Yüksək ehtiramın təcəssümü

 

Dünyanın güc mərkəzləri İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallığı təqdir edirlər

 

 

 

İkinci Qarabağ müharibəsindəki şanlı zəfəri ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradan Azərbaycanın həm də beynəlxalq münasibətlər sistemindəki yerirolu daha da güclənib.

Bu gün Azərbaycan həm yeni hərbi-siyasi güc mərkəzi, həm də qlobal oyunçu, beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul edilən dövlət kimi qəbul edilir. Azərbaycanın regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün yaratdığı şərait beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən təqdir olunur.

Prezident İlham Əliyevin eyni gündə iki güc mərkəzi olan Çin Xalq Respublikasının Sədri Si CinpinAvropa İttifaqının prezidenti Şarl Mişel arasında telefon söhbətləri zamanı səslənən fikirlər də bunun təsdiqidir.

 

 

 

Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir

 

 

 

Son 18 ildə həm İlham Əliyevin təşəbbüsü, həm də Azərbaycanın iştirakçılığı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevirib.

Dünyanın böyük güc mərkəzlərindən olan Çinlə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etdirilir.   Dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə ölkələrimiz arasında dayanıqlı münasibətləri daha da möhkəmləndirib. Prezident İlham Əliyev son 18 ildə 5 dəfə Çinə rəsmi və işgüzar səfər edib. Bu səfərlər zamanı iki ölkə arasında mühüm sənədlər imzalanıb. Yəni qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycanın və Çinin dövlət başçılarının siyasi iradəsi, aparılan intensiv dialoq ölkələr arasında əlaqələrin genişlənməsi üçün əlverişli imkan yaradıb.

Azərbaycan Çinin 2013-cü ildə irəli sürdüyüBir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən dövlətlərdən olmaqla bunu əməli fəaliyyəti ilə sübut edib. Prezident İlham Əliyevin 2019-cu ildə “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak etməsi əlaqələrin inkişafına böyük töhfə verib.

Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan davamlı yüksəliş, o cümlədən Azərbaycandan Çinə ixracın artmasında Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq komissiyasının rolu böyükdür. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan məhsullarının Çin bazarında təşviqi məqsədilə kompleks addımlar atılır, Azərbaycan Çində təşkil olunan beynəlxalq sərgilərdə “Made in Azerbaijanvahid ölkə stendi ilə təmsil olunur. Bu tədbirlərin nəticəsi olaraq Azərbaycan məhsullarının Çinə ixracı istiqamətində bir sıra razılaşmalar əldə olunub, müqavilələr imzalanıb.

İqtisadi əlaqələrə nəzər yetirsək aydın şəkildə görərik ki, son 5 ildə idxal-ixrac dinamikası xeyli yüksəlib. Əgər 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar idisə, 2019-2020-ci illərdə bu rəqəm 2,2 milyard dollar olub. Bu gün Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 45 faiz təşkil edir. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir.

Telefon danışığı zamanı Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirməsi isə güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsi kimi qiymətləndirilməlidir. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycana 900 milyon dollardan çox investisiya yatırıblar. Azərbaycanın isə Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir. Hazırda ÇininHuawey” şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələr icra edir.

Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.

Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Belə bir gücün ölkənin birinci şəxsi simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etməsi Çinin İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallığa ehtiramının təsdiqidir.

 

 

 

Avropa İttifaqı İlham Əliyevin islahatlarını yüksək qiymətləndirir

 

 

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngi edərək bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparması isə, ilk növbədə, postmüharibə dövründə Azərbaycanın beynəlxalq arenadakı rolunun güclənməsi reallığını isbat edir.

Söhbət zamanı səslənən fikirlərə əsasən deyə bilərik ki, Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi yanaşır və İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatları yüksək qiymətləndirir. Avropa İttifaqının 2004-cü ildən həyata keçirdiyiYeni qonşuluq siyasəti” proqramı çərçivəsində Azərbaycanın bu təşkilatla iqtisadi, siyasi, hüquqiinzibati islahatları həyata keçirmək imkanı yaranıb.

Bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edir. “Şərq tərəfdaşlığı” proqramı təşəbbüsü çərçivəsində münasibətlərin daha da möhkəmlənməsi nüfuzlu Avropa qurumunun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir. Qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir və ölkəmizin ticarət dövriyyəsinin yarıdan çoxu Aİ-nin payına düşür. Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sənədləri və bəyannamələri imzalanıb.

Şarl Mişel ilə Prezident İlham Əliyev arasında telefon söhbətində Azərbaycanın istər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də regiondadünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsində rolunun yüksək dəyərləndirilməsi ölkəmizə verilən önəmin, artan nüfuzun göstəricisidir.

Telefon söhbəti zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri də müzakirə olunub. Aİ Şurasının prezidenti Şarl Mişel qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu da bildirib. İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib. Avropa İttifaqı Şurasının prezidenti hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb.

Bu, əlbəttə ki, Ermənistana ünvanlanan mesaj idi. Çünki qalib Azərbaycanın lideri İlham Əliyevin müharibədən sonra regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün hətta Ermənistanla əməkdaşlığa hazır olduğunu bəyan etməsi tərəflər arasındakı fərqi göstərir. İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu vurğulayıb, lakin Ermənistanın hələ bu çağırışa cavab vermədiyini bildirib.

Bir sözlə, həm Çin rəhbərinin, həm Şurasının prezidentinin Azərbaycan  Prezidenti İlham Əliyevlə fikir mübadilələri aparmaları, ilk növbədə, postmüharibə dövründə Azərbaycanın beynəlxalq arenadakı rolunun gücləndiyinin daha etibarlı tərəfdaşa, söz sahibinə çevrildiyinin bariz təcəssümüdür.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 5 iyun.- S.1;8.