Ermənistan terror dövləti olduğunu növbəti dəfə nümayiş etdirdi

 

 

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradılan, işğal etdiyi ərazilərimizdən qovulan Ermənistan bu günterror cinayətlərini davam etdirməkdədir. İyunun 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin olduğu sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi Ermənistanın terror dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Hadisə nəticəsində 3 nəfər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Daha 4 nəfərin də yaralandığı bu terror cinayəti Azərbaycan ictimaiyyətində üzüntü və hiddət hissi doğurub.

Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas normalarını kobud şəkildə pozaraq vaxtilə işğal etdiyi Azərbaycan ərazilərini minalayıb. İşğalçılar qoşunlarını geri çəkərkən də tərk etdikləri ərazilərə piyadatank əleyhinə yeni minalar basdırıblar.

Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə maneələr yaratmaqdır. Bunun nəticəsidir ki, müharibə bitdikdən sonra da işğaldan azad edilmiş ərazilərimizdə mülki vətəndaşların və hərbçilərin həlak olması, ağır xəsarətlər alması ilə nəticələnən çoxlu sayda mina partlayışı baş verir. Azərbaycanın çağırışlarına, beynəlxalq təşkilatlara müraciətlərinə baxmayaraq terror siyasətindən əl çəkməyən Ermənistan mina xəritələrini verməkdən imtina edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində son hadisə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovunrayon icra hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edirbununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.

Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir! Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür! Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun!”

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın bir qrup hərbçisi Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq yolların minalanmasına yönəlmiş təxribat törədərkən hərbçilərimiz tərəfindən saxlanılıblar.  Bu bir daha göstərdi ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaratmaqda davam edir, beləliklə, bölgədə vəziyyəti gərginləşdirir.

Ermənistanın 10 noyabr bəyannaməsindən indiyə kimi minalanmış xəritələri özündə saxlaması və işğaldan azad olunmuş ərazilərimizdə törətmək istədiyi təxribatlar bir daha bu ölkənin məkrli siyasətindən və çirkin niyyətindən xəbər verir. İndiyə qədər bəzi təşkilatlar hərbçilərimiz tərəfindən ələ keçirilən erməni təxribatçılarının Ermənistana qaytarılması ilə bağlı bəyanatlar səsləndirib. Amma təəssüf ki, həmin təşkilatlar Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə çağırmırlar. Mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana hər hansı bir təzyiqin göstərilməməsi, ayrı-ayrı təşkilatların bu ölkənin beynəlxalq öhdəlikləri kobud şəkildə pozmasına, o cümlədən minaların qəsdən basdırılması siyasətinə göz yumması  günahsız insanların həyatını itirməsinə səbəb olur.

Bütövlükdə mülki insanların həlak olması ilə nəticələnən bu kimi hadisələr  Ermənistanın faşizm ideologiyasına büründüyünü, terroru dövlət siyasəti səviyyəsinə yüksəltdiyini bütün qabarıqlığı ilə təsdiq edir.

 

 

 

Rəşad CƏFƏRLi

Azərbaycan.-2021.- 6 iyun.- S.1;3.