Azərbaycan
Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Ailə Məcəlləsində,
Azərbaycan Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Vergi Məcəlləsində,
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”,
“Tibbi sığorta haqqında”, “Dövlət rüsumu
haqqında”, “Məhkəmə Hüquq Şurası
haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci,
5-ci, 6-cı, 13-cü, 14-cü,
15-ci, 16-cı və 17-ci bəndlərini rəhbər
tutaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4,
maddə 213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹
6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə
10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 413, ¹ 7, maddə
505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981; 2005, ¹ 3, maddə 151, ¹ 4,
maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə 874, ¹ 11, maddə
1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə
385, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007, ¹
5, maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11,
maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə 48,
¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12, maddələr 949, 969;
2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə 275; 2011, ¹ 1, maddə
11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 464, ¹ 7, maddə 598;
2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr 89, 101, ¹ 11, maddə
1268; 2014, ¹ 2, maddə 92, ¹ 10, maddə 1162, ¹ 11, maddə 1339, ¹
12, maddə 1527; 2015, ¹ 2, maddə 97,
¹ 3, maddə 250, ¹ 6, maddə 680; 2016, ¹ 2 (I kitab), maddələr
190, 201, ¹ 5, maddə 847, ¹ 11, maddə 1767; 2017, ¹ 6, maddələr
1031, 1048, ¹ 12 (I kitab), maddələr
2187, 2189; 2018, ¹ 1, maddə 13, ¹ 6, maddə 1155, ¹ 7 (I kitab), maddələr 1380, 1408, ¹
12 (I kitab), maddə 2532; 2019, ¹ 1, maddə 35, ¹ 4, maddə 570, ¹
5, maddələr 796, 804, ¹ 7, maddə 1182, ¹ 8, maddə 1380;
2020, ¹ 1, maddə 1, ¹ 5, maddə 522, ¹ 7, maddə 832, ¹ 11, maddələr
1322, 1332, 1335, ¹ 12 (I kitab), maddə 1424; 2021, ¹ 1, maddə 2; Azərbaycan
Respublikasının 2021-ci il 2 aprel tarixli 286-VIQD nömrəli,
23 aprel tarixli 298-VIQD və 301-VIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 294-cü maddəyə
aşağıdakı məzmunda 5-ci hissə əlavə
edilsin:
“5. “Mediasiya haqqında” Azərbaycan Respublikası
Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək
mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək
mübahisələri ilə bağlı məhkəməyə
müraciət etməmişdən əvvəl “Mediasiya
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında
iştirak tələb olunur.”;
1.2.
296-cı maddəyə “Qeyd” hissəsindən əvvəl
aşağıdakı məzmunda 7-ci hissə əlavə
edilsin:
“7.
Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin
axımının dayandırılması məsələsi
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.”.
Maddə 2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1,
maddə 17, ¹ 5, maddə 323;
2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə
279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761;
2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə
1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə
439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756; 2008, ¹ 6,
maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə
402; 2010, ¹ 2, maddə 75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr
583, 619, ¹ 12, maddələr 1096, 1105; 2012, ¹ 5, maddə 411, ¹ 6,
maddə 511; 2013, ¹ 5, maddə 472, ¹ 6, maddə 625, ¹ 11, maddələr
1266, 1307; 2015, ¹ 6, maddə 677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə
836, ¹ 6, maddə 1016, ¹ 11, maddələr 1761, 1763, ¹ 12, maddə
2047; 2017, ¹ 2, maddə 155, ¹ 4, maddə 523, ¹ 5, maddələr
706, 750, ¹ 11, maddələr 1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8,
maddə 1672, ¹ 11, maddələr
2209, 2225, ¹ 12 (I kitab), maddələr 2524, 2534; 2019, ¹ 1, maddə
23, ¹ 5, maddələr 792, 812, ¹ 7, maddə 1197, ¹ 12, maddələr
1897, 1907; 2020, ¹ 7, maddə 832, ¹ 11, maddə 1333; 2021, ¹ 4, maddə
309) aşağıdakı dəyişikliklər edilsin:
2.1. Aşağıdakı
məzmunda 4.5-ci, 4.6-cı, 14.3-1-ci, 71.3-1-ci, 149.2.4-1-ci,
152.1.6-1-ci, 167.1.5-1-ci və 256.0.6-cı maddələr əlavə
edilsin:
“4.5. Tərəflərin hər hansı mübahisə
ilə bağlı məhkəməyə müraciət etməmişdən
əvvəl mediasiya prosesində iştirakını tələb
edən müqavilə, müqavilə şərti, yaxud hər
hansı digər sənəddə şərt (mediasiyaya dair
qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən
sonra mübahisə məhkəmənin həllinə verilə
bilər.
4.6.
Kommersiya mübahisələri, həmçinin ailə və əmək
münasibətlərindən irəli gələn mübahisələr
üzrə məhkəməyə müraciət etməmişdən
əvvəl “Mediasiya haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada ilkin mediasiya sessiyasında iştirak tələb
olunur.”;
“14.3-1. Məhkəmə
prosesinin istənilən mərhələsində məhkəmə
işin hallarını nəzərə alaraq, öz təşəbbüsü
ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında
onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif
edə bilər.”;
“71.3-1.
Mediator mediasiya predmeti olan mübahisə üzrə məhkəmə
prosesində tərəflərdən hər hansı birini təmsil
edə bilməz.”;
“149.2.4-1.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, tərəflərin məhkəməyə
müraciət etməzdən əvvəl mediasiya prosesində
iştirakı tələb olunduğu halda, həmin tələbə
riayət edilməsinə dair məlumat;”;
“152.1.6-1.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, tərəflərin məhkəməyə
müraciət etməzdən əvvəl mediasiya prosesində
iştirakı tələb olunduğu halda, həmin tələbə
riayət edilməsini təsdiq edən sənəd təqdim
edilmədikdə;”;
“167.1.5-1.
tərəflərə mübahisənin mediasiya vasitəsilə
ilə həllinə dair təklif verir;”;
“256.0.6. bu Məcəllənin 254.1.7-ci maddəsində
nəzərdə tutulan halda barışıq sazişi və
ya mediasiya prosesinin nəticələri barədə protokol təqdim
edilənədək.”;
2.2.
19.2.3-cü, 104.4.5-ci, 150.0.7-ci, 254.1.6-cı, 259.0.12-ci və
305.1.16-cı maddələrin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və müvafiq olaraq aşağıdakı məzmunda
19.2.4-cü, 104.4.6-cı, 150.0.8-ci, 254.1.7-ci, 259.0.13-cü və
305.1.17-ci maddələr əlavə edilsin:
“19.2.4. o, məhkəmədə baxılan mübahisə
üzrə əvvəllər tərəflər arasında
mediasiya prosesində mediator kimi iştirak etmişdirsə.”;
“104.4.6. mediasiya zamanı məlum olan məlumatlar barədə
- “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya
iştirakçıları və mediasiyada iştirak edən
digər şəxslər.”;
“150.0.8.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, tərəflərin məhkəməyə
müraciət etməzdən əvvəl mediasiya prosesində
iştirakı tələb olunduğu halda, həmin tələbə
riayət edilməsini təsdiq edən sənəd.”;
“254.1.7.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi
barədə müqavilə bağlandıqda.”;
“259.0.13.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu
maddəsində göstərilən hallarda.”;
“305.1.17. mediasiya prosesi nəticəsində
bağlanılmış barışıq sazişinin təsdiq
edilməsi haqqında.”;
2.3. 52-ci
maddə üzrə:
2.3.1.
52.3-cü maddəyə “işini” sözündən sonra
“bilavasitə özləri, yaxud mediasiya vasitəsilə”
sözləri əlavə edilsin;
2.3.2.
52.4-cü maddəyə “sazişi” sözündən sonra “,
yaxud mübahisənin mediasiya vasitəsilə həlli”
sözləri əlavə edilsin;
2.4.
55.2-ci maddədə “həmin kateqoriya mübahisələr
üçün qanunda və ya müqavilələrdə nəzərdə
tutulmuş, kommersiya məhkəməsində cavabdehlə
mübahisənin məhkəməyə qədər həlli
(pretenziya) qaydasına” sözləri “bu Məcəllənin
4.3 - 4.6-cı maddələrində müəyyən
edilmiş qaydalara” sözləri ilə əvəz edilsin;
2.5.
59.2-ci maddənin birinci cümləsinə “şəxslər”
sözündən sonra “mübahisənin mediasiya vasitəsilə
həllinə razılıq vermək və ya” sözləri əlavə
edilsin və həmin cümlədə “hüququndan”
sözü “hüquqlarından” sözü ilə əvəz
edilsin;
2.6.
74.2-ci maddəyə “tapşırılması,” sözündən
sonra “mübahisənin mediasiya vasitəsilə həllinə
razılıq verilməsi,” sözləri əlavə edilsin;
2.7. 191-ci
maddə üzrə:
2.7.1.
191.1-ci maddəyə hər iki halda “etiraf etməsi” sözlərindən
sonra “, mübahisənin mediasiya vasitəsilə həllinə
dair tərəflərin razılığı” sözləri əlavə
edilsin;
2.7.2. aşağıdakı məzmunda 191.2-1-ci maddə
əlavə edilsin:
“191.2-1. Tərəflər arasında mübahisə
mediasiya vasitəsilə həll edildikdə, barışıq
sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri
barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin
barışıq sazişini təsdiq etdikdə məhkəmə
bu barədə qərardad çıxararaq, bu qərardadla
eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə
tərəfindən təsdiq edilən barışıq
sazişinin şərtləri qərardadda göstərilməlidir.”;
2.7.3.
191.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“191.4. Məhkəmə
iddiaçının iddiadan imtina etməsini, cavabdehin
iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin
barışıq sazişini təsdiq etmədikdə və ya
mübahisə mediasiya vasitəsilə həll edilmədikdə
bununla bağlı əsaslandırılmış qərardad
çıxarır və işə mahiyyəti üzrə
baxılmasını davam etdirir.”;
2.8.
306.1-ci maddədə “30 - 40-6-cı fəsillərində”
sözləri “ikinci bölməsinin üçüncü
yarımbölməsində” sözləri ilə əvəz
edilsin;
2.9. aşağıdakı məzmunda 40-7-ci fəsil
əlavə edilsin:
“Fəsil 40-7.
Mediasiya
prosesi nəticəsində bağlanılmış
barışıq sazişinin təsdiq edilməsinə dair
işlər üzrə icraat
Maddə 355-23. Ərizənin verilməsi
355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası
Qanununda müəyyən edilmiş müddət ərzində
mediasiya prosesi nəticəsində əldə edilən
barışıq sazişi könüllü qaydada icra edilmədikdə
və ya barışıq sazişinin könüllü
icrasından imtina olunduqda, ərizəçi
barışıq sazişinin məcburi icrası
üçün barışıq sazişinin təsdiq edilməsi
barədə (barışıq sazişinin bu Məcəllənin
191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal
istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
355-23.2.
Mediasiya prosesi nəticəsində bağlanılmış
barışıq sazişinin təsdiq edilməsi ilə
bağlı ərizə ərizəçi fiziki şəxsin
yaşadığı yer, hüquqi şəxsin
ünvanının olduğu yer üzrə, ərizə
dövlət orqanı (qurumu) tərəfindən verildikdə,
barışıq sazişinin icrasından imtina edən fiziki
şəxsin yaşadığı, hüquqi şəxsin
ünvanının olduğu yer üzrə məhkəməyə
verilir.
Maddə 355-24. Ərizənin məzmunu
Mediasiya prosesi nəticəsində
bağlanılmış barışıq sazişinin təsdiq
edilməsi ilə bağlı ərizədə
barışıq sazişinin könüllü icrası
üçün “Mediasiya haqqında” Azərbaycan
Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən
olunmuş müddətin keçməsi və ərizəçinin
xahişi göstərilməlidir.
Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin
qəbul edilməsi
355-25.1. Barışıq sazişinin təsdiq edilməsi
ilə bağlı ərizəyə məhkəməyə
daxil olduqdan sonra 10 gün müddətində baxılır.
355-25.2. Məhkəmə ərizəyə
baxılması barədə işdə maraqlı olan şəxslərə
məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb
olmadan məhkəmə iclasına gəlməməsi işə
baxılmasına mane olmur. İşdə
maraqlı olan şəxslər üzrlü səbəblərdən
gəlmədiyi hallarda, məhkəmə işin
baxılmasını təxirə salır.
355-25.3. Məhkəmə
ərizəyə baxarkən bu Məcəllənin
355-26-cı maddəsində sadalanmış halların
olub-olmadığını müəyyən edir və
barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq
edilməsindən imtina olunması barədə qətnamə
qəbul edir.
355-25.4. Qətnamənin surəti bu Məcəllənin
227.3-cü maddəsinə uyğun olaraq tərəflərə
verilir.
355-26.
Mediasiya prosesi nəticəsində bağlanılmış
barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq
edilməsindən imtina olunması
355-26.1. Məhkəmə
aşağıdakı hallarda barışıq sazişinin və
ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:
355-26.1.1.
barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd
olduqda;
355-26.1.2. barışıq sazişi mediasiyada iştirak
etməyən üçüncü şəxslərin və
ya məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli
hesab edilən şəxslərin hüquqlarına toxunulan
mübahisələr üzrə keçirilmiş mediasiya
prosesinin nəticəsində bağlanıldıqda.
355-26.2.
Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə
o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən
hissənin təsdiq edilən hissədən ayrılması
mümkün olsun.”.
Maddə 3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I
kitab), maddə 126; 2002, ¹ 12, maddə 702; 2004, ¹ 7, maddə 505;
2006, ¹ 2, maddə 66, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1005,
1006; 2007, ¹ 1, maddə 4, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹
12, maddə 1218; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 2, maddə 70, ¹ 3,
maddə 171, ¹ 5, maddə 380, ¹ 7, maddə 578; 2011, ¹ 7, maddələr
585, 620, ¹ 12, maddə 1110; 2014, ¹ 12, maddə 1515; 2019, ¹ 2, maddə
185, ¹ 3, maddə 372, ¹ 5, maddə 800; ¹ 12, maddə 1906; 2020, ¹
7, maddə 832, ¹ 12 (I kitab), maddə 1424; 2021, ¹ 4, maddə 308)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 7-1-ci maddə
əlavə edilsin:
“Maddə 7-1. Ailə münasibətlərindən irəli gələn
mübahisələrin mediasiya vasitəsilə həlli
“Mediasiya haqqında” Azərbaycan
Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq
ailə münasibətlərindən irəli gələn
mübahisələr mediasiya yolu ilə həll oluna bilər.
Ailə münasibətlərindən irəli gələn
mübahisələrlə bağlı məhkəməyə
müraciət etməmişdən əvvəl “Mediasiya
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında
iştirak tələb olunur.”;
3.2. aşağıdakı məzmunda 38.4-1-ci maddə
əlavə edilsin:
“38.4-1.
Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil
edilə bilər.”.
Maddə 4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4 (I
kitab), maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003,
¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə
415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6,
maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹
12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə
387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹
2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə
937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3,
maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə
1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7,
maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr
265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə
750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə
403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11,
maddə 1280, ¹ 12, maddələr 1469, 1478; 2014, ¹ 2, maddə 96,
¹ 7, maddə 768; 2015, ¹ 3, maddə 254, ¹ 5, maddə 512, ¹ 7, maddə
814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2 (I kitab), maddələr
186, 204, ¹ 3, maddə 401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə
1005, ¹ 7, maddə 1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2,
maddələr 151, 153, ¹ 4, maddə 524, ¹ 5, maddələr 703,
735, ¹ 6, maddə 1035, ¹ 11, maddə 1953, ¹ 12 (I kitab), maddələr
2210, 2234, 2239; 2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr
845, 851, ¹ 11, maddə 2212, ¹ 12 (I kitab), maddələr 2467, 2518,
2526, 2533; 2019, ¹ 1, maddələr 23, 50, ¹ 5, maddələr 806,
812, 814, ¹ 6, maddələr 994, 996, ¹ 7, maddə 1202, ¹ 8, maddə
1369, ¹ 11, maddə 1681, ¹ 12, maddə 1908; 2020, ¹ 5, maddə 515,
¹ 7, maddələr 822, 832, 839, 843, ¹ 12 (I kitab), maddələr
1423, 1435; 2021, ¹ 1, maddə 8; 2021, ¹ 4, maddə 307)
aşağıdakı dəyişikliklər edilsin:
4.1.
379.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 379.1.6-cı maddə əlavə
edilsin:
“379.1.6. tərəflər arasında yaranmış
mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.”;
4.2. aşağıdakı məzmunda 379.4-1-ci maddə
əlavə edilsin:
“379.4-1.
Mediasiya prosesinin tətbiqi ilə əlaqədar
dayandırılmış iddia müddətinin axımı
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tarixdən davam edir.”.
Maddə 5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə
583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734;
2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹
12 (I kitab), maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹
12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6,
maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə
1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009, ¹ 7, maddə
506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə
1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə 652, ¹ 9, maddə
841, ¹ 12, maddə 1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹
11, maddə 1278, ¹ 12, maddələr 1483, 1486, 1495; 2014, ¹ 2, maddələr
94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə 770, ¹ 8, maddə 957, ¹ 10,
maddə 1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə 207, ¹ 3, maddələr 396, 402, ¹
5, maddə 848, ¹ 6, maddələr 973, 974, 1015, ¹ 7, maddə
1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr 1752, 1792, 1793, ¹ 12,
maddələr 2001, 2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr
695, 723, 737, ¹ 6, maddə 1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, ¹ 2, maddə
149, ¹ 5, maddə 863, ¹ 6, maddə 1193, ¹ 7 (I kitab), maddələr
1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I
kitab), maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə
590, ¹ 5, maddələr 796, 801, 804, 812, 814, ¹ 8, maddələr
1364, 1373, 1378, ¹ 12, maddə 1894; 2020, ¹ 5, maddə 522, ¹ 6, maddələr
668, 678, ¹ 7, maddə 832, ¹ 8, maddə 1013, ¹ 11, maddələr
1328, 1334, ¹ 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, ¹
3, maddə 211) 99.3.12-ci maddəsinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 99.3.13-cü maddə əlavə
edilsin:
“99.3.13. mediator fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə
bağlı göstərilən xidmətə görə
alınan haqq, o cümlədən əldə olunan
mükafat.”.
Maddə 6. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8
(II kitab), maddə 585; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9,
¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003, ¹ 6, maddə 276; 2004, ¹ 5,
maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761,
¹ 11, maddə 890; 2005, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə
462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079;
2006, ¹ 1, maddə 3, ¹ 2, maddə
64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929, ¹ 12, maddə
1032; 2007, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə 560, ¹ 7, maddə
712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008, ¹
6, maddə 462, ¹ 7, maddələr 606, 607, ¹ 12, maddələr
1045, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə
966; 2010, ¹ 3, maddələr 171, 173, 178, ¹ 7, maddə 593, ¹ 12,
maddə 1058; 2011, ¹ 6, maddə 480, ¹ 7, maddələr 589, 599;
2012, ¹ 7, maddə 674, ¹ 11, maddə 1062, ¹ 12, maddə 1215; 2013,
¹ 2, maddə 77, ¹ 6, maddələr 616, 626, ¹ 7, maddə 786, ¹
11, maddə 1265, ¹ 12, maddə 1493; 2014, ¹ 2, maddələr 90,
102, ¹ 4, maddələr 328, 344, ¹ 6, maddə 600, ¹ 11, maddələr
1354, 1362; 2015, ¹ 4, maddə 342, ¹ 5, maddə 511, ¹ 11, maddələr
1270, 1288; 2016, ¹ 2 (II kitab), maddə 218, ¹ 10, maddə 1607, ¹ 12,
maddələr 2020, 2031, 2034, 2039; 2017, ¹ 5, maddə 751, ¹ 12 (I
kitab), maddələr 2232, 2267; 2018, ¹ 5, maddələr 877, 882,
¹ 7 (I kitab), maddə 1421, ¹ 11, maddə 2235, ¹ 12 (I kitab), maddə
2515; 2019, ¹ 7, maddələr 1198, 1200, ¹ 12, maddə 1898; 2020, ¹
6, maddə 675, ¹ 7, maddələr 832, 852, 856, Azərbaycan
Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli
Qanunu) 95.2.4-cü maddəsinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 95.2.5-ci maddə əlavə
edilsin:
“95.2.5.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya
zamanı məlum olan məlumatlar barədə mediasiya
iştirakçıları və mediasiyada iştirak edən
digər şəxslər.”.
Maddə 7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10,
maddə 762, ¹ 12, maddə 973; 2010, ¹ 7, maddə 587; 2011, ¹ 6,
maddə 485, ¹ 7, maddə 593; 2012, ¹ 5, maddə 410; 2013, ¹ 1, maddə
16, ¹ 11, maddə 1267; 2016, ¹ 1, maddə 12; 2017, ¹ 4, maddə 522,
¹ 5, maddə 752, ¹ 11, maddə 1976; 2018, ¹ 5, maddələr 855,
878, ¹ 7 (I kitab), maddə 1440; 2019, ¹ 1, maddə 23, ¹ 7, maddə
1199, ¹ 12, maddə 1899; 2020, ¹ 6, maddə 669)
aşağıdakı dəyişikliklər edilsin:
7.1. aşağıdakı məzmunda 7.3-cü,
19.1.4-1-ci, 38.4-cü və 49.1.1-1-ci maddələr əlavə
edilsin:
“7.3. Məhkəmə prosesinin istənilən mərhələsində
məhkəmə işin hallarını nəzərə
alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən
birinin müraciəti əsasında onlara mübahisənin
mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər
arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”
bağlanarsa, məhkəmə icraatı barışıq
sazişi və mediasiya prosesinin nəticələri barədə
protokol təqdim edilənədək dayandırılır.”;
“19.1.4-1.
o, məhkəmədə baxılan inzibati mübahisə
üzrə əvvəllər tərəflər arasında
mediasiya prosesində mediator kimi iştirak etmişdirsə;”;
“38.4.
Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin
axımının dayandırılması “Mediasiya haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir.”;
“49.1.1-1.
işin hallarını nəzərə alaraq, öz təşəbbüsü
ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında
onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif
etmək;”;
7.2.
15.2-ci maddəyə “baxılmasını” sözündən
sonra “bilavasitə özləri tərəfindən, yaxud
mediasiya vasitəsilə bağlanılmış” sözləri
əlavə edilsin;
7.3.
66.2-ci maddənin birinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Barışıq
sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin
hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə
barışıq sazişini təsdiqləməkdən imtina
etməlidir.”.
Maddə 8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I
kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr
631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997,
1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr
1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009,
2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152,
162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734,
749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr
1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12
(I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256,
2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3,
maddələr 383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab),
maddələr 1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr
2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473, 2475,
2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr 4, 6, 15, 18, 23, 44, ¹
3, maddələr 374, 389, ¹ 4, maddələr 579, 581, 587, 595, ¹
5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992,
998, 1007, ¹ 7, maddə 1193, ¹ 8, maddələr 1364, 1367, 1368,
1381, 1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹ 12, maddələr
1883, 1900; 2020, ¹ 3, maddə 222, ¹ 5, maddələr 505, 515, 519, ¹
6, maddələr 670, 672, 681, ¹ 7, maddələr 838, 841, 846,
854, ¹ 8, maddələr 1008, 1011, ¹ 9, maddə 1138, ¹ 11, maddələr
1332, 1333, 1336, ¹ 12 (I kitab), maddələr 1432, 1440; 2021, ¹ 4,
maddə 306; Azərbaycan Respublikasının 2021-ci il 2 aprel
tarixli 287-VIQD nömrəli, 23 aprel tarixli 294-VIQD və 301-VIQD
nömrəli, 4 may tarixli 310-VIQD nömrəli, 27 may tarixli
331-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
8.1.
43.1-ci maddəyə “603” rəqəmlərindən əvvəl
“602-2,” rəqəmləri əlavə edilsin;
8.2.
68.0.3-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 68.0.4-cü maddə əlavə
edilsin:
“68.0.4.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya
zamanı məlum olan məlumatlar barədə mediasiya
iştirakçıları və mediasiyada iştirak edən
digər şəxslər.”;
8.3. aşağıdakı məzmunda 602-2-ci maddə
əlavə edilsin:
“Maddə 602-2. Mediasiya haqqında qanunvericiliyin pozulması
602-2.1.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq Mediasiya Şurasının üzvlüyünə
qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti
ilə məşğul olmasına, hüquqi şəxsin
mediasiya təşkilatı kimi və (və ya) mediasiya təlimi
sahəsində fəaliyyət göstərməsinə
görə -
fiziki
şəxslər min manat məbləğində, vəzifəli
şəxslər iki min manat məbləğində,
hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
602-2.2.
Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi
qurumları tərəfindən mediasiya reyestrində onlar
haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər
barədə “Mediasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada və müddətdə məlumatın verilməməsinə
görə -
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər iki yüz manat məbləğində,
hüquqi şəxslər dörd yüz manat məbləğində
cərimə edilir.
602-2.3.
Mediasiya iştirakçıları və mediasiyada iştirak
edən digər şəxslər tərəfindən
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş konfidensiallıqla bağlı qaydaların
pozulmasına görə -
fiziki
şəxslər səkkiz yüz manat məbləğində,
vəzifəli şəxslər min beş yüz manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində
cərimə edilir.
602-2.4.
Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə
edilməsinə görə -
fiziki
şəxslər iki yüz manat məbləğində, vəzifəli
şəxslər dörd yüz manat məbləğində,
hüquqi şəxslər səkkiz yüz manat məbləğində
cərimə edilir.
602-2.5.
Mediator tərəfindən uşağın maraqlarına
toxunan ailə münasibətlərindən irəli gələn
mübahisələr üzrə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin
alınmamasına, habelə ailə münasibətlərindən
irəli gələn mübahisələr zamanı
uşağın normal böyüməsinə və
inkişafına təhlükə yaradan, yaxud onun
maraqlarına zərər vura bilən hallar (və ya belə
halların yaranma ehtimalı olduğu) barədə məlumatların, həmçinin
uşağın böyüməsinə, inkişafına və
digər maraqlarına toxunan barışıq sazişinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim edilməməsinə görə -
beş
yüz manat məbləğində cərimə edilir.”.
Maddə 9. “Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 348; 1999, ¹ 11, maddə 609;
2000, ¹ 11, maddə 776; 2001, ¹ 9, maddə 576, ¹ 12, maddələr
733, 736; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 7, maddə 505, ¹ 12, maddə
976; 2005, ¹ 1, maddə 2, ¹ 12, maddə 1082; 2006,
¹ 11, maddə
923, ¹ 12, maddə 1018; 2007, ¹ 1, maddə 4, ¹ 12, maddə 1193;
2008, ¹ 2, maddə 49, ¹ 4, maddə 254, ¹ 6, maddə 462, ¹ 7, maddə
602; 2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə 276, ¹ 11, maddə
949; 2011, ¹ 10, maddə 883; 2013, ¹ 11, maddə 1284, ¹ 12, maddə
1487; 2014, ¹ 10, maddə 1171; 2016, ¹ 4, maddə 657, ¹ 6, maddə
971; 2017, ¹ 3, maddə 336, ¹ 7, maddə 1279; 2018, ¹ 3, maddələr
369, 396, ¹ 5, maddələr 870, 894, ¹ 12 (I kitab), maddə 2502;
2019, ¹ 1, maddə 35, ¹ 3, maddə 380; 2020, ¹ 5, maddə 521, ¹ 6,
maddə 667, ¹ 7, maddə 826, ¹ 8, maddə 1015, ¹ 12 (I kitab), maddə
1450) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 12-ci
maddəyə “üzvləri;” sözündən sonra
“mediatorlar;” sözü əlavə edilsin;
9.2.
14.5.5-ci maddəyə “üzvləri,” sözündən sonra
“sərbəst mediatorlar,” sözləri əlavə edilsin.
Maddə 10. “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 4; 2001, ¹ 3, maddə 141;
2007,
¹ 12, maddə
1212; 2008, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 331; 2015, ¹ 4, maddə
352; 2016, ¹ 3, maddə 419; 2018, ¹ 4, maddə 651; 2019, ¹ 1, maddələr
36, 47, ¹ 12, maddə 1904; 2020, ¹ 3, maddə 227, ¹ 5, maddə 521,
¹ 12 (I kitab), maddə 1426) 15-2.2.2-ci maddəsinə “üzvləri”
sözündən sonra “, mediatorlar” sözü əlavə
edilsin.
Maddə 11. “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 740; 2002, ¹ 12, maddə 706;
2003, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12 (I kitab), maddələr
676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹
10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr
223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2,
maddə 80, ¹ 12, maddə 1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə
462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2,
maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519, ¹ 12, maddə 947;
2010, ¹ 4, maddə 276, ¹ 6, maddə 485, ¹ 10, maddə 840, ¹ 11,
maddə 939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹
11, maddə 985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr
508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹ 12, maddələr
1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr
1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr 1485, 1504; 2014, ¹ 1,
maddə 6, ¹ 5, maddə 468, ¹ 6, maddələr 603, 605, ¹ 7, maddələr
774, 780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432;
2016, ¹ 1, maddələr 15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə 849,
¹ 6, maddə 1014, ¹ 10, maddə 1605, ¹ 11, maddələr 1753,
1776, 1780, 1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3, maddələr
337, 341, ¹ 5, maddə 742, ¹ 6, maddə 1028, ¹ 7, maddə 1308, ¹ 8,
maddə 1506, ¹ 12 (I kitab), maddə 2265; 2018, ¹ 3, maddə 405, ¹
4, maddələr 639, 647, ¹ 6, maddələr 1186, 1194, ¹ 7 (I
kitab), maddələr 1415, 1444, ¹ 8, maddə 1675, ¹ 12 (I kitab),
maddə 2489; 2019, ¹ 1, maddə 45, ¹ 4, maddələr 571, 596, ¹
5, maddə 797, ¹ 7, maddələr 1176, 1181, 1190, 1192, ¹ 8, maddələr
1360, 1363, 1371, ¹ 11, maddələr 1681, 1694; 2020, ¹ 5, maddələr
521, 524, ¹ 6, maddə 665, ¹ 7, maddələr 824, 828, 837, 851, 853,
¹ 11, maddə 1327, ¹ 12 (I kitab), maddə 1423; 2021, ¹ 2, maddə
117) aşağıdakı məzmunda 9.1-1-ci maddə əlavə
edilsin:
“9.1-1. “Mediasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə
dair barışıq sazişi bağlanmadıqda məhkəməyə
müraciət edərkən mediasiya prosesi ilə bağlı
xərclərin öz üzərinə düşən hissəsini
ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci
maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş
tərəf dövlət rüsumunu ödəməkdən
azad olunur. Bu
Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği
çəkilmiş xərclərdən artıq olduqda, tərəf
çəkdiyi xərc həddində dövlət
rüsumundan azad edilir.”.
Maddə 12. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484; 2012, ¹ 12, maddə 1228; 2013, ¹ 12, maddə 1467; 2014, ¹ 7, maddə 783; 2015, ¹ 2, maddə 99, ¹ 4, maddə 347, ¹ 11, maddə 1287; 2016, ¹ 12, maddə 2032; 2017, ¹ 6, maddə 1044, ¹ 12 (I kitab), maddə 2188; 2018, ¹ 7 (I kitab), maddə 1443; 2019, ¹ 12, maddə 1902; 2020, ¹ 7, maddə 845; Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 289-VIQD nömrəli Qanunu) 13.3-cü maddəsinin ikinci cümləsinə “məlumatlar” sözündən sonra “, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı” sözləri əlavə edilsin.
Maddə 13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1084; 2006, ¹ 12, maddə 1031; 2008, ¹ 6, maddə 462; 2011, ¹ 7, maddə 592; 2014, ¹ 12, maddə 1516; 2016, ¹ 4, maddə 643; 2018, ¹ 12 (I kitab), maddələr 2470, 2530; 2019, ¹ 1, maddələr 5, 21, ¹ 2, maddə 184, ¹ 12, maddə 1901; 2020, ¹ 6, maddə 669, ¹ 7, maddə 829) aşağıdakı məzmunda 42.1.3-1-ci və 80-1-ci maddələr əlavə edilsin:
“42.1.3-1. həmin iş üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə;”;
“Maddə 80-1. İnzibati mübahisələrin mediasiya vasitəsilə həll edilməsi
80-1.1. İnzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər.
80-1.2. Maraqlı şəxslə inzibati orqan arasında mübahisənin mediasiya vasitəsilə həlli məqsədilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda, müvafiq olaraq bu Qanunun 73-cü maddəsində nəzərdə tutulmuş müddətin axımı və ya inzibati şikayət üzrə icraat dayandırılır.
80-1.3. Mübahisə mediasiya vasitəsilə həll edildikdə, inzibati orqan barışıq sazişini şikayət instansiyasına təqdim edir. Bununla bağlı şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə icraata xitam verilir.
80-1.4. Mübahisə mediasiya vasitəsilə həll edilmədikdə, inzibati orqan mediasiya prosesinin nəticələri barədə protokolu şikayət instansiyasına təqdim edir. Bununla bağlı bu Qanunun 78-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı bərpa olunur və şikayət instansiyası inzibati şikayətə baxır.
80-1.5. Mediasiya prosesinin nəticəsində bağlanılmış barışıq sazişində müvafiq inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə müvafiq hərəkətin (hərəkətsizliyin) edilməsi öz əksini tapır.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyul 2021-ci il
Azərbaycan.-2021.- 25 iyul.- S.2.