Bakı möhtəşəm idman bayramının şahidi oldu

 

Azərbaycan Qran-prisinin təşkili hər cür təqdirəlayiq idi

 

 

 

Dünyanın ən böyük idman tədbirlərindən biri olan “Formula-1” üzrə dünya çempionatının cari mövsümdə altıncı mərhələsi - Azərbaycan Qran-prisi artıq arxada qalmışdır. Srağagün Bakıda keçirilmiş yarışın qalibləri indi qazandıqları uğurun sevincini yaşayır, təbrikləri qəbul edirlər.

Məlum olduğu kimi, Azərbaycan Qran-prisiRed Bull Racing Honda” komandasının üzvü Serxio Peresin qələbəsi ilə başa çatmışdır. Meksikalı pilot  Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez başa vuraraq fəxri kürsünün zirvəsinə yüksəlmişdir. İkinci yeri “Aston Martin” komandasının almaniyalı pilotu Sebastyan Fettel tutmuşdur. AlphaTaurikomandasının fransalı pilotu Pyer Qasli isə yarışı üçüncü pillədə bitirmişdir.

Şübhəsiz, Bakıda ən çox sevinən Qran-prinin qalibi Serxio Peres idi. Pilotun sevinci yerə-göyə sığmırdı: “Bakını sevirik! Burada “Red Bull” ilə birlikdə ilk qələbəmizi qazanmaq çox xoşdur. Bugünkü gündən həzz ala bilərik. Mükəmməl tempimiz çox səmərəli avtomobilimiz var idi. Komanda hər həftə maksimum səy göstərir. Arxada yalnız altı yarış qalıb, hələ daha irəli gedə bilərəm”.

Peresin komanda yoldaşı Maks Ferstappen podiuma çıxa bilmədiyindən təəssüf hissi keçirsə , əldə olunmuş qələbənin əhəmiyyətini vurğulamışdır: “Serxio komandanın ondan istədiyi hər şeyi etdi. O, əla start götürdü pit-stopdan sonra ikimiz Luisi keçdik. Qələbə qazanmaq mənə müyəssər olmasa da, onun bunu bacardığına görə sevinirəm. Serxio əla oğlan, gözəl ortaqdır. “Red Bull”da ilk qələbəsindən sonra podiumda təbbəssümünü görmək xoş idi”.

“Formula-1”in tarixində ilk dəfə Bakıda podiuma çıxan “Aston Martin” komandası da nəticədən məmnundur. Komandanın rəhbəri Otmar Safnauerin fikrincə, Azərbaycan paytaxtında ikinci yeri tutmaq “Aston Martin” kollektivinin parlaq uğurudur. Komandanın pilotu Sebastyan Fettel isə belə bir uğura imza atacağını gözləmirdi: “Sevincimdən göyün yeddinci qatındayam - ikinci yer hamımız üçün çox şey deməkdir. Podiuma qalxacağımızı gözləmirdik, lakin komanda bütün uik-end boyunca əla irəliləyirdi maşın yürüşdə sürətli idi. Maşında rahat idim, trasdakı hadisələr strategiya ilə birlikdə həqiqətən xüsusi nəticə əldə edə bildik”. 

Azərbaycan Qaran-prisini üçüncü yerdə tamamlamış Pyer Qasli sevincini gizlədə bilmirdi: “Heyrətamiz uik-end idi: üçüncü məşq protokoluna rəhbərlik etdim, sonra təsnifat mərhələsində dördüncü oldum, axırda isə  podiuma çıxdım! Əla nəticədir!” Qasli əldə etdiyi uğurla kifayətlənmək fikrində deyil, çünki qarşıda “Formula-1”in Fransa mərhələsi var: “Aydınlaşdırmaq lazımdır ki, niyə bu həftəsonu belə yaxşı çıxış etdik. Bu informasiyadan növbəti yarışda istifadə etməliyik. Məni ev Qran-prisi gözləyir. Yenidən uğur qazanmaq istəyirəm”.

AlphaTaurikomandasının rəhbəri Frans Tost da Qaslinin təəssüratına şərikdir. Onun fikrincə, Bakıda keçirilmiş Qran-pri startdan finişədək möhtəşəm yarış idi: “Bu həftəsonu komanda çox xal qazandı Konstruktorlar kubokunda beşinci yerə yüksəldi. Uşaqlar əla işlədilər: doğru strategiya seçdilər səliqə-sahmanla pit-stop etdilər. Onlar bu nəticəyə layiqdirlər. Bütün komandanı təbrik edirəm ümidvaram ki, növbəti yarışlarda belə yaxşı çıxışı davam edəcəyik”.

Bütün idman yarışlarında olduğu kimi, Azərbaycan Qran-prisinin nəticələri hamını razı sala bilməzdi: sevinənlərlə yanaşı, məyus olanlar da vardı. Bakıda zəif çıxış edənlərdən biri “Mercedes” komandası idi. Almaniya komandası Azərbaycan Qran-prisində xal qazana bilməməklə üç il əvvəl - 2018-ci ildə Avstriya Qran-prisində üzləşdiyi uğursuzluğu təkrarlamışdır. Mersedes”in pilotları Valtteri Bottas yarışı 12-ci, Luis Hamilton isə 16-cı yerdə tamamlamışlar.

Bununla belə, Azərbaycan Qran-prisinin fəxri kürsüsünə çıxa bilməyənlərin heç hamısı nəticədən narazı deyil. Məsələn, yarışı 5-ci pillədə başa vurmuş “McLaren” komandasının pilotu Lando Norris hesab edir ki, belə bir nəticə pis deyil: “Yarış asan olmadı, rəqibləri ötüb keçmək gözlədiyimdən daha çətin idi, amma yenə beşinci yeri tutub çox xal toplaya bildim. Beşinci yer bizim maksimumuzdu”.

Yeri gəlmişkən, Bakıda böyük idman tədbirinin bayrama çevrilməsində əməyi olanları da qeyd etmək lazımdır. Azərbaycan Qran-prisinin baş tutması indiki mürəkkəb şəraitdə təşkilatçıların böyük uğuru kimi qiymətləndirilməlidir. Yeni tip koronavirus bəşər həyatının bütün sahələrinə, o cümlədən idmana  mənfi təsir etdiyindən  beynəlxlaq miqyaslı turnirləri təşkil etmək elə asan olmur, əvvəlkindən böyük məsuliyyət tələb edilir. Bakıda keçirilmiş möhtəşəm idman tədbiri bütün gözləntiləri aşıb keçdi. Hazırlıq işlərində ən cüzi problem belə ortaya çıxmadı. Doğrudur,  məlum səbəbdən azarkeşlər Azərbaycan Qran-prisini yerindəcə izləyə bilmədilər, Bakı əvvəlki dörd Qran-pridə olduğu kimi əcnəbi turist axını görmədi. Başqa sözlə, şəhərdə qonaqların təhlükəsizliyini təmin etmək kimi mühüm məsələ gündəlikdə deyildi.

Lakin bütün bunlar yarış təşkilatçılarının məsuliyyətini qətiyyən azaltmırdı. Qarşıya qoyulmuş vəzifə - idman tədbirinin tələb olunan səviyyədə təşkili onun iştirakçılarının ədalətli mübarizə aparması üçün lazımi şəraitin yaradılması uğurla icra olundu. Bakı Şəhər Halqası əməliyyat şirkəti əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində idman tədbirini ən yüksək səviyyədə təşkil etdi, “Formula-1” komandalarının   yarışı televiziya ilə izləyən yüz milyonlarla motoidman azarkeşinin rəğbətini qazandı. Mübaliğəyə varmadan demək olar ki, Azərbaycanda Qran-prinin təşkili hər cür təqdirəlayiq idi.

 

 

 

Allahverdi MEHDİYEV

Azərbaycan.-2021.- 8 iyun.- S.1;5.