H.S.Zeynalovun Azərbaycan
Respublikasının Əfqanıstan İslam
Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2021-ci il
Azərbaycan.-2021.-
29 iyul.- S.3.