“Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadihumanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadihumanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 650; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 121; 2014, ¹ 2, maddə 112, ¹ 4, maddə 391, ¹ 6, maddə 644; 2015, ¹ 7, maddə 852; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 1, maddə 79, ¹ 8, maddə 1677) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1.  adından “Respublikası” sözü çıxarılsın;

 

1.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

 

“Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadihumanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

 

 

Komissiyanın həmsədri

 

 

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

 

 

Komissiyanın üzvləri

 

 

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

 

Azərbaycan Respublikası energetika nazirinin müavini

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası gənclər idman nazirinin müavini

 

Azərbaycan Respublikası nəqliyyat, rabitə yüksək texnologiyalar nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin sədri

 

Azərbaycan Xəzər Dəniz GəmiçiliyiQapalı Səhmdar Cəmiyyətinin sədri

 

Bakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyətinin Baş direktoru

 

Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə səlahiyyətli səfiri

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il

Azərbaycan.-2021.- 25 iyul.- S.3.