Şəhidin körpəsi dünyaya gəlib

 

 

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızdan biriEmin Mahmudovdur.

1994-cü il iyun ayının 1-də Tovuzun Abulbəyli kəndində anadan olan Emin Mahmudov 2012-2016-cı illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdı. Baş leytenant kimi Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə ötən il oktyabr ayının 11-də qəhrəmancasına həlak olmuşdur. Emin Mahmudov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bu günlər şəhid Emin Mahmudovun övladı dünyaya gəlib. Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhidin qız övladı ictimaiyyət nümayəndələrinin müşayiəti ilə xəstəxanadan evə yola salınıb.

Şəhidin həyat yoldaşını təbrik edənlər vətənimizin azadlığı və ərazi bütövlüyünün təmin olunmasında şücaət göstərən şəhidlərlə, o cümlədən Emin Mahmudovla fəxr etdiklərini vurğulamışlar.

 

 Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 4 iyun.- S.8.