Jurnalistlərin Həmkarlar İttifaqı xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib

 

 

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə AZƏRTAC-a JuHİ-dən məlumat verilib.

Müraciətdə deyilir: Təəssüf hissi ilə bildiririk ki, 2021-ci il iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib.

Məlumat üçün bildiririk ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya Ermənistan liderləri tərəfindən 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra bənzər təxribat halları dəfələrlə baş verib. Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar digər partlayıcı qurğular indiyədək onlarla insanın həyatına son qoyub, yaralanmasına səbəb olub. Məhərrəm İbrahimovun Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə almalıyıq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini yerinə yetirmək üçün getmişdilər.

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda, Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə, həm cəmiyyətin informasiya ilə təminatı, həm insanların öz evlərində yaşamaq hüququ pozulur.

Jurnalistlərin Həmkarlar İttifaqı Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisədən bir daha kədərləndiyini bildirir.

Biz jurnalistlər Ermənistanın insan hüquq azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalı ərazilər üzrə xəritələrin təqdim etməsini istəyirik.

Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq.

Müraciət Beynəlxalq Jurnalistlər Federasiyasına (İFJ), Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatına (İFEX), Sərhədsiz Reportyorlara (RSF), Jurnalistləri Müdafiə Komitəsinə (CPJ), ARTICLE 19-a, Beynəlxalq Media Dəstəyi təşkilatına (İMS), Beynəlxalq Mətbuat İnstitutuna (İPİ) Avropa Jurnalistlər Federasiyasına (EFJ) ünvanlanıb.

 

Azərbaycan.-2021.- 5 iyun.- S.3.