Azərbaycan dünyada tolerant multikultural ölkə kimi tanınır

 

Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi mədəni kökləri var. Xalqımız bu gün öz dəyərləri ilə dünyaya nümunədir. Bakının evsahibliyi etdiyi beynəlxalq tədbirlərin, simpozium yığıncaqların, dünya çempionatlarının, Formula-1 kimi möhtəşəm yarışların müxtəlif ölkələrdən olan iştirakçılarına qonaqlara bir daha aydın olur ki, Azərbaycan multikultural dəyərlərə malik tolerant ölkədir.

Azsaylı xalqların da igid oğullarının iştirak etdiyi 44 günlük Vətən müharibəsinin Zəfər qələbəsinin yaratdığı yüksək əhvali-ruhiyyə ilə yaşanan Azərbaycan Formula-1in cari mövsümdə 6-cı mərhələsinin keçirilməsinə evsahibliyi edir. Prezident İlham Əliyev demişdir: Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür.

Multikultural tolerantlıq elementlərini özündə əks etdirən bu yarış dünyanın bütün xalqları millətləri tərəfindən sevilir. Çünki bu kimi tədbirlər müxtəlif millətlərə məzhəblərə mənsub insanların mədəni müxtəlifliyinin qorunmasına, inkişafına harmonizasiyasına, habelə azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz humanizm, yüksək fərdi beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, idman yarışları, dostluq əməkdaşlıq mümkün deyil. Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənələrinə bir-birinin azadlığına hörmət hissi təşkil edir.

Multikulturalizm başqa xalqın nümayəndəsinə, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Həmçinin multikulturalizm elə bir siyasətdir ki, mədəni plüralizmi qəbul edir onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.

Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin digər milli azlıqların yaşayış məskənləri olan Qırmızı qəsəbə, İvanovka başqa kəndlər dövlətin daim diqqət qayğısı ilə əhatə olunub. Bunun bariz nümunəsini Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mayın 15-də Qəbələ rayonuna səfəri zamanı bir daha müşahidə etdik. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etdilər. Bu, əlbəttə ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, bütün dini konfessiyalara dövlət dəstəyinin növbəti bariz nümunəsidir. Xatırladaq ki, Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb, 2020-ci ilin noyabr ayında

44 günlük müharibə zamanı bərpa işləri tamamlanıb. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Yenidənqurma zamanı tikilinin kərpicləri, daşları bərpa olunub, həyətyanı sahə abadlaşdırılıb, bulaqüç gölməçə yaradılıb. Kilsənin tavanı, döşəməsi dəyişdirilib. Kilsənin aşağı hissəsi XII əsrdə tikilib. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilib və bərpa olunub. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılıb.

Prezident İlham Əliyev kilsədə olarkən deyib ki, udi xalqının çox böyük tarixi mirası var: İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz.

Dövlət başçısı əlavə edib ki, Şuşada keçirilən Xarıbülbül festivalında udi xalqının nümayəndələri çıxış ediblər: Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş Xarıbülbül festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririkbu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir.

Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın nümunələrindən biri olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını məhz Qəbələnin Nic qəsəbəsində yaşayır. Azərbaycan Prezidenti həmin gün Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsində də olmuşdur. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, PliniStrabonun əsərlərində məlumat verilib. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub. Bu gün faşizmi dövlət siyasətinə çevirən, monoetnik ölkə olan, 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində tarixi-dini abidələri dağıdan, udilərə və digər azsaylı millətlərə məxsus dini abidələri özününküləşdirməyə çalışan Ermənistandan fərqli olaraq Azərbaycan multikultural ənənələri, tolerantlığı ilə nümunə olmaqda davam edir.

Bu kimi nümunələrə ölkəmizin bütün bölgələrində rast gəlmək mümkündür. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcuddur. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülhdostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq, tolerantmultikultural ölkə kimi tanınır. Ölkəmizin əsrlərboyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyətlərin müxtəlifliyinin yaranmasına səbəb olub.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 6 iyun.- S.1;6.