“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadihumanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadihumanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 422; 2012, ¹ 2, maddə 114; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 1, maddə 79) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

 

 

“Komissiyanın həmsədri

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

 

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

 

Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə səlahiyyətli səfiri

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər barədə Qırğız Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  23 iyul 2021-ci il

Azərbaycan.-2021.- 29 iyul.- S.2.