“Formula-1”də ilk günün qalibləri müəyyənləşdi

 

 

“Formula-1” Azərbaycan Qran-prisində ilk gündə birinciikinci sərbəst yürüşlər başa çatıb.

 Yürüşlərə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Maks Ferstappen lider kimi tamamlayıb.Ferrari”nin üzvləri Şarl Lekler ikinci, Karlos Sayns isə üçüncü olublar.

Axşam saatlarına doğru “Formula-1” Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başlayıb. Yürüşün yekununda birinci yerdə “Red Bull Racing” komandasının pilotu Sergio Perez, ikinci yerdə eyni komandanın pilotu Maks Verstappen, üçüncü yerdə isəScuderia Ferrari Mission Winnow” komandasının pilotu Carlos Sainz qərarlaşıb.

 

Azərbaycan.-2021.- 5 iyun.- S.7.