SƏNİN ƏDALƏTİNƏ.., DÜNYA!

 

 

Düz 27 il dünyadan haqq-ədalət gözlədik!

 

Gözlədik ki, beynəlxalq qurum və təşkilatlar insafa gələcək, doğru mövqe tutacaq, beynəlxalq hüququ müdafiə edəcək, işğalçı ilə işğala məruz qalanı fərqləndirəcək, haqq səsimizi eşidəcək və ən nəhayət, bizi müdafiə edəcəkdir.

 

Gözlədik ki, BMT Təhlükəsizlik Şurası ərazilərimizin işğalı ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirəcəkdir!

 

Gözlədik ki, ATƏT-in Minsk qrupu mandatına uyğun hərəkət edərək münaqişəni sülh yolu ilə həll edəcəkdir.

 

İnandıq və gözlədik!

 

Gözlədik və izlədik!

 

Gözlədik ki, münaqişənin yalnız sülh yolu ilə həlli nə vaxt və necə baş tutacaq!

 

İzlədik ki, görək ərazi bütövlüyü ilə millətlərin öz müqəddəratını təyin etməsi prinsipi arasındakı seçim necə yoluna qoyulacaq!

 

Beynəlxalq hüququn yerinə ikili standartların şahidi olduq!

 

Bəzi qətnamələri mürəkkəbi qurumamış yerinə yetirən BMT-nin Təhlükəsizlik Şurası bizə çatanda dişsiz, əlsiz-ayaqsız quruma çevrildi!

 

ATƏT-in Minsk qrupu turist və yemək-içmək səfərlərindən sonra bizə mövcud reallıqla barışmağı təklif etdi!

 

Xahiş etməkdən yorulduq!

 

İstəməkdən yorulduq!

 

Gözləməkdən yorulduq!

 

Amma dayanmadıq, durmadıq!

 

İqtisadi cəhətdən gücləndik!

 

Siyasi cəhətdən gücləndik!

 

Hərbi cəhətdən gücləndik!

 

Prezident İlham Əliyev ortaya möhkəm iradə qoydu!

 

Qətiyyətli mövqe qoydu!

 

Erməni qudurğanlığı həddini aşanda Müzəffər Ali Baş Komandanın dəmir yumruğu işə düşdü!

 

44 günlük zəfər müharibəsi göstərdi ki, münaqişənin əsl həlli variantı elə hərbi yolla imiş!

 

Başı əzilərək beli sındırılan düşmən müti quzuya dönərək kapitulyasiya sənədinə imza atdı!

 

***

 

İndi yenə üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl olunacağını gözləyirik!

 

Gözləyirik və izləyirik!

 

Erməni hələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli işə keçməyib!

 

Hələ də minalanmış sahələrin xəritələrini məğlub olduğu tərəfə təqdim etməyib!

 

Hələ də sərhədlərin delimitasiya və demarkasiyasının dinc şəkildə baş tutmasına imkan yaratmır, tez-tez hoqqalar çıxarır!

 

Hələ də ərazilərimizə terrorçu-diversant qrupları göndərərək təxribatlar törətməyə, yeni ərazilərə minalar basdırmağa can atır!

 

Hələ qisasçılıqdan statusdan dəm vurur.

 

Qalib sərkərdə İlham Əliyev dönə-dönə bəyan edib:

 

Dəmir yumruq hazır vəziyyətdədir!

 

Azacıq təhlükə hiss olunsa, dərhal işə düşəcəkdir!

 

Artıq səbrimiz daralmaq üzrədir!

 

Tarix baş verənlər göstərir ki, ermənilərin başının sığallanması ərköyünləşdirilməsi heç onlara xeyir vermir!

 

Beynəlxalq hüquqa arxa çevirməsi nəticədə problemin hərbi vasitələrlə həllinə gətirir.

 

Yenə baş sığallanır!

 

Yenə beynəlxalq hüquqa mövcud konvensiyalara əməl olunmur.

 

Azərbaycan bütün problemləri öz gücü ilə çözməyə qadirdir!

 

Bunu heç kəs unutmasın!

 

***

 

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra 140-dan çox Azərbaycan vətəndaşı minaya düşüb, onlardan 27-si həlak olub!

 

 

* Ermənini əlimizdən alanlar, ermənidən mina xəritələrini alıb bizə vermirlər!

 

* Erməni terrorçularını geri qaytarmağımızı dönə-dönə dilə gətirənlər mina xəritələrinin verilməsi üçün bir dəfə dil bulamayıblar!

 

* Erməni kilsəsinin böyründən bir daş qırıldığına görə şivən qoparanlar dağıdılan 63 məscidin adını belə tutmaq istəmirlər.

 

 

yaxşı biz gücləndik, torpağımızı işğaldan azad etdik!

 

yaxşı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 44 günlük Zəfər savaşında xalqımızın, viran qoyulan torpaqlarımızın qisasını dəmir yumruğu ilə düşməndən aldı!

 

yaxşı hələ güclüyük bizi daim ayaqda saxlayan, bütün cəbhələrdə - hərbi, diplomatiya, informasiya müharibəsində qalib gəlməyi bacaran qüdrətli Sərkərdəmiz var!

 

***

 

22 fevral 1988-ci ildə Qarabağdakı separatçıların yaramaz əməllərinə qarşı etiraz əlaməti olaraq yürüşə çıxan iki ağdamlı gənc - Bəxtiyar Əli ermənilər tərəfindən qətlə yetirildi.

 

O vaxta qədər Azərbaycan xalqına qarşı müxtəlif terror əməlləri törədənlər - Bakı metrosunda dəmir yolunda, habelə Ağdam avtobusunda bomba partladaraq günahsız insanları qətlə yetirənlər açıq fəaliyyətə keçərək hərbi əməliyyatlara başladılar.

 

Yenə hədəf dinc əhali - qadın, qoca, uşaq oldu!

 

Xocalı, Qaradağlı, Bağanis - Ayrım neçə-neçə digər soyqırımları törədildi, mülki əhali girov götürülərək min bir işgəncəyə məruz qaldı!

 

10 noyabr üçtərəfli razılaşmasına əsasən, məğlubiyyətə uğradılaraq təslim aktına qol çəkən düşmən aman dilədi!

 

Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırdı.

 

Düşmən Ağdam, Kəlbəcər Laçından çıxmaq üçün əlavə vaxt istədi.

 

Humanizm prinsiplərindən çıxış edən Müzəffər Ali Baş Komandan İlham Əliyev əlavə vaxt da verdi:

 

Ancaq düşmən murdar əməllərindən geri durmadı:

 

 

* ərazilərimizi tərk edərkən evlərə, meşələrə od vurdu;

 

* ölkə ərazisinə dalbadal təxribatçı diversant qrupu göndərdi, 4 nəfər mülki vətəndaş öldürüldü;

 

* minalanmış sahələrin xəritəsi hələ verilməyib;

 

* xüsusi diversant qrupu Azərbaycan ərazilərini gizlincə minalamaq üçün sərhədimizi pozdu, ifşa olunaraq 6 nəfər əsir götürüldü.

 

 

Bütün bunlar onu göstərir ki, düşmən hərb meydanında darmadağın edildikdən sonra yenidən əvvəlki əməlinə, dinc əhaliyə qarşı terrora başlayıb!

 

Budur erməni vəhşiliyi, erməni vandallığı, erməni şərəfsizliyi erməni nankorluğu.

 

Peşə fəaliyyətini yerinə yetirən azərbaycanlı jurnalistlər - AzƏrTac-ın müxbiri Məhərrəm İbrahimov, AzTv-nin operatoru Sirac Abışov Kəlbəcər RİH-in əməkdaşı Arif Əliyev terrora məruz qoyularaq həyatdan məhrum edildilər!

 

vaxt kar qulaqlar açılacaq?

 

vaxt kor gözlər görəcək?

 

vaxt yatmış vicdanlar oyanacaq?

 

Məhərrəm Əliyev Sirac Abışov dinc peşə sahibi idilər.

 

İnsanların informasiya ilə təmininə xidmət göstərirdilər.

 

Silahları qələm kamera idi!

 

Öz torpaqlarında, kiməsə qarşı təhlükə yaratmadan işləyirdilər!

 

Erməni vəhşiliyi, erməni terroru onları elə başındaca yaxaladı!

 

Həyatlarına son qoydu!

 

Dünya isə sanki bu vəhşiliyi görmür!

 

Demokratiyanı, söz azadlığını bayraq edənlər hələ ortaya açıq ədalətli mövqe qoymayıblar!

 

Kimi nəyi gözləyirlər?

 

Kor-kor, gör-gör!

 

Təəssüf ki, bəzən gözlü korlar da olur...

 

Nə yaxşı ki zəif deyilik!

 

Nə yaxşı ki kimsədən asılı deyilik!

 

Nə yaxşı ki kifayət qədər iqtisadi və hərbi gücümüz var!

 

Nə yaxşı ki möhkəm, etibarlı dostlarımız var!

 

Nə yaxşı ki Azərbaycanın maraqlarını təmin etməklə müstəqil siyasət yürüdən qətiyyətli, uzaqgörən, möhkəm iradəli İlham Əliyev kimi Prezidentimiz var!

 

Yoxsa əl-ayaq altında qalar, başıqapazlı olardıq!

 

Bunların isə qədrini bilməli, özümüzə arxalanmalı, çəkici bir zindana, bir nöqtəyə vurmağı bacarmalıyıq!

 

Bunu bizdən Vətən tələb edir!

 

Bunu bizdən əsirlikdən yenicə xilas edilərək dirçəlişini gözləyən Qarabağ tələb edir!

 

Bunu bizdən Ulu Öndərimizin dünya azərbaycanlılarını birləşdirən yeni dövrün Azərbaycançılıq ideyası tələb edir!

 

Bizləri ayaqda saxlayan, düşmən qarşısında, ikili standartlar dünyasında yenilməz edən bütün bunlardır!

 

Ədalətin budurmu, Dünya?

 

Sənin ədalətinə.., Dünya!

 

Sənin ikili standartına.., Dünya!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2021.- 8 iyun.- S.1;3.