Liam Layson sıralama turunu 1-ci yerdə başa vurub

 

 

 

Hitech Grand Prix” komandasının pilotu Liam Layson Bakıda keçirilən “Formula-2” yarışında sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü yeri tutublar.

Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.

 

Azərbaycan.-2021.- 5 iyun.- S.7.