Nişan üzüyü boxçada qaldı

 

 

Şəhidlər xiyabanında bir igid uyuyur. Bu qəhrəman Ermənistanın Hamamlı mahalının Spitak rayonunun Saral kəndində 1970-ci ildə doğulmuş Əsəd Cəlal oğlu Əhmədovdur. Müəllim ailəsində uşaqlığı keçən, gələcəyə əhd-peyman bağlayan, lakin arzuları ürəyində qalan, mərmər daşlarda heykələ dönüb əbədiyyətə qovuşan Əsəd Əhmədov haqqında fikirlərimi hekayə halında cəmləşdirməyə çalışdım.  Onun haqqında məlumatları tək bacısı olan məktəbimizin müəllimi Afidə Əhmədovadan aldım.

Əsəd dünyaya göz açanda tale onun ömür kitabına acı bir kədər yazıbmış. Bu qəhrəman oğul Daşdəmirlilər tayfasından olan Qaçaq Bəkirin nəslindəndir. Atalar gözəl deyib: “Ot kökü üstə bitər.” Belə ki, Bəkir Qurban oğlu çar Rusiyası dövründə qaçaqçılıq edib şöhrətlənmişdir. Həmin vaxt bir erməni ilə arasında münaqişə olurzoğal çubuğu ilə onu məhv edir. Bəli, tarix təkrar olunur.

Əsəd Əhmədov ziyalı ailəsində boyümüş, kənddə nüfuz qazanmış atası Cəlal müəllimdən dərs almışdı. Ailənin beşinci övladı olan  Əsəd orta məktəbdə oxuyarkən davranışı, biliyi ilə hamıdan seçilərdi.

1988-ci ildə Spitak rayonunda zəlzələ baş verir. Həmin vaxt oradan köçürülənlərdən biri Cəlal müəllimin ailəsi olur. Bakıya pənah gətirən Əsəd 5 nömrəli texniki-peşə məktəbində elektrik peşəsinə yiyələnir. 1989-cu ildə Sovet Ordusu sıralarında Almaniyada hərbi xidmət keçir. Xidmətdən sonra Milli Orduya üzv yazılır. 1992-ci ildə Xocalı faciəsindən sarsılan Əsəd cəbhəyə yola düşür. Həmin vaxt Şuşanın Zarıslı, Tuşssu, Salatınkənd yaşayış məntəqələri uğrunda  döyüşlərdə fəal iştirak edərək onlarca erməni quldurunu məhv edir. Ölümdən qorxmayan Əsədin həyat yolu kimi, döyüş yolu da qısa olur.

Alın yazısı deyilən bir həqiqət var. Alnına yazılıbsa, o da olmalıdır. Şəhidlik alın yazısıdır.

Vətənpərvərlik ailədən başlayır. Simuzər ananın, Cəlal müəllimin tərbiyəsi buna bariz nümunədir. Əsəd qəhrəmanlığı Böyük Vətən müharibəsi illərində həlak olmuş, adları  Azərbaycan Sovet Ensiklopediyasında yer almış əmiləri Veysəl Rəsul Əhmədovlardan öyrənmişdir.

Cəlal müəllim ailədə 5 igid oğul, 1 qız övladı böyütmüşdü. Qardaşı Qarabağ qazisi kapitan İntiqam Əhmədov da  bu il dünyasını dəyişmişdi. Bir ailəyə 2 zərbə vurulmuşdu.

Əsədin vətənpərvərliyi haqqında sinif müəllimi Aslan müəllim sinif rəhbəri Şahbəndiyar müəllim danışarkən onun yenidən orduya getməsinə rayonumuzdan 15 nəfərin, kəndimizdən isə 3 nəfərin qətlə yetirildiyini əsas gətirirdilər. Anası Simuzər ana bir dəfə onun əlinin yaralandığını görüb narahat olanda o, deyir: “Qəm yemə, ana! Əlimin yaralanması böyük şeydir?”

 Həmin vaxt o, bacısı Afidəni qızıl mağazasına apararaq bir nişan üzüyü sırğa alır: “Bacı, saxla, erməniləri qovan kimi bilirsən ...”   Gedəndə atası Cəlal müəllimə deyir: “Ölsəm, qəhrəman kimi öləcəyəm, girov düşməyimi ağlına belə gətirmə”.

 Sən demə, insan öz qısa ömrü ilə bütöv bir ömür yaşaya bilərmiş ölümdən yüksəkdə dayanan bir zirvəyə qalxarmış. Bəli, Əsəd şərəfli ölümü ilə əbədi ölümsüzlüyə qovuşdu.

İyulun 31-i onun son döyüşü oldu. Qaraqaya Kətik yaşayış məntəqələrinin azad edilməsində düşmən onu qana boyadı. O, gəzib doymadığı  Dəlidağı,  Kərim bulağını, Pəmbək çayını, dostları nişan göndərəcəyi sevdiyi qızı gözləri önünə gətirdi. Qəlpələr onun mükafat aldığı pulları da qana boyamışdı.  Bəlkə o, son dəfə anasını xatırladı:

 

 

 

Mənim üçün ağlama,

Ana, şəhid olmuşam.

Ürəyimi dağlama,

Haqqa şahid olmuşam.

 

 

 

İsti yay günlərinin birində Əhmədovlar ailəsinin qapısı təlaşla döyüldü.  Hərbi paltarlı şəxslər çətin olsa, ölüm xəbərini onlara çatdırdılar. Bacısı Afidə hönkürərəkNişan üzüyü boxçada, arzun ürəyində qaldı, qardaş!”  dedi.

Əsəd, Vətən oğlu, sən şəhidlik qismətinlə müqəddəsliyə qovuşdun. Anadan olduğun ayda da əbədiyyətə qovuşdun. Nişan üzüyün gözdağı oldu  Simuzər anaya, Afidə bacıya, Cəlal ataya. Adını gizli saxladığın bir gözəlin  bəxt ulduzu beləcə söndü. Cəlal kişi sənin yoxluğuna dözə bilmədi, aramızdan vaxtsız getdi. Simuzər ana isə hər qapı açılıb örtüləndə baxır, bir oğul yolu gözləyir: “Başını uca tut, ana, sənin oğlun Vətən, torpaq uğrunda şəhid olub”.

 Beləcə, bir ömür soldu. İki gəncin taleyi yarımçıq qaldı. Vətən eşqi səni Cəlal müəllimdən, Simuzər anadan alıb el-obaya, Azərbaycana oğul elədi. Vətən oğlu isə heç zaman unudulmur.

5 fevral 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti sənəMilli Qəhrəmanfəxri adı verdi. Simuzər anaya vətənpərvər oğul tərbiyə etdiyinə görəMehriban anamedalı təqdim edildi.

Şəhidlər xiyabanında məzarının qara lenti üzərində belə bir ürəkdağlayan sözlər yazılmışdı: “Ölümünə inanmıram, Əsəd!  Mən səni dəlicəsinə sevirdim, sevirəm, sevəcəyəm . Sonu necə olacaq bilmirəm...”

Yəqin ki, bu sətirlər adını gizli saxladığın el qızının sənə son sözləri idi.

Bakının Yasamal rayonunda bir küçə 308 nömrəli məktəb Əsəd Əhmədovun adını daşıyır. Torpağı vətənləşdirən oğullar adlarını da əbədiləşdirirlər.

Kaş yaşayıb Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti ilə bu müharibədə necə qalib olduğumuzu görəydin.

 44 günlük müharibədən zəfərlə çıxmağımız hamını sevindirdi. Bu sevinc payı sizə çatır, çünki qələbəni ilk dəfə sizlər çalmısınız.

 Rahat yatın, elin qəhrəman oğulları, torpaqlarımız işğaldan azad olunub sükan xalqın yeganə etibar etdiyi, məğrur sərkərdəmiz İlham Əliyevdədir.

Ümid edirik ki, bundan sonra da Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qədim Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, İrəvan mahalları da işğaldan azad olunacaqdır.    

 

 

 

Nazilə ƏLİYEVA,

Bakı şəhər 177 nömrəli tam orta  məktəbin ədəbiyyat müəllimi

Azərbaycan.-2021.- 6 iyun.- S.5.