüncü hissəsinin birinci və
üçüncü cümlələrində və
dördüncü hissəsinin ikinci cümləsində,
13-cü maddəsinin birinci hissəsində, ikinci hissəsinin
ikinci (hər iki halda) cümləsində və yeddinci hissəsinin
birinci cümləsində, 15-ci maddəsinin
üçüncü hissəsində, 16-cı və 17-ci maddələrinin
birinci hissələrində, 19-cu maddəsinin
üçüncü hissəsində, 21-ci maddəsinin ikinci
hissəsində, 22-ci maddəsinin
ikinci, üçüncü və yeddinci hissələrində,
23-cü maddəsinin birinci və ikinci hissələrində,
24-cü maddəsinin beşinci hissəsində, 25-ci maddəsinin
ikinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində,
30-cu maddəsinin dördüncü hissəsində, 32-ci maddəsinin
beşinci və yeddinci hissələrində, 33-cü maddəsinin
dördüncü hissəsində, 34-cü maddəsinin ikinci
hissəsində, 36-cı maddəsinin ikinci, üçüncü
və dördüncü (hər iki halda) hissələrində,
37-ci, 38-ci, 45-ci maddələrinin ikinci hissələrində və
46-cı maddəsinin birinci hissəsinin on
üçüncü abzasında nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin Qanunun 30-cu maddəsinin
dördüncü hissəsində və 36-cı maddəsinin
dördüncü hissəsində (ikinci halda) “orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə
tutulur;
2.3. həmin
Qanunun 13-cü maddəsinin ikinci hissəsinin ikinci (birinci
halda) cümləsində “orqan (qurum)” dedikdə qiymətli və
əlvan (o cümlədən nəcib) metallara, qiymətli
daş yataqlarına və təzahürlərinə
münasibətdə Azərbaycan Respublikasının
Prezidenti, digər hallara münasibətdə isə Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
2.4. həmin
Qanunun 16-cı və 17-ci maddələrinin birinci hissələrində,
32-ci maddəsinin beşinci hissəsində və 34-cü maddəsinin
ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
2.5. həmin
Qanunun 13-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti və yerli icra hakimiyyəti orqanları nəzərdə
tutulur;
2.6. həmin
Qanunun 32-ci maddəsinin yeddinci hissəsində “orqan (qurum)”
dedikdə yerin təki haqqında geoloji informasiyadan istifadəyə
görə haqqın alınması qaydasının təsdiqinə
münasibətdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti, yerin təki haqqında geoloji informasiyadan istifadəyə
görə haqqın məbləğinin müəyyən
edilməsinə münasibətdə Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası nəzərdə
tutulur;
2.7. həmin
Qanunun 9-cu maddəsinin birinci hissəsinin yeddinci abzasında,
10-cu maddəsinin üçüncü hissəsinin
üçüncü cümləsində və
dördüncü hissəsinin ikinci cümləsində,
13-cü maddəsinin birinci hissəsində və ikinci hissəsinin
ikinci (ikinci halda) cümləsində (qiymətli və əlvan
(o cümlədən nəcib) metallara, qiymətli daş
yataqlarına və təzahürlərinə münasibətdə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
iştirakı ilə), 15-ci maddəsinin
üçüncü hissəsində (neftə və qaza
münasibətdə Azərbaycan Respublikası Energetika
Nazirliyinin iştirakı ilə), 19-cu maddəsinin
üçüncü hissəsində, 21-ci, 25-ci və 27-ci
maddələrinin ikinci hissələrində, 33-cü maddəsinin
dördüncü hissəsində, 37-ci və 45-ci maddələrinin
ikinci hissələrində, 46-cı maddəsinin birinci hissəsinin
on üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 22-ci maddəsinin ikinci və
üçüncü hissələrində, 23-cü və
38-ci maddələrinin ikinci hissələrində “orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi nəzərdə tutulur;
2.9. həmin
Qanunun 22-ci maddəsinin yeddinci, 24-cü maddəsinin beşinci
və 36-cı maddəsinin üçüncü hissələrində
“orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun
olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
2.10. həmin
Qanunun 10-cu maddəsinin üçüncü hissəsinin
birinci cümləsində və
23-cü maddəsinin birinci hissəsində “orqan (qurum)”
dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi nəzərdə tutulur;
2.11. həmin
Qanunun 36-cı maddəsinin ikinci hissəsində “orqan (qurum)”
dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə
tutulur;
2.12. həmin Qanunun 36-cı maddəsinin
dördüncü (birinci halda) hissəsində “orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti nəzərdə tutulur.”.
3. “Qaz təchizatı
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28
sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 576;
2001, ¹ 10, maddə 640; 2003, ¹ 10, maddə 585; 2004, ¹ 7, maddə
526; 2007, ¹ 6, maddə 601; 2010, ¹ 10, maddə 848; 2011, ¹ 4, maddə
291; 2018, ¹ 3, maddə 410, ¹ 4,
maddə 654) 2-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bəndə “11-ci” sözlərindən
əvvəl “8-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində
(ikinci halda), 7-ci maddəsinin 3-cü və 4-cü hissələrində,”
sözləri, “, 21-1-ci” sözlərindən əvvəl “və
4-cü hissəsində” sözləri əlavə edilsin;
3.2. 2.4-cü bənddən “və
üçüncü cümlələrində, 7-ci maddəsinin
birinci abzasının ikinci” sözləri
çıxarılsın;
3.3. 2.8-ci bənddən birinci halda
“1-ci hissəsində,” və “4-cü hissəsinin ikinci
cümləsində və” sözləri çıxarılsın
və həmin bənddə “5-ci hissəsinin birinci və
ikinci” sözləri “5-ci hissəsinin birinci və ikinci (birinci
halda)” sözləri ilə əvəz edilsin;
3.4. 2.9-cu bəndə “Qanunun”
sözündən sonra “8-ci maddəsinin 1-ci hissəsində və”
sözləri əlavə edilsin;
3.5. 2.13-cü bəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.14 - 2.17-ci bəndlər əlavə edilsin:
“2.14. həmin
Qanunun 7-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi
(yeraltı qaz anbarlarına münasibətdə Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;
2.15. həmin Qanunun 7-ci maddəsinin 4-cü hissəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika
Nazirliyi nəzərdə tutulur;
2.16. həmin Qanunun 8-ci maddəsinin 5-ci hissəsinin
ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə
tutulur;
2.17. həmin Qanunun 18-ci maddəsinin 4-cü hissəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə
tutulur.”.
4. “Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
icrasının təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 3, maddə 158; 2001, ¹ 10, maddə 640,
¹ 12, maddə 755; 2003, ¹ 10, maddə 546; 2004, ¹ 2, maddə 69;
2006, ¹ 8, maddə 660; 2007, ¹ 11, maddə 1110; 2008, ¹ 3, maddə
174, ¹ 6, maddə 498; 2010, ¹ 7, maddə 610; 2012, ¹ 11, maddə
1081; 2014, ¹ 11, maddə 1419; 2016, ¹ 2
(II kitab), maddə 240) 1-ci hissəsinin doqquzuncu
abzasında “və 2-ci bəndlərində” sözləri “bəndində”
sözü ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12 (I kitab), maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə 1840, ¹ 11, maddələr 2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə 426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr 1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11, maddə 1700; 2020, ¹ 3, maddələr 238, 240, 241, ¹ 5, maddələr 540, 564, ¹ 6, maddələr 691, 709, ¹ 7, maddələr 863, 880, 884, ¹ 8, maddələr 1027, 1032, ¹ 9, maddə 1155, ¹ 11, maddə 1359, ¹ 12 (I kitab), maddə 1484; 2021, ¹ 1, maddə 36, ¹ 4, maddə 317; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1337 nömrəli, 12 iyun tarixli 1350 nömrəli və 1360 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 5.10-cu bənddə “228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu” sözləri “233 və 243.0.7-ci” sözləri ilə əvəz edilsin;
5.2. 5.11-ci bəndə “həmin Məcəllənin” sözlərindən sonra “228,” rəqəmləri, “236 - 242” rəqəmlərindən sonra “, 243.0.2” rəqəmləri və “243.0.6” rəqəmlərindən sonra “, 243.0.8, 243.0.9” rəqəmləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 200, ¹ 6, maddə 1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7 (I kitab), maddə 1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr 2242, 2289, ¹ 12 (I kitab), maddələr 2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213, ¹ 3, maddə 426, ¹ 4, maddələr 620, 630, 649, ¹ 5, maddələr 819, 862; 2020, ¹ 3, maddələr 238, 240, ¹ 4, maddə 404, ¹ 7, maddələr 864, 885, ¹ 8, maddə 1041, ¹ 9, maddə 1153; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 4.1-ci və 4.4-cü bəndlərində “228, 233, 243.0.2, 243.0.7 - 243.0.9” rəqəmləri “233, 243.0.7” rəqəmləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyul tarixli 1079 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 7, maddə 859) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın 3-cü hissəsi ləğv edilsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. beynəlxalq təcrübə nəzərə alınmaqla, “Yerin təki haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 337-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul
2021-ci il
Azərbaycan.-2021.- 15 iyul.- S.6.