“Alfa”, “beta”, “qamma “delta”...

 

Dünyanı çənginə alan qorxulu koronavirus ştamlarından yalnız peyvənd sayəsində qurtulmaq mümkündür

 

Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni ştamlar bütün dünyanı çənginə alıb. Xüsusilə, “narahatlığa səbəb olan variantlarkateqoriyasına aid edilən dörd ştamın (“alfa”, “beta”, “qamma “delta”) coğrafiyası getdikcə böyüyür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu qrupa daxil olan ştamların dünyada sürətlə yayılmasından narahatlığını ifadə edərək məlumat verib ki, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunanalfavariantı iyulun 28-nə olan məlumata görə, artıq 182 ölkədə aşkarlanıb. Ötən ilin avqust ayında Cənubi Afrikada ortaya çıxan “beta” variantı, hazırda 131 dövlətdə mövcuddur, sentyabr ayında Braziliyada aşkar edilənqammavariantı isə, yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştamının yayıldığı ölkələrin sayı isə 132-yə çatıb. ÜST-ün həftəlik epidemioloji bülletenində məlumat verilir ki, son bir həftə ərzində dünyada yoluxma hallarının sayı 8 faiz artıb: koronavirusa 4 milyondan çox yoluxma halı aşkar edilib. Eyni zamanda ölüm hallarının sayı 21 faiz artıb, həftə ərzində 69 mindən çox ölüm halı qeydə alınıb. ÜST-ün məlumatına görə, pandemiya başlandığından bəri dünyada koronavirusa 194 milyondan çox yoluxma halı 4 milyondan çox ölüm halı qeydə alınıb.

Epidemioloji vəziyyətin gərgin olaraq qalması dünyanın normala dönməsinin hələ mümkün olmadığını göstərir. Buna görədir ki, bir müddət əvvəl müəyyən yumşaldılmalara gedən ölkələr, yoluxmanın sayının artması ilə əlaqədar bu qərarları ləğv edib yenidən mübarizə tədbirlərini gücləndirməyə başlayıblar.

 

“Delta” fərqli simptomlarla özünü büruzə verir

 

Mütəxəssislər virusların davamlı olaraq mutasiya etməsini təbii hal kimi dəyərləndirirlər məlumat verirlər ki, yaranan variantların əksəriyyəti ziyansız sayılsa da, bəziləri daha yoluxucu, daha ölümcül ola bilirlər.

Araşdırmalara əsasən, koronavirusun yeni ştamı Hindistan variantı olaraq bilinən “delta” variantının, “alfavariantından daha sürətli yayıldığı məlum olub.

İngiltərədə aparılan bir araşdırma isə “delta” variantının əvvəllər COVID-19 yoluxmalarında rast gəlinəndən fərqli simptomlar göstərə biləcəyini ortaya qoyub.

İngiltərədə “Zoe Covid Simptomlarıadlı araşdırma aparan professor Tim Spector “delta” variantına sahib olanlar arasında daha çox baş, boğaz ağrısı burun axması kimi simptomlara daha çox rast gəlindiyini bildirib. O qeyd edib ki, bu ştama yoluxan gənc xəstələr özlərində şiddətli soyuqdəymə hiss edirlər.

Əvvəllər COVID-19 simptomları İngiltərə Səhiyyə Xidməti tərəfindən öskürək, qızdırma, qoxu dad itkisi kimi sayılırdısa, araşdırmalar zamanı anket formalarını dolduran minlərlə COVID-19 xəstəsinin hesabatlarına görə, bu simptomların indi daha az yayıldığı ortaya çıxıb: “İnsanlar bir növ mövsümi soyuqdəymə keçirdiklərini düşünürlər başqaları ilə əlaqə saxlayırlar. Bu yolla virusu daha altı nəfərə ötürə bilirlər. Düşünürük ki, yoluxmaların artmasında bu hal mühüm rol oynayır”, - deyə professor Spektor bildirib.

 

Koronavirusa qarşı kütləvi immunitet qazanılmalıdır

 

Əksər elm adamlarının birgə qənaəti isə COVID-19-dan onun getdikcə ortaya çıxan müxtəlif qorxulu ştamlarından qurtuluş yolunun yalnız peyvəndləmə ilə mümkün olması ilə bağlıdır. Koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın mühüm rolu var. Peyvənd sayəsində dünya əhalisi koronavirusa qarşı kütləvi immunitet qazandıqdan sonra COVID-19 bəlasından qurtula bilər.

Azərbaycan da vaksinləri əldə edən əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Ölkəmizdə yanvar ayının 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start verilən bu proses uğurla davam etdirilir. Artıq 5 milyona yaxın doza peyvənd vurulub bu peyvəndlər tam təhlükəsizdir.

Respublikamızda COVID-19 xəstəliyinə qarşı 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

Son zamanlar isə bəzi ölkələrin tibbi tövsiyələrində iki dozadan sonra yeni peyvəndin, eləcə sağalmış xəstələrin vaksinasiyasının zəruriliyi qeyd olunur.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü buster-doza (qüvvətləndirici əlavə peyvəndləmə) vaksin vurulması məqsədəuyğun hesab edilir.

 

3-cü doza şərtdirmi?

 

Türkiyəli professor-doktor Osman Müftüoğlu 3-cü doza ilə bağlı məlumat verərək bildirir ki, bir neçə istisna xaricində vaksinlər üçün müəyyən birgüvənməmüddəti var. Bu müddət hər vaksin üçün fərqlidir. Aralığı təyin edən, peyvənd tərəfindən təmin edilən hüceyrə sekretor qoruma, yəni antikor səviyyəsi T hüceyrə toxunulmazlığıdır. Əksər peyvəndlər üçün zamanla azalmış toxunulmazlıq səviyyəsini artırmaq əvvəlki səviyyəsinə qaytarmaq üçüngücləndirici doza”, “xatırlatma dozası”, yəni bir növartırıcı dozatələb oluna bilər. Bu doza sayəsində artan antikor gücü gücləndirilmiş hüceyrə immun reaksiyası insanları daha çox qoruyur.

“3-cü doza şərtdirmisualına aydınlıq gətirən professor söyləyir ki, mütəxəssislərin ortaq qənaəti budur ki, qrip peyvəndi hər mövsüm təkrar edildiyi kimi, ehtimal ki, ildə bir dəfə koronavirus üçün peyvənd edilməli ya 2 dozadan sonra 3-cü doza peyvənd vurulmalıdır: “İstər ölü virus peyvəndi, istərsə vektor peyvəndi ya mRNA (BioNTech) peyvəndi olsun, nəticənin əhəmiyyəti yoxdur, digər peyvəndlərdə olduğu kimi, zaman keçdikcə COVID-19 peyvəndi ilə təmin edilən toxunulmazlıq da azalır. Buna görə 3-cü doza vaksin vurdurmağın faydası var.

ABŞ-ın səhiyyə mütəxəssisi doktor Entoni Fauci koronavirusla bağlı son açıqlamalarının birində peyvəndin üçüncü dozasının lazım olacağını söyləyib.

Göründüyü kimi, koronavirus dünyanın bir nömrəli problemidir hər ötən gün yoluxma arealını artıraraq insanların həyatını təhlükəyə atmaqda davam edir. Amma hazırda bəşəriyyət koronavirusun yayıldığı ilk zamanlarda olduğu kimi çarəsiz deyil. COVID-19-a qarşı təsirli silah - peyvəndlər tapılıb. Sadəcə olaraq, hər kəs vaksinasiya prosesində aktiv iştirak edərək, tezliklətaclı bəla”nın tərksilah olmasına çalışmalıdır.

 

Yasəmən  MUSAYEVA,

 

Azərbaycan.- 2021.- 31 iyul.- S.1, 5.