Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 11, maddə 805; 2006, 9, maddə 743) 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

 

Komissiyanın sədri

 

 

Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

 

 

Komissiyanın üzvləri

 

 

Azərbaycan Respublikasının xarici işlər naziri

 

Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Azərbaycan Respublikasının təhsil naziri

 

Azərbaycan Respublikasının ədliyyə naziri

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

 

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi

 

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi..

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il

Azərbaycan.-2021.- 25 iyul.- S.3.