Humanist, ədalətli vicdanlı sosial siyasət

 

Şəhid ailələri qazilərin problemlərinin həlli ön sıraya çıxır

 

 

 

İyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocahəsən qəsəbəsində şəhid ailələri müharibə əlillərinə mənzillərin, avtomobillərin təqdimatı mərasimində iştirak etmişdir.

 

Bu, dövlətin torpaqlarımızı düşmən işğalından azad edən şəhid və qazilərə göstərdiyi növbəti ehtiram və diqqətin təzahürüdür.

 

Kompleksdəki 810 mənzil 300 şəhid ailəsinə və müharibə əlillərinə təqdim olunmuşdur. Sosial obyektlərin də inşa edildiyi kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası da istismara hazırdır. Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıkeşlik davamlıdır.  Bunu statistika da təsdiq edir: yeni kompleks daxil olmaqla bu günədək 10 min şəhid ailəsi və müharibə əlili mənzillərlə, həmçinin fərdi evlərlə təmin edilib.

 

Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşündə dövlətin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğıkeşlikdən bəhs edərək demişdir: “Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük.

 

Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu günbir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə, 7200 avtomobil verilib”.

 

Dövlət başçısı həmçinin bildirmişdir ki, Azərbaycanda bu sahədə aparılan siyasət humanist, ədalətli və vicdanlıdır. Vətən uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın ailələri, qazilər dövlət dəstəyi ilə əhatə olunublar. Halbuki Prezidentinqeyd etdiyi kimi, Ermənistan İkinci Qarabağ müharibəsində bizdən 2-3 dəfə çox itki versə də, bu ölkədə müharibədə ölənlərin ailələrinə nəinki mənzil, heç daxma da verilmir, müharibə əlillərinə avtomobil verilməsi isə ağıllarına da gəlmir.

 

Müharibənin acı nəticələrindən biri də döyüşlərdə müəyyən sayda əsgər və zabitlərimizin sağlamlıqlarını itirmələridir. Ölkəmizdə müharibədən dərhal sonra bu kateqoriyadan olan insanların da sağlamlığını bərpa etmək, onları lazım olan protez və əlil arabaları ilə təmin etmək üçün tədbirlər görülməyə başlandı. Qəhrəman qazilərimiz sağlamlıqlarına qovuşmaları üçün xarici ölkələrin ən yaxşı klinikalarına müalicəyə göndərildi. Artıq onların bir çoxu sağalaraq evlərinə dönüb. Ümumiyyətlə, bizdə hər bir qazinin sağlamlığı ilə bağlı müraciətinə həssas yanaşılır və lazım olan bütün məsələlər vaxtında həll olunur.

 

Bu gün qazilərimizdən 1300 nəfərinə reabilitasiya mərkəzlərində sağlamlıqlarını bərpa etmək üçün xidmət göstərilir. Bununla yanaşı, 84 hərbçiyə yüksək texnologiyalı protez, 957 əlilə 6400 reabilitasiya vasitəsi təqdim olunub. Şəhid və qazi ailələrinə sosial-psixoloji dəstək verilməsi də unudulmur. 2950-dən çox ailəyə psixoloji dəstək vermək üçün yerlixarici psixoloqların xidmətindən istifadə olunub. 

 

Şəhid ailələrinə və müharibə əlillərinə verilən  təqaüdlər də artırılır. Onlara həmçinin müxtəlif sosial ödənişlər verilir. Bu kateqoriyadan olan 24 min şəxsə  sosial dəstək göstərilib. Bununla yanaşı, 8400 şəhid ailəsi və müharibə əlili, eyni zamanda şəhid hərbi qulluqçularının 7401, mülki şəhidlərin 206 nəfər ailə üzvü sosial ödənişlər alıb. 

 

Ən etibarlı sosial müdafiə hər bir vətəndaşın məşğulluğundan keçir. Ölkəmizdə  təkcə cari il 16 min insanın problemini həll etmək üçün genişmiqyaslı özünüməşğulluq proqramı həyata keçirilir ki, onlardan da 5 mindən çoxu şəhid ailə üzvləri və müharibə əlilləridir.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 30 iyul.- S.1;5.