Bir qrup xarici jurnalistFüzuliyarımstansiyasında olub

 

İyulun 30-da Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan İordaniyadan olan jurnalistlər işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsindəFüzuliyarımstansiyasının fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, jurnalistlərə yarımstansiya haqqında məlumat verilib.

Bildirilib ki, 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına əsasən tikilib. Yeni aeroportun Zəfər yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı, Füzuli şəhəri ətraf kəndlərdə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Qeyd edilib ki, yarımstansiya yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub, komplektləşdirilib. Jurnalistlərin diqqətinə çatdırılıb ki, İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları istirahəti üçün hərtərəfli şərait yaradılıb.

 

Azərbaycan.- 2021.-31 iyul.- S.4.