İlham Əliyev Ağdamı inkişafquruculuğun yeni rəmzinə çevirir

 

Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası ağdamlılarda əbədi ehtiram və sədaqəti daha da gücləndirib

 

 

Qarabağda böyük tikinti bumu yaşanır. Müasir avtomobil yolları, dəmir yolu xətləri çəkilir, hava limanları tikilir və müxtəlif sosial-iqtisadi obyektlərin, Zəngilanda “ağıllı kənd” layihəsinin icrası davam etdirilir.

Mayın 28-də Prezident İlham Əliyevin Baş Planını təsdiqlədiyi Ağdam şəhərində isə misli görünməyən geniş quruculuq işlərinə başlanılıb. Prezidentin məhz ilk olaraq “Qarabağın giriş qapısı” sayılan Ağdam şəhərinin təməl daşını qoyması rayon ictimaiyyəti tərəfindən sonsuz sevinc və şövqlə qarşılanıb.

Bu günlərdə bizyolumuzu Ağdamdan saldıq. Səfər zamanı şahidlik etdiyimiz mənzərə həqiqətən bizdə də xoş ovqat yaratdı. Demək olar ki, böyükdən kiçiyə hər kəsin simasında sevincqürur hissi yaşanır. Həmsöhbət olduğumuz rayon sakinləri, ziyalılar birmənalı şəkildə qeyd edirlər ki, Ali Baş Komandan İlham Əliyev hər kəsin uzun illərdir həsrətlə gözlədiyi günü, xəyalları, arzuları gerçəkliyə çeviribbuna görə də Prezidentə ömür boyu minnətdardırlar.

 

 

 

Prezidentin verdiyi bütün tapşırıqlar uğurla həyata keçiriləcək

 

 

 

Düşmən tapdağından azad edilən Ağdamın artıq intibah dövrü başlayıb. İlham Əliyev erməni vandallarının yerlə yeksan etdikləri şəhəri dünyaya tamamilə yeni tipli yaşayış məntəqəsi kimi təqdim etmək üçün Baş Plan hazırladıb və artıq müxtəlif layihələrin icrasına start verilib. Tezliklə ən müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yeni Ağdam şəhəri qurulacaq. 

İlk həmsöhbət olduğumuz Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov dedi ki, mayın 28-də dövlət başçısının iştirakı ilə keçirilən təməlqoyma mərasimi tarixi hadisə olmaqla yanaşı, bir çox insanın həyatına silinməz və unudulmaz xoş xatirə kimi yazıldı: Bu gün həyatımızın ən maraqlı, ən mənalı günlərini yaşamaqdayıq. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin yüksək təşkilatçılıq, liderlik qabiliyyəti, xalqın mütəşəkkilliyi və insanların dövlət başçısına olan inamı, sevgisi nəticəsində 30 illik həsrətimizə son qoyuldu. Müzəffər sərkərdəmiz və onun qüdrətli ordusu düşmən tapdağında olan torpaqlarımızı azad edərək Azərbaycan xalqının arzusunu, xəyalını gerçəkləşdirdi. Azad edilən ərazilərimizin durumu isə erməni vandalizminin əyani təzahürüdür. Əksər şəhər və kəndlərdə heç bir tikili yoxdur. Ağdam şəhəri isə yerlə-yeksan edilib, daşı daş üstə qalmayıb. Bu, ilk növbədə ermənilərin özlərinə olmayan inamın göstəricisidir. Onlar dəqiq bilirdilər ki, özgə torpağında yaşaya bilməyəcəklər, Azərbaycan gec-tez özünə məxsus bütün əraziləri geri qaytaracaq. Ona görə də misli görünməmiş vəhşiliyə əl atıblar. Ancaq o torpaqları 44 günə geri qaytaran qalib sərkərdə bu gün vandallara gözdağı verərək Qarabağı yenidən cənnət məkana çevirir. Bizlər də o proseslərin şahidi, iştirakçısı və icraçısıyıq. Bu işdə Prezidentin verdiyi tapşırıqları, göstərişləri elə icra etməliyik ki, bütün proseslər vaxtında və uğurla reallığa çevrilsin”.

Ağdamın rəhbəri kimi üzərinə tarixi məsuliyyət düşdüyünü deyən Vaqif Həsənov əmindir ki, dövlət başçısının verdiyi bütün tapşırıqlar uğurla həyata keçiriləcək və Ağdam dünya miqyasında analoqu olmayan şəhər kimi qurulacaq. 100 min əhalisi olan bu şəhərin bütün infrastrukturu dünya standartlarına cavab verəcək. Mənfur düşmən isə tezliklə özü ilə Azərbaycan xalqının fərqini görəcək. Mühüm strateji əhəmiyyətə malik olan şəhərin bərpası ilə ağdamlıların öz torpaqlarında əbədi və təhlükəsiz yaşam hüququ olacaq, iqtisadi cəhətdən inkişaf edəcək şəhərdə insanlar şad və xürrəm yaşayacaqlar: “Hər insana doğulub boya-başa çatdığı şəhər və rayonda rəhbər kimi çalışmaq nəsib olmur. Bu gün həyatımın ən xoş və ən məsuliyyətli günlərini yaşayıram. Çünki cənab Prezidentin Ağdam şəhərinin yenidən qurulması ilə bağlı hazırlatdığı Baş Planın icrası, yeni layhələrin gerçəkləşməsi prosesi ilə üzərimizə böyük məsuliyyət düşür. Ağdamın rəhbəri kimi bütün proseslərin ən yüksək səviyyədə reallaşması üçün çalışacam və inanıram ki, üzərimə düşən vəzifənin icrasını uğurla yerinə yetirəcəm”.

Vaqif Həsənov deyir ki, bu gün Prezident İlham Əliyev işğaldan azad edilən bütün şəhər, rayon və kəndlərimizin yenidən qurulmasına xüsusi diqqət yetirir. Mütəmadi olaraq rayonlara səfər edib görülən işlərlə tanış olur, tapşırıqlarını verir. Ağdam rayonu işğaldan əvvəl də dövlət başçısının daim diqqətində olub. Dəfələrlə Ağdama səfər edən Prezident məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. Dövlət başçısının göstəriş və tapşırıqlarına, fərman və sərəncamlarına uyğun olaraq Ağdamın işğalda olmayan ərazilərində 18 yeni tipli qəsəbə, İdman Olimpiya Kompleksi, Muğam Mərkəzi, xəstəxanalar, fabrik və müəssisələr tikilib: “Həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev hər zaman Ağdama xüsusi qayğı göstəriblər. Yəni dövlət başçısının Qarabağın əhalisinə göstərdiyi diqqət və qayğı tək bugünkü günlə məhdudlaşmır. Təkcə Ağdamın əhalisi respublikanın 62 rayonuna səpələnmişdi. Onların sosial-iqtisadi durumu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət böyük layihələr həyata keçirib. Bir sözlə, cənab Prezidentin bu sahədə gördüyü işlər ölçüyəgəlməz dərəcədədir. Bunu da Qarabağ əhalisi, xüsusən də ağdamlılar yüksək qiymətləndirir. Rayon əhalisinin sevincinin həddi-hüdudu yoxdur”.

Vaqif Həsənovun sözlərinə görə, 2-3 il müddətndə yeni, müasir Ağdam şəhəri qurulub doğma sakinlərinə təhvil veriləcək. Bu şəhərdə insanın ən yüksək səviyyədə yaşaması üçün hər bir infrastruktur mövcud olacaq. 200 hektara yaxın olan Ağdam Sənaye Parkının təməlinin qoyulması əlverişli strateji-coğrafi mövqeyə malik olan rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə geniş imkanlar yaradacaq.

Nəhayət, belə bir müasir şəhərin tezliklə inşa edilməsi  həm erməni faşizminin, həm də onu müdafiə edənlərin siyasi və mənəvi cəhətdən növbəti məğlubiyyəti olacaq.

 

 

 

Keçmişimi yenidən özümə qaytaran, xoş gələcəyimizi quran  Prezidentimə nə qədər minnətdarlıq etsəm, azdır”

 

 

 

Mayın 28-də İlham Əliyev həmçinin Ağdam şəhərində rəmzi məna daşıyan sosial obyektlərin də təməlini qoydu. Onlardan biri də 140 illik tarixə malik Ağdam şəhər 1 saylı orta məktəb idi. Bu tarixi hadisə Ağdamın müasirintellektual  gələcəyinin carçısı oldu. 1973-cü ildə həmin məktəbin məzunu olmuş Tünzalə Vəliməmmədovanın da sevincinin həddi-hüdudu yoxdur. Hazırda rayonun 2 saylı məktəbinin direktoru olan Tünzalə müəllimə deyir ki, Prezident İlham Əliyevin yeni qurduğu Ağdamda müasirliklə tarixiliyin vəhdəti öz əksini tapacaq: “İndi müasir Azərbaycanın qüdrətli sərkərdəsi İlham Əliyev yeni Ağdam qurur, özü də əvvəlkindən daha möhtəşəm, daha əzəmətli. İlk Baş Planın Ağdamla bağlı olması da dövlət başçısının ağdamlılara olan münasibətinin göstəricisidir. Biz hər zaman Prezidentimizlə qürur duymuşuqonun siyasətinin təbliğatçısı olmuşuq. Bu gün cənab İlham Əliyevə edə biləcəyimiz minnətdarlığın dərəcəsi, həddi-hüdudu yoxdur.

Məktəbimizin təməlinin qoyulması zamanı gözlərim yaşardı, bir anlıq keçmiş dövrə qayıtdım, gözümün önündən xoş xatirələrim keçdi. Mənim keçmişimi, xoş gələcəyimi yenidən özümə qaytaran Ali Baş Komandanıma nə qədər minnətdarlıq etsəm, azdır. Şuşa fatehimin, tarix yazanımın, Ali Baş Komandanımın adı Qarabağın xilaskarı kimi qızıl hərflərlə yazıldı”.  

T.Vəliməmmədova deyir ki, Prezidentin 1 saylı məktəbin təməlini qoyması ilə müəllimlərin üzərinə böyük məsuliyyət düşdü. Eyni zamanda Ağdamda Qarabağ Universitetinin yaradılması ziyalılara böyük hörmət əlamətidir. İndi ziyalılarımız, həmin məktəblərdə və digər təhsil ocaqlarında dərs deyəcək müəllimlər gələcək nəsillərimizin savadlı, yüksək intellektual səviyyədə yetişməsi üçün əllərindən gələni əsirgəməyəcək.

 

 

 

Ağdam hər zaman Prezidentin xüsusi diqqət mərkəzində olub

 

 

May ayının 28-də Prezident İlham Əliyev Ağdamda müasir Azərbaycan bölgəsinin təməlini qoydu və inanırıq ki, tezliklə dünya Qarabağın möcüzəsinə şahidlik edəcək və ermənilərin necə vandal millət olduqları hər kəsə bəlli olacaq”.

Bu fikri isə Ağdam şəhər Dövlət İqtisadi Kollecinin rəhbəri Natiq Cavadov söylədi. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman Ağdama böyük diqqət və qayğı göstəriblər. Dəfələrlə Ağdam səfərlərində dövlət başçısı yeni-yeni müəssisələrin, ictimai-iaşə obyektlərinin açılışlarını edib, xeyir-duasını verib. Vətən müharibəsindən sonra ikinci dəfə Prezidentin Ağdama səfər etməsi və ilk Baş Planı təsdiqləməsi dövlət başçısının rayona və ağdamlılara münasibətinin real təcəssümüdür: “Böyük Zəfərdən sonra  fəaliyyətimizin ikinci cəbhəsi açılıb. İşğaldan azad olunmuş ərazilərimizin bərpası prosesinə start verilib. Prezident İlham Əliyevin Böyük Qayıdış planına uyğun olaraq yeni-yeni infrastrukturlar qurulur, əhalinin tez bir zamanda öz doğma yurdlarında yaşamaları üçün şərait yaradılır. “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında qurulan yeni kənd və şəhərlər müasir dünya standartları səviyyəsində olacaq.

Fəxr edirik ki, Prezidentimizin yeni qurduğu Ağdam ölkəmizin ən böyük şəhərlərindən birinə çevriləcək. Bu, bizim üçün qürur və fəxrdir. Həm 1 saylı məktəbin təməlinin qoyulması, həm də Ağdamda Qarabağ Universitetinin yaradılması dövlət başçısının təhsilə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Onu da deyim ki, Prezident hər zaman Ağdama xüsusi diqqət göstərib. Bizlər də bütün dövrlərdə ölkə rəhbərinin siyasətinin bir nömrəli dəstəkçisi olmuşuqbundan sonra da bu yolda yorulmadan çalışacağıq”.

 

 

 

İlham Əliyevə ömür boyu alqış etməliyik”

 

 

 

70 yaşlı Ağdam sakini Rafiq Əliyev də çox sevinclidir. Ağsaqqal deyir ki, bəziləri Qarabağın nə zamansa azadlığına inanmadığı halda o, hər zaman Prezident İlham Əliyevə inanıb, güvənib və yaşı ötsə də, hər il zəfər gününü səbirsizliklə gözləyib. İndi fəxrlə, böyük sevinclə bu qələbədən ürəkdolusu danışır: “Hamı eyni fikri səsləndirir, hamı deyir ki, bu, böyük qələbədi, zəfərdi. Əlbəttə, bu, belədir. Amma bunu da diqqətdən kənarda qoymamalıyıq ki, İlham Əliyev necə bir tarixi qələbə qazanıb. Bu qələbədən ötrü İlham Əliyev illərlə siyasət aparıb, güc və ətrafına dost toplayıb. Zəfər elə-belə qazanılmayıb. Bu qələbə ilə İlham Əliyev həm də dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözügücü keçərlidir”.

Rafiq Əliyevin sözlərinə görə, zaman dəyişəndə onunla ayaqlaşmaq zərurətə çevrilir. İndi zaman dəyişib və bu gün söz Azərbaycandadır. Azərbaycanın qüdrətli lideri sözünü deyiröz xoşməramlı missiyasını davam etdirir: “Mayın 28-də İlham Əliyev Ağdama gələndə Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində oldu. Göstəriş və tapşırıqlarını verdi. Bu da ermənilərə və dünyaya mesaj idi. Ali Baş Komandan bununla dedi ki, öz doğma yurduna qayıdan azərbaycanlılar Qarabağda yenidən hakimiyyətlərini bərpa edəcəklər. Bu bizim üçün böyük qürurdur. Qarabağı bizə qaytaran İlham Əliyevə eşq olsun! Bu xalq İlham Əliyevə ömür boyu minnətdar olmalı və alqış etməlidir”.

Ağdamda söhbətləşdiyimiz hər kəs eyni fikirdə idi, ziyalısı da, sadə vətəndaşı da hesab edir ki, 44 günə Qarabağı azad edən İlham Əliyev tez bir zamanda bu torpaqlara yeni həyat verəcək, illərdir yurdundan didərgin düşən insanlar doğma el-obasına qayıdıb yenidən xoşbəxt günlərini yaşayacaqlar. Qarabağ yenidən Azərbaycanın dilbər güşəsinə çevriləcək.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 4 iyun.- S.1;7.